Redaktor seçimi
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Günün xəbəri

Baş redakor təhdid olunur -DİN-nə, Baş prokurorluq və DTX rəhbərliyinə müraciət


Baş redakor təhdid olunur -DİN-nə, Baş prokurorluq və DTX rəhbərliyinə müraciət
Yenixeber.org: "Sonolay.info" saytının baş redaktoru, jurnalist Ramin Məhəmmədoğlu Beyləqanda pozucu fəaliyyət göstərən, şantajçı şəbəkənin əməllərini ifşa etdiyi üçün təhdid olunur və ölümlə hədələnir.
Baş redaktor üzləşdiyi təhdidlərdən dolayı Daxili İşlər Naziri cənab Ramil Usubova, Baş prokuror cənab Zakir Qaralova və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Mədət Quliyevə müraciət ünvanlayıb.
Baş redaktor müraciətində ona olunan təhdidlərin qarşısının alınması və təhdidçilər barəsində hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbirlər görülməsini vurğulayır.

"Hörmətli Cənablar!
Məlum edirəm ki, 09.05.2001-ci il tarixindən Beyləqan Mərkəzi Rayon Xəstəxanasının Poliklinka şöbəsinin Psixatiriya kabinetində "Psixopatiya isteri tip, davamsız kompensasiya, davranış pozuntuları" diaqnozu ilə dispanser qeydiyyatında olan, hazırda Beyləqan rayonunun M. Əsədov küçəsi sakini, 1979-cu il təvəllüdlü Zeynalov Anar Ədalət oğlu 23 avqust 2018-ci il tarixində (gecə saat 19:50 və 20:12 radələrində) 051 466 44 77 və 051 699-62-62 nömrəli mobil telefon vasitəsi ilə mənə məxsus olan 051 797-64-64 mobil telefon nömrəmə zəng edərək mənim ümnavıma təhqiramiz ifadələr işlətmiş və mənimlə haqq-hesab (aparıb döyəcəyi və öldürəcəyi ilə hədələyərək) çəkəcəyini bildirərək Beyləqan rayonuna getməməyi tövsiyə etmişdir.
Hansı ki, Anar Zeynalov daşıdığı xəstəliyə görə dəlixanada olmalıdır, cəmiyyət arasında yox. Onun mənə qarşı yönələn təhdidlərinə səbəb də o olmuşdur ki, baş redaktoru olduğum Sonolay.info saytında Beyləqanda pozucu fəaliyyət göstərən, Anar Zeynalovun da üzv olduğu şantajçı şəbəkə ifşa edilib.
Bildirirəm ki, bu haqda saytda gedən materiallar şəbəkə tərəfindən incidilmiş insanların şikayət ərizələrinə əsaslanıb. Anar və şantajçı məsləkdaşları bu cür davranışları ilə, insanların əsəblərini tarıma çəkməklə, onları cinayət törətməyə sövq edirlər.
Odur ki, Sizdən ruhi xəstə Zeynalov Anar Ədalət oğlunun barəsində, yəni onun davranış pozuntularını nəzərə alıb, ciddi tədbirlər görməyinizi xahiş edirəm".


"Sonolay.info"-nun baş redaktoru,
Ramin Məhəmmədoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam