Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

179 saylı marşrutda qiymət dəyişdi -BNA-nın vahid tarif tətbiq etməsi sərnişinləri narazı salıb

Avqustun 10-dan etibarən "Bakı Kart" ödəniş sisteminə keçən 179 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı dəyişdirilib. Belə ki, Pirşağı qəsəbəsi – Azadlıq metrosu istiqamətində hərəkət edən ictimai nəqliyyat vasitəsində əvvəllər məsafədən asılı olaraq gediş haqqı 30-40 qəpik təşkil edib. Hazırda vahid tarif tətbiq edilib, bu məbləğ məsafədən asılı olmayaraq 35 qəpik müəyyən edilib.

Yenixeber.org: Dəyişikliklə bağlı Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirildi ki, nağdsız ödəniş sisteminə keçid edilərkən, orta gediş haqqı 35 qəpik müəyyən edilib.

Xatırladaq ki, marşrut xətlərində tətbiq olunan gediş haqqı Tarif Şurasının müvafiq qaydalarına əsasən həyata keçirilir. Bu qaydalara əsasən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin ödənişi məsafədən asılı olaraq dəyişir. Belə ki, şəhərətrafı və qəsəbələrarası 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) 20 qəpik, 15 km-dən 25 km-dək (25 km daxil olmaqla) 25 qəpik, 25 km-dən 30 km-dək (30 km daxil olmaqla) 30 qəpikdir.

179 saylı nömrəli marşrut xəttinin uzunluğu isə 40 kilometr təşkil edir. Amma bu avtobuslardan istifadə edənlərin əksəriyyəti son dayanacağa qədər məsafə qət etmir. Buna görə də BNA-nın müəyyən etdiyi yeni tarif əksər sərnişinlərin əlavə vəsait xərcləməsinə gətirib çıxarır. Bu da sərnişinlərin haqlı narazılığına səbəb olur.

Qeyd edək ki, BNA məsafədən asılı olaraq differensial xidmət haqlarının müəyyən ediləcəyi barədə vəd versə də, hələ də bunu reallaşdıra bilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam