Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakının işıqlandırılmayan yolları piyadaların həyatını qaraldır


 

Ekspert: “Gecə piyadaların vurulmasının əsas səbəbi küçə və prospektlərin işıqlandırılmaması ilə bağlıdır”

 

Yenixeber.org: Son günlər piyada ölümləri ilə nəticələnən yol qəzalarının sayı artıb. Ekspertlər bildirirlər ki, burada əsas səbəblər sırasında avtomobilin yüksək sürətlə idarə edilməsi, piyadaların yol hərəkəti qaydalarını pozaraq piyada keçidlərindən istifadə etməməsi və gecələr avtomobil yollarının işıqlandırılmamasıdır.

Ekspertlərin fikrincə, xüsusilə sonuncu faktor əksər qəzalar üçün zəmin rolunu oynayır. Çünki gecə saatlarında öz avtomobilində qaranlıq küçə ilə hərəkət edən sürücü qarşısına qəfil çıxan və yaxud da yolun kənarı ilə gedən qara geyimli piyadanı görmür. Nəticədə isə faciəvi qəza baş verir.

Eyni zamanda problemlərdən biri də Azərbaycanda piyada keçidlərinin hələ də sovet dövründəki standartlara uyğun formada hazırlanmasıdır. Halbuki Avropanın bir çox ölkələrində piyada vurulması hallarını önləmək üçün keçidlərdə, işıqforlarda yeni texnologiyalardan istifadə edib, lazer işıqları vasitəsilə süni sədd yaradırlar. Bundan əlavə, dünya ölkələrində yolda olan piyada zolaqlarının çəkilişində də artıq dəyişiklik edilir. Belə ki, bu zolaqlar düzbucaqlı formasında deyil, sankı yolun ortasında olan daş maneə görüntüsündə çəkilir. Nəticədə isə avtomobil sürücüsü psixoloji olaraq “daş sədd”ə çırpılmamaq üçün əyləci basır.

nəqliyyat üzrə ekspert İlqar Hüseynov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert İlqar Hüseynov bildirib ki, həqiqətən də yolların işıqlandırılması ilə bağlı problem ciddidir:

“Ölkədə belə bir təşəbbüs göstərmək istəyirlər ki, vətəndaşların müəyyən qisminə işıq qaytaran geyimlər geyindirsinlər. Qəbul edirəm ki, piyadaların gecə saatlarında vurulması halları daha çox müşahidə edilir, nəinki günün birinci saatında. Bunun da səbəbləri var. Çünki gündüz vaxtı şəhər küçələrində sıxlıq olur. Belə halda isə sürət həddini yüksəltmək sürücülər üçün mümkün olmur. Avtoxuliqanlar, qayda pozmaq niyyətində olan gənclərimiz daha çox öz istəklərini gecə vaxtı gerçəkləşdirirlər. Nəticə etibarı ilə statistikadan da görünür ki, piyadaların vurulma halları daha çox gecələr baş verir. Eyni zamanda gecə vaxtı sürücünün cinayətdən yayınması halları da rahat olur.  Çünki qaranlıqda nömrə nişanlarının görünməsi məsələsi də problem yaradır. Azərbaycanın rayon, şəhər mərkəzlərində işıqlandırma problemi hər zaman olub. Ancaq nəzərə almaq lazımdır ki, rayonlarda demək olar ki, avtomobil sayı Bakı ilə müqayisədə xeyli azdır. Buna görə də piyada vurulması halları daha çox böyük şəhərlərdə baş verir. Bu statistikada Bakı birinci yerdədir. Gecə piyadaların vurulmasının əsas səbəbi prospektlərin işıqlandırılmaması ilə bağlıdır. Məsələ burasındadır ki,  şəhərsalma zamanı Bakı şəhərinə kifayət qədər ciddi sayda işıq dirəkləri gətirildi. Bu gün də Bakı şəhərinin küçələrində demək olar ki, kifayət qədər işıq dirəyi var. Ancaq onların əksəriyyəti istifadə olunmur. Bilinmir elektrik enerjisinə qənaət edirlər, yoxsa ortada elektrik borcu məsələsi var. Əksər vaxtlarda gecə saatlarında prospektlərdə işıqlar ya yarımçıq yanır, ya da ümumiyyətlə, yandırılmır. Elə prospekt də var ki, orada işıq dirəkləri düzgün yerləşdirilməyib. Təhlil aparanda görürsən ki, işıqlandırma zəifdir. Yəni problem buradan başlayır”.

Bakının qaranlıq ile ilgili görsel sonucu

Ekspert bildirib ki, avtomobillərdə uzağa istiqamətlənmiş işıqların istifadəsinə icazə verilməməsi də problem yaradır:

“Qanunla bu işıqların yandırılması yasaqdır. Yalnız nəqliyyat vasitəsinə yaxın məsafəni işıqlandırmağa icazə verilir. Belə olduğu halda sürücü 5-10 metr irəlidən sonra piyadanı görə bilmir. Uzaq məsafədən işıqlandırmaya ona görə icazə verilmir ki, qarşı-qarşıya gələn sürücülər bir-birilərinin yolu görməsinə maneə yaratmasınlar. Yaxşı, belədirsə o zaman prospektlərdə işıqlanma normal olmalıdır axı. Çox vaxtı bəzi hallarda baxırsan ki, piyada da sərxoş vəziyyətdə yolun istənilən yerindən qarşı tərəfə keçir. Sürücü də görmür, qəza baş verir.  Ümumilikdə, yenə də bütün problemlərinin kökündə işıqlandırmanın zəif olması durur. Bundan əlavə, yola çəkilən piyada keçidi işarələrində də nöqsanlar var. Əslində bu zebralar çəkilən zaman fosfor tərkibli xüsusi rənglərdən istifadə olunmalıdır. Ancaq Azərbaycanda adi rənglərdən istifadə edilir və bu, hər beş-altı aydan bir silinir. Bunun da mahiyyətində korrupsiya dayanır. Fosforlu, qalın vurulan rənglər baha olsa da illərlə yolda qalır. Tərkibi elədir ki, onu qar, yağış yuya bilmir. Yol infrastrukturunu təşkil edən orqanlar isə ucuz rənglərdən istifadə edirlər və bir ildə 3-4 dəfə eyni şey üçün büdcədən pul silirlər.

Bakının qaranlıq ile ilgili görsel sonucu

Bu rənglərdə ona görə fosfordan istifadə edilməlidir ki, gecə işıqlanma təmin olunsun. İstənilən halda şəhərsalma zamanı işıqlanmanı düzgün təmin etsələr piyada vurulmalarının sayı azalar. Bəzi mərkəzi prospektlərimizdə hər şey normaldır. Ancaq kənar yollarda belə deyil. Məsələ qoyurlar ki, insanlar xüsusi paltar geyinsin. Yaxşı, kimə deyə bilərik ki, get işığı əks etdirən filan paltarı geyin. Doğrudur, mağazalarda bu kimi geyimlər satılır. Ancaq insanlar kütləvi şəkildə bu geyimləri almırlar. Ona görə də vətəndaşa nəyisə məcbur da etmək olmaz. Bundan başqa da bu, geriyə dönüş olar. 21-ci əsrdə yaşayırıq və şəhərimizin işıqlanmasını düzgün qursaq, bu kimi məsələlərə də gərək qalmaz. Amerikada nəqliyyat təhlükəsizliyi ilə bağlı təlimdə olduğumuz zaman orada xüsusi bir şirkətin olduğunu öyrəndik. Bu şirkət məktəblilərə xüsusi fosfor nişan verir ki, çantalarına vursunlar,  qaranlıqda yolu keçəndə sürücülər onları görsün. İndi biz bütün ölkə vətəndaşlarını bu kimi nişanla təmin etmək imkanında da deyilik. Bəlkə də bunun maliyyəsi elə şəhəri işıqlandırmaqdan baha başa gələr. Problem dərindir. Şəhərin işıqlanma infrastrukturu yenilənməlidir. Şəhər icra hakimiyyətləri ona görə də vətəndaşların önündə birmənalı şəkildə məsuliyyət daşıyırlar”.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam