Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Baş redaktor həbsinin bir addımlığında: Hakim şantajçı şəbəkə üzvləri ilə birləşib jurnalisti həbs etməyə hazırlaşır–QƏRƏZ

 

Yenixeber.org: 2009-cu ildə prezident İlham Əliyev jurnalist fəaliyyətinə və diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunmasının məqsədəuyğun hesab edilmədiyini açıqlamışdı. Həmin dövrdən faktiki olaraq Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin tətbiqinə (böhtan, təhqir və xüsusi ağır cinayətlərdə ittiham etmə) moratorium qoyulmuşdu. Jurnalistlərə qarşı qaldırılan cinayət işləri ya icraata götürülmür, ya da onlara mülki qanunvericilik əsasında baxılırdı. Bunu 2016-cı il mayın 31-də Bakıda Avropa İttifaqı və Avropa Şurasının “İfadə və media azadlığı” layihəsi çərçivəsində diffamasiya mövzulu dəyirmi masada çıxış edərkən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da vurğulamışdı. Onu da xatırladaq ki, 2013-cü ildə Azərbaycan hökuməti “Diffamasiyadan müdafiə haqqında” qanun layihəsini ictimaiyyətə təqdim edib, amma bu sənəd indiyədək parlamentdə müzakirəyə çıxarılmayıb. Belə bir qanunun qəbulu böhtana və təhqirə görə cinayət məsuliyyətinin ləğvi anlamına gəlir.

İndi isə gəlin görək, iki lin ərzində eyni hakimin eyni jurnalistə qarşı xüsusi ittiham qaydasında irəli sürülmüş iki ayrı şikayəti icraata götürməsini necə başa düşmək olar?

Prezident tərəfindən bəyan edilmiş moratoriumun iki dəfə pozulması? – demək olar! Hakimin tanıdığı jurnalistə qarşı antipatiyası, qərəzi? – bunu da təxmin etməyin yeri var!

Füzuli rayonundan məcburi köçkün, hazırda Beyləqan rayon SMD-42 qəsəbəsində məskunlaşıb yaşayan, jurnalist, RealMedia.az saytının baş redaktoru Qurbanov Ramin Məhəmməd oğluna qarşı Beyləqanda fəaliyyətini ifşa etdiyi şantajçı şəbəkə üzvlərinin xüsusi ittiham qaydasında şikayətini Füzuli rayon Məhkəməsi icraata götürüb.

Xatırlatmağa dəyər ki, Məhəmməd Bağırovun sədrlik etdiyi Füzuli rayon Məhkəməsi keçən ilin iyun ayının 6-da Ramin Məhəmmədoğlu barəsində xüsusi ittiham qaydasında edilən şikayəti təmin edərək, onun 6 ay müddətinə islah işlərinə cəlb olunması barədə hokm çıxarıb. Jurnalist deyir ki, o vaxt birinci instansiya məhkəməsi kimi Füzuli rayon Məhkəməsi bir sıra prosessual pozuntulara yol veribmiş. Elə həmin tarixçəni əsas götürən baş redaktor məhkəmə iclasında məhkəmə sədri Məhəmməd Bağırova etiraz edib.

R.Məhəmmədoğlu bildirir ki, Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə görə hakim tərəfindən işə baxılmasına yol verilməməsi və hakimə etiraz etmək üçün əsaslar sırasında “hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olması, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas olması” da qeyd olunub (19.2.3.)

“Füzuli rayon Məhkəməsinin sədri Məhəmməd Bağırovun keçən il olduğu kimi bu il də barəmdə xüsusi ittiham qaydasında edilmiş şikayəti prezidentin moratoriumunu ayaqlayaraq icraata götürməsi, üstəgəl, birinci dəfə prosessual pozuntuların müşayiəti ilə iddianı təmin etməsi belə düşünməyə əsas verir ki, mənə qarşı qərəzi var. Məhəmməd Bağırovun mənim həbsimi gerçəkləşdirməkdə qəti qərarlı olmasına dair şübhələrimi əsaslandıran bir səbəb də onun əslən Ağcabədi rayonundan olması, 2016-cı ildə Ağcabədi rayon təhsil sistemində üstünü açdığım 897,0 min manatlıq mənimsəmə faktına görə məsuliyyət sorulan məmurlarla yaxın münasibətlərinin mövcudluğudur.

Ehtimal böyükdür ki, məhz bu bağlılıq hakimin mənə qarşı antipatiyasını şərtləndirir. Məhəmməd Bağırov hazırlıq iclasında etiraz təqdim etdiyimi biləndə mənə xatırlatdı ki, 6 iyun 2017-ci il tarixdə mənim barəmdə çıxardığı qərardan apellyasiya şikayəti vermişəm, apellyasiya instansiyası isə şikayəti təmin etməyərək, onun qərarını qüvvədə saxlayıb. Mən də öz növbəmdə ona xatırlatdım ki, şikayətləndiyim prosessual pozuntuları “görməyən” apellyasiya məhkəməsinin hakimləri də onun tələbə yoldaşlarıdır”.

R.Məhəmmədoğlu həmçinin bildirdi ki, etibarlı mənbədən aldığı məlumata görə, Füzuli rayon Məhkəməsi icraata aldığı iş üzrə sentyabrın 25-də baş tutacaq məhkəmə baxışında nə iddiaçı, nə də şahid kimi tanımadığı bir qadını onun üzünə durğuzmağa hazırlaşır: “Mənə çatan informasiyaya görə həmin qadın artıq təlimatlandırılıb. Onu da deyim ki, mən də öz növbəmdə qarşılıqlı iddia ilə Anar Zeynalovu xüsusi ittiham qaydasında məhkəməyə vermişəm. Məndən fərqli olaraq, onun müdafiə üçün ortaya qoymağa dəlili yoxdur. Mən isə yazdığlarımın sübutu kimi xidmət edəcək dəlilləri təqdim edəcəyəm. Şantajçı şəbəkənin zavalına gələn, şikayət ərizələrini dərc etdiyim vətəndaşlar da məhkəmədə iştirak edəcəklərini bildiriblər. Əminəm, məhkəmə obyektiv keçirilsə, çəkişməni udacağım şübhəsizdir. Amma…”(realmedia.az)

Rəvan Qurbansoy


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam