Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıda ölüm gətirən piyada keçidləri -PROBLEM

Bakıda ölüm gətirən piyada keçidləri -

 

Yenixeber.org: Ölkə ərazisində avtomobillərin sayı getdikcə artır. Bu da özü ilə birlikdə bəzi məsələləri də gündəmə gətirir. Bakı şəhəri əhalinin ən çox məskunlaşdığı yaşayış məntəqəsidir. Son illər maşınların çoxalması paytaxt ərazisindəki yollarda sıxlığa səbəb olur. Əsas problemlərdən biri də piyadaların hərəkəti üçün keçidlərlə bağlıdır. Bəzən elə ərazilərə nizamlanmayan piyada keçidi qoyulur ki, sərnişinlər ondan istifadə edə bilmir, ya da etmir. Bəzən isə lazım olan ərazidə piyada keçidləri qoyulmur və ya keçiddən istifadə edən sərnişinlərin sayı nəzərə alınmır. Buna görə də yollarda sıxlıq və qəza halları qaçılmaz olur. 

Nəqliyat məsələləri üzrə ekspert Azər Allahverənov Modern.az-a bildirib ki, yerüstü və yeraltı keçidlərin tikintisi müvafiq qanunlarla tənzimlənir. Bu, “Avtomobil yolları haqqında” və “Yol hərəkəti haqqında” qanunların müvafiq maddələri ilə tənzimlənir:

- “Yol hərəkəti haqqında qanunun 9.1-ci maddəsində piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsi məsələsi qeyd olunub. Bu qanunun II hissəsində avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin hansı hallarda tikilməsi göstərilir. Belə ki, avtomagistral olmayan yollarda - nəqliyyat vasitələrinin hərəkət şiddəti 300 avtomobil/saatda, piyadaların hərəkət şiddəti 3000 adam/saatda və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda keçid tikilə bilər.  
Yəni bu, konkret tələbdir ki, ondan kənara çıxmaq olmaz. Və yaxud da həmin maddənin I hissəsində avtomobil yollarında piyada keçidlərinin hansı ərazilərdə qoyulması konkret olaraq göstərilir. Qeyd edilib ki, təhsil, səhiyyə, iri ticarət (xidmət, istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır.

Həmin maddənin II hissəsində göstərilir ki, avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır. Bu da bir qayda olaraq göstərilib.

 

A.Allahverənovun sözlərinə görə, qanunun icra olunmasında bəzi çatışmazlıq var. 

- Reallıqdan çıxış etsək, deyə bilərik ki, bəzi hallarda müəyyən çatışmazlıqlar müşahidə olunur. Bir sıra ərazilər var, ilk baxışdan adama elə gəlir ki, orada piyada zolaqları olmalıdır. Amma nəqliyyat vasitələrinin sıxlığı o qədər yüksəkdir ki, həmin ərazilərdə piyada zolağının quraşdırılması yol hərəkətində əlavə problemlərə gətirib çıxara bilər. Bəzi ərazilərdə isə mövcud olan piyada keçidləri ləğv edilir, bunu həmin ərazilərdə piyadaların azlığı ilə əsaslandırırlar. Ancaq bu ərazilərin sakinləri o keçidlərə öyrəşdiyi, digər keçidlər uzaq olduğu üçün ləğv olunan keçidin yerindən keçirlər. Buna misal olaraq Akademik Həsən Əliyev küçəsində “Kral” restoranı ilə "Azərneftkimyamaş" ASC arasında olan keçidi və Koroğlu Rəhimov küçəsində “Kontinental” marketin qarşısındakı keçdi göstərmək olar. Belə keçidlərin ləğv olunası yolda təhlükəli vəziyyətin yaranmasına səbəb olub. Mən düşünürəm ki, müvafiq icra qurumlarının bu işə cəlb olunması ilə məsələ həllini tapa bilər. Bəlkə də konkret dediyimiz ünvanlarda yeni piyada keçidinin çəkilməsi çətin ola bilər, qanunvericiliyin şərtlərindən kənara çıxmış ola bilər. Amma bunun üçün hansısa alternativ yol tapıla bilər. Başqa ərazilərdə sərnişinlərin hərəkəti avtomobillərə mane olmursa, piyada zolağı çəkilə bilər. İstənilən halda müvafiq icra orqanları bu məsələni nəzarətə götürməlidirlər, monitorinq keçirilməlidir. Bu məsələnin həlli mümkünsüz deyil. İstənilən halda, istənilən məsələni həll etmək olar, bütün maraqları nəzərə almaq şərti ilə. Amma mütləqdir ki, bir tərəfin, piyadaların maraqları təmin olunası naminə, digər tərəfin, sürücülərin hərəkətinə zidd bir addım atılmasın. Yəni bütün tərəflərin maraqları balanslaşdırılmış şəkildə nəzərə alınmalıdır.


Ekspert həmçinin bildirib ki, bəzi avtobus dayanacaqlarının yaxınlığındakı piyada keçidləri düzgün çəkilməyib.


- Paytaxt ərazisində bəzi yerlər var ki, piyada keçidi avtobus dayanacağının qarşısında çəkilib, hətta avtobuslar zolağının üzərində saxlayır. Mən bunun tərəfdarı deyiləm. Zolağı dayanacağın tam qarşında çəkmək ən böyük qüsurdur. Azadlıq prospektində “Baku Elektroniks”lə “Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə idarəsi” arasında piyada keçidi var. Mən dəfələrlə müşahidə etmişəm ki, sərnişin avtobusun qarşısından piyada zolağına çıxır. Halbuki, avtobusun qarşısından yola çıxmaq qanunla qadağandır. Bu ciddi təhlükəlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam