Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

KÜRD LİDERLƏRİN MOSKVA GÖRÜŞLƏRİ: -Rusiya separatçı elementləri ətrafına yığmaqla hansı mesajı verir?

Amberin Zaman

“Əl-Monitor” 02.09.2020

 

İstanbulda iqamət edən Suriya müxalifəti müvəqqəti hökumətinin lideri həftəsonu Moskvada ABŞ-ın dəstəklədiyi “Suriya Demokratik Şurası” (SDŞ) və rusiyapərəst “Xalq İradəsi Partiyası” (XİP) arasında əldə edilmiş razılaşmanı pisləyib və tərəflərin Suriya xalqının qanuni nümayəndələri olmadığını bildirib. Əbdürrrəhman Mustafa, Türkiyənin “Anadolu” agentliyinə deyib ki, kürdlərin üstünlük təşkil etdiyi SDŞ separatçı, XİP isə Suriya rejiminin əlaltısıdır.

Yenixeber.org: Mustafa da, ehtimal ki, Suriyanın şimal-şərqində SDŞ və muxtar idarənin digər komponentlərinə qarşı mübarizə aparan Ankaradan təlimatlanır.

Türkiyə rəsmi olaraq Moskvanın SDŞ prezidenti xanım İlham Əhmədə ev sahibliyi etməsinə qəzəblənib, halbuki 2015-ci ildə Türk-Kürd barışıq danışıqlarından əvvəl Əhməd türk diplomatlarla da görüşüşüb.

İlham Əhmədin Rusiya xarici işlər naziri Sergey Lavrovla çəkdirdiyi şəkillər Türkiyənin zədə hissini daha da artıracaq.

Avqustun 31-də Suriya ilə bağlı danışıqlarda Rusiya paytaxtında olan Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal Lavrovla üzləşməyib.

Vaşinqton açıq bəyanat verməsə də, Əhmədin Moskvada görünməsi Dövlət Departamentində də bəzi narahatlıqlar yaradıb. ABŞ siyasəti suriyalı kürdləri Rusiyadan və rejimdən uzaqlaşdırmaq, Türkiyə ilə aralarındakı münasibətləri yamaqlamağa çalışmaqdır.

Bəs orada xanım Əhməd nə edirdi və görüş hansı faydalı məqsədə xidmət edib?

Bir neçə izah var.

Birincisi, Moskva ilə münasibətləri yenidən qurmaq. Ruslar Türkiyənin İdlibdəki “cihadçılar”la əməkdaşlığı qırma müqabilində, 2018-ci ilin əvvəlində kürdlərin çoxluq təşkil etdiyi Afrin anklavını işğal etməsinə icazə verdikdən sonra inamsızlıq hökm sürür. Rusiya kürdlərin rejimlə barışmasını və amerikalıları Suriyanı tərk etməyə məcbur etdirmək istəyir. O, Suriyadakı türklərlə ortaqlığını bu məqsədlə kürdlərə qarşı bir çubuq olaraq istifadə edib və Ankara ilə Vaşinqtonun arasına paz soxunb.

Nəticələr qarışıqdır.

İyul ayında “muxtar administrasiya” ilə ABŞ-ın “Delta Crescent” şirkəti arasında neft sazişinin imzalanması kürdlərin itaətsizliyinin yeni səviyyəsi kimi qiymətləndirilib. Ankara, Dəməşq və Moskvanın düşmən təpkisi, ardınca Rusiya, Türkiyə və İranın müqaviləni qınayan ortaq bəyanatı kürdləri görüşə sövq edib.

Əhmədin Moskvaya nə vaxt uçduğu məlum deyil, ancaq avqustun 31-də “Facebook” yazısından oradakı varlığı məlum idi.

Kürdlər qorxurlar ki, Rusiyanı sakitləşdirmədikləri təqdirdə, ərazilərinə qarşı başqa bir türk hücumu yaşanacaq. Türkiyənin oktyabr-2019 hücumundan bu yana, ruslar şimal-şərqdə kürdlərin idarə etdiyi ərazilərin təxminən üçdə ikisi üzərində nəzarəti ələ keçiriblər. Rusiya hərbi polisi hazırda Fərat çayından İraqa uzanan Türkiyə sərhədi boyu yerləşdirilir. Əhmədin səfəri Rusiya ilə neft sövdələşməsi üçün potensial intiqamı önləmək və SDŞ-nin bütün yumurtalarını Amerika səbətinə qoymadığını bildirmək məqsədli idi.

Ruslar, öz növbəsində, İdlib və Liviya mövzusunda Ankara ilə mübahisə etdikləri zaman, Türkiyənin gözünə çöp soxma fürsətindən ləzzət alacaqlar. Kürdlərin Vaşinqtonla dostluğunu təsir edən hər hansı bir fəlakət bonus olardı. Ancaq bu yoxdur.

XİP lideri Qədri Cəmillə razılaşmaya gəlincə, səfərin mərkəzi hissəsi kimi qiymətləndirilməsinə baxmayaraq, bu, daha çox şou idi. Suriyanın iqtisadi məsələlər üzrə keçmiş baş nazir müavini və etnik kürd olan Cəmil formal olaraq müxalifətin bir hissəsidir.

O, SDŞ ilə əlaqəli kürd qruplarının Cenevrədə rejim və müxalifət arasında BMT tərəfindən dəstəklənən danışıqlarda təmsil olunmalı olduğunu söyləyib. Türkiyə onların iştirakını əngəlləməyə davam edir və ABŞ onlara kömək edəcək bir şey etməyib.

XİP və SDŞ arasında imzalanan protokol “muxtar administrasiya”nın, Suriyada federalizm də daxil olmaqla, bir çox xahişini təsdiqləyir.

İsveç Müdafiə Tədqiqatları Agentliyinin Suriya üzrə mütəxəssisi Aron Lund bildirib ki, “Cəmil, əsasən, Rusiyanın adamıdır”. onun fikrincə, türk vetosunu aşmaq bir yana, bu görüş Cenevrədəki konstitusiya komitəsinin danışıqlarının necə qurulduğunu dəyişdirmək gücündə deyil.

Bununla birlikdə, Lund qeyd edib ki, razılaşma “Rusiyanı sevindirir, Türkiyəni trollayır, SDŞ ilə əlaqəli partiyaların Cenevrədə iştirakı üçün fürsət yaratmağa kömək edir. Əhmədə gəlincə, Qədri Cəmillə darıxdırıcı bir görüşdə oturmaq məcburiyyətində qalmaqdan başqa bir mənfi nəticə yoxdur”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam