Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Hakim Məhəmməd Bağırov prezidentin moratoriumuna qarşı çıxır –Saifarişlə baş redaktoru həbs edir

 

  

Yenixeber.org: Jurnalist, “RealMedia.az” saytının baş redaktoru Ramin Məhəmmədoğlu ölkə pezidnti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Məhkəmə Hüquq- Şurasının sədri cənab Fikrət Məmmədova Beyləqan rayonunda şantaşçı şəbəkə üzvləri tərəfindən sifarişli şəkildə Füzuli rayon məhkəməsinə verilməsindən və hazırda da prosesi davam edən məhkəmə çəkişməsindəki üzləşdiyi haqsızlıqlardan və hakim ədaləsizliyindən yazıb.

Həmin müraciətini olduğu kimi dərc edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Sürəti: Azərbaycan Respublikasının Məhkəmə Hüquq- Şurasının sədri cənab Fikrət Məmmədova

“Möhtərəm Prezident!

Məlum edirəm ki, Beyləqan rayonunda ictimai təhlükəli fəaliyyət göstərən və haqlı tənqidimə tuş gələn şantajçı şəbəkə üzvləri Qasımov Vüqar Vaqif oğlunun və Zeynalov Anar Ədalət oğlunun barəmdə etdikləri Cinayət Məcəlləsinin 147.1,147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edən Füzuli rayon məhkəməsi mənim həbsimi gerçəkləşdirməyi qarşısına məqsəd qoyub. Buna nail olmaqdan ötrü məhkəmə vaxtilə Sizin tərəfinizdən Cinayət Məcəlləsinin 147-ci və 148-ci (böhtan və təhqir) maddələrinin tətbiqinə qoyulmuş moratoriumu da artıq ikinci dəfə gözə almamağa israrlıdır. Füzuli rayon Məhkəməsinin hakimi Məhəmməd Bağırov artqı keçən il sadalanan maddələrlə prosessaual pozuntularla müşayiət olunan məhkəmə sonucunda mənim 6 ay müddətinə islah işlərinə cəlb olunmağım barədə ədalətsiz hökm çıxarıb. Bu fakt mənim qaldırdığım vəsadətlərdən elə birincisinin – şikayətə baxan məhkəməyə və hakimə qarşı etiraz, məhkəmənin və hakimin dəyişdirilməsi xahişini ehtiva edən vəsatətimin əsasında durur. Lakin mənim bu etirazım qəbul olunmamışdır.
Möhtərəm Prezident, əlbəttə, mən elə düşünmürəm ki, jurnalist demokratiyaya, söz azadlığına dəyər verən dövlət başçısının iltifatından sui-istifadə etməli, moratoriuma arxalanıb doğruluğuna əmin olmadığı fikirləri yaymalıdır. Məsələ burasındadır ki, mənim hazırda məhkəmə predmeti olan tənqidi məqalələrimdə yazdıqlarımın sübutu kimi xidmət edən dəlillərimə hakim M.Bağırov hüquqi qiymət vermir, qaldırdığım vəsadətləri nəzərə almır.
09.10.2018-ci il tarixdə keçirilən məhkəmə iclasında bir daha əmin oldum ki, Füzuli rayon məhkəməsinin hakimi Məhəmməd Bağırov məni həbs etdirmək istəyir. Əslində xitam verilməli olan prosesi uzatması da mənim həbsimə hesablanıb. Çünki əvvəlki üş iclasda əsaslı vəsadətlər verərək xüsusi ittihamçıların guya onların barələrində “bilə-bilə yalan məlumat yaymağım, ağır cinayətlərdə ittiham etməyim” haqqında şikayətlərinin əsassız olduğunu məhkəmədə sübut etsəm də, hakim həmin sübutları sanki görmür. 09.10.2018-ci il tarixdə keçirilən iclasda da şantajçı şəbəkə üzvlərinin Beyləqanda yerli sahibkarları şantaj yolu ilə incitdiklərini bir daha sübut elədim: Belə ki, şantaja məruz qalmış Beyləqan Ziyarətgahının axundu Mir Səccad İmranov həmin gün məhkəməyə teleqram vurub təsdiqlədi ki, doğrudan da şəbəkə üzvü Qasımov Vüqar Vaqif oğlu onun mobil telefonuna mesaj yazıb, ondan 1000 (min) manat pul isyəyib. O da 1000 manatı vermədiyindən, Vüqar ertəsi gün Anar Zeynalovla birlikdə ziyarətgaha daxil olub qəbirlərin, başdaşlarının şəklini çəkib. Sonra da Mir Səccad İmranovun guya qəbirstanlığı dağıtması barədə məlumatları həmin fotoşəkillərin müşayiəti ilə özünün internet saytında və sosial şəbəkədəki profilində yerləşdirib. Hansı ki, öz müdiri olan qəbirstanlığın Mir Səccad İmranovun etdiyi ziyarətgaha idarəçilik baxımından heç bir aidiyyəti yoxdur, Rayon İcra Hakimiyyətinin balansındadır.
Qasımovla Zeynalov sifarişli şəkildə xüsusi ittiham qaydasında məhkəməyə verdikləri ittiham ərizəsinin məzmunu ilə eyni olan şikayət ərizəsi ilə Baş Prokurorluğa da müraciət ediblər. Baş Prourorluq isə həmin şikayəti araşdırılması üçün aidiyyəti üzrə Beyləqan rayon Prokurorluğuna göndərmişdir. Mən özüm də V.Qasımovun Mir Səccaddan jantaj yolu ilə pul istəməsi barədə yazdığım məqaləni rəsmi qaydada Baş Prokurorluğa göndərmişdim. Nəticədə Beyləqan rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırıldıqdan sonra cinayət işinin başlanılması haqqında qərar ləğv edilib.
Anarın xüsusi ittiham ərizəsində yer alan, onun davranış pozuntularına görə dispanser qeydiyyatında olması barədə məqaləmdə yazdıqlarımın guya yalan olması barədə ittihamın da əsassızlığını vəsadət qaydasında ortaya qoyduğum dəlillərlə sübuta yetirmişəm. Vəsatətlə hakimdən xahiş etmişəm ki, Anar Zeynalovun psixoloji durumunun yoxlanılması üçün ixtisaslaşmış tibb müəssisəsinə – ruhi-əsəb dispanser mərkəzinə məhkəmə tərəfindən müraciət edilsin. Hakim isə Anar Zeynalovun gerçəkdən dispanser qeydiyyatında olduğunu təsdiqləyən tibbi arayışı da qoşma etdiyim vəsatəti qəbul etsə də, ona hüquqi əhəmiyyət vermədi. Əksinə, bildirdi ki, Anarın hazırki psixoloji durumunu ixtisaslaşmış tibb müəssisəsində yoxlamaya göndərmədən də özü ünsiyyət vasitəsilə müəyyənləşdirə bilər. Başqa sözlə, yəni özü müəyyənləşdirib ki, Anar sağlamdır. Başa düşə bilmədim ki, M.Bağırov hakimdir, yoxsa həkim.
Məhkəmənin əvvəlki iclasında vəsatət verib şahid qismində məhkəməyə dəvət olunmalarına nail olduğum sahibkarlar gəlib təsdiqlədilər ki, şantajçıların təhdidinə məruz qaldıqları barədə mənim rəhbərlik etdiyim redaksiyaya ərizə yazıblar və xahiş ediblər ki, problemi ictimailəşdirim. Hətta vaxtilə RİH-də hüquq şöbəsinin müdiri işləmiş Zakir Mehdiyev onu da təsdiqlədi ki, Anar Zeynalovun psixopatiyadan, davranış pozuntusundan əziyyət çəkməsi səbəbindən dispanser qeydiyyatında olmasını təsdiqləyən arayışın surətini rəhbərlik etdiyim redaksiyaya məhz o təqdim edib. Həmçinin bildirdi ki, A.Zeynalov təcavüzə meyllidir. Əfsus, hakim bunlara da hüquqi qiymət vermədi, vermək istəmədi. Hətta şahidlər Zakir Mehdiyev və Sadiq Əlizadənin ifadələrini iclasın protokoluna belə salmadı, çünki ona sərf etmirdi.
A.Zeynalov və V.Qasımovun şikayətlərində yer alan bir məqam da çəkişmə predmetidir. Yazılarımın birinin başlığında şəbəkə üzvlərini “üç muşketyor” kimi təqdim etmişəm və bunu özlərinə təhqir sayırlar. “Üç muşketyor”un Aleksandr Dümanın məlum romanının qəhrəmanları, özü də məhz müsbət qəhrəmanları olduqlarını bilməmələri xüsusi ittihamçıların savadları olmaya-olmaya jurnalistika sahəsinə soxulmalarının və ittihamlarının bu xüsusatının da yersiz olmasının daha bir sübutu deyilmi?
Qəribədir ki, hakim şikayətçilərə çıxış etmək üçün kifayət qədər vaxt verdiyi halda mənim özümü müdafiə etmək üçün çıxışıma məhdudiyyət qoyur, tribunada sübutlarımı təhlil etdiyim vaxt nitqimi kəsir, üstəlik sərt formada hədələyir ki, “elə eləmə ki, səni raşotkaya salım”, bununla da mənə psixoloji təzyiq göstərərək müdafiə qabiliyyətimi sarsıdır.
Diqqətəlayiq başqa bir məqam da hakim M.Bağırovun 2016-cı ildə tənqidi məqaləmlə 897,0 min manat maliyyə pozuntusuna rəvac verdiyini üzə çıxardığım Ağcabədi rayon təhsil şöbəsinin sabiq müdiri Mehdi Əhmədovla elli və qohum olmasıdır. Daha əvvəllər isə hakim M.Bağırovun mülki işlə bağlı müraciətimə baxılmasını yubatması ilə əlaqədar Məhkəmə – Hüquq Şurasına müraciət etdiyimi xatırlatmaq istəyirəm. Çünki bütün bu sadaladıqlarım hakimin mənə qarşı antipatiya bəsləməsinə, qərəz saxlamasına dəlalət edən tutarlı səbəblərdir.
Füzuli rayon Məhkəməsinin hakimi M.Bağırovun siyasi orientasiyası da şübhə doğurur. Məsələ burasıdır ki, məndən şikayət edən Vüqar Qasımov bir vaxtlar Əli Kərimlinin sədrlik etdiyi radikal müxalifət partiyasının fəal üzvü kimi hakimiyyət əleyhinə mitinqlərə çıxaraq sinəsində pozucu çağırışlar ehtiva edən plakatları sərgiləyirdi. Vüqarın həmin mitinqlərdə iştirak etdiyini görüntüləyən şəkilləri məhkəməyə təqdim etsəm də, hakim qane olmadı: “Nə olsun? Bu şəkillərdə ki, Əli Kərimov yoxdur!” – dedi.
Növbəti proses oktyabr ayının 23-nə təyin olunub. Əminəm ki, Sizə yazdığım bu məktub həmin tarixədək mübarək ünvanınıza yetişməsə, qiymətli vaxtınızı ayırıb problemimlə tanış olmasanız, hakim M.Bağırov mənim həbsimə nail olacaq, söz verdiyi şantajçıları da, məndən qisas almaq istəyən məmurları da muştuluqlayacaq.
Odur ki xahiş edirəm, dövlətə, dövlətçiliyi xidmət edən, korrupsiyaya qarşı mübarizə aparan bir jurnalistin, haqq yazarının, köçkünün, azyaşlı uşaqların atasının, başçılıq etdiyi ailənin yeganə çörək qazananının boğulmasına yol verməyəsiniz”.

Qurbanov Ramin Məhəmməd  oğlu, “RealMedia.az” saytının baş redaktoru


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam