Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

8 saylı Poliklinikanın baş həkimi xanım jurnalistə hücum etdi - Bakıda ŞOK OLAY

 

Bakıda polikilinikanın baş həkimi Xəzər TV - nin xanım əməkdaşı ilə dalaşıb.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə Xəzər Televiziyasının Xəbərlər xidmətinin Nərmin adlı əməkdaşı müddət əvvəl vaksinasiya ilə bağlı şikayətlərin olduğu Nərimanov Rayon 8 saylı Şəhər Polikilinikasından reportaj hazırlamağa gedib.


Xanım müxbir polikilikinada çəkiliş etmək istəyərkən baş həkim  Tamilla Kərimova ona  hücum edib. Heç bir məlumat verməyəcəyini deyən baş hakim jurnalist və onun operatorunu polikinikadan qovmağa çalışıb . Həmin vaxt jurnalist öz vəzifə öhdəliklərini xatırladarkən baş həkimlə xanım jurnalist arasında əlbəyaxa dava olub. Daha sonra Xəzər televiziyasının müxbiri və operatoru vaksinasiya vurdurmaq üçün müraciət edən vətəndaşların köməkliyi ilə ərazidən uzaqlaşdırlıb.


Məsələ ilə bağlı saytımıza açıqlama verən 8 saylı Şəhər Polikilinikasının Baş həkimi Tamilla Kərimova yaşanan insidenti təsdiqləyib:


“Xəzər TV - nin xanım müxbiri polikinikada vaksinasiya prosesinə kobud sürətdə müdaxilə edirdi. Ona görə də kənardan baxa bilməzdim. Mənu onu qovmalı idim. Başladı burda hay-huy salmağa, özündən çıxdı. Mən göydən düşmüşəm? Mən bu poliklinikaya gələndən 3 qəzet bağlamışam. Həmin gün qeydiyyatdan keçən xəstəxananın pasientlərini şahid kimi dəvət edəcəm. Mən üç qəzet bağlatdırmışam. Heç bir mətbu orqandan qorxmuram. İstədiyim vaxt Mətbuat Şurasının sədri Əflatun Amaşova zəng edib, sözümü deyə bilirəm. Başqa yerdən də sizə deyəcəklər. Bu məsələni işıqlandırsanız sizi də məhkəməyə verəcəm”.(manset.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam