Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

"CAVİD QURBANOV 2 KLUBA KÖMƏK EDƏCƏYİNİ DEYİB" - Azərbaycan voleybolu üçün həyəcan təbili

Kişi və qadınlardan ibarət Azərbaycan çempionatının 2021/22 mövsümü keçirilməyə bilər. Buna səbəb Azərbaycan klublarının maddi problemlərlə üzləşməsidir.

Yenixeber.org: Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevin oxu.az-a verdiyi açıqlamaya görə, onlar yalnız iki klubun maddi xərclərini qarşılamağa hazırdırlar: “Pandemiya vaxtı bütün klublar fəaliyyətini dayandırıb. Onlara indi maddi köməklik göstərilməsə, fəaliyyətlərini bərpa edə bilməyəcəklər. Federasiya prezidenti Cavid Qurbanov iki kluba maddi köməklik göstərə biləcəyini bildirib. Bunlar qadınlarda “Azərreyl”, kişilərdə isə “Murov” klublarıdır. Bir də “Neftçi” klubu öz hesabına Azərbaycan çempionatında çıxış edə biləcəyini bildirib. Digər klubların maddi vəziyyəti yaxşı deyil. Avqustda Avropa çempionatında iştirak edəcək bir yığmanın ölkəsində çempionatın keçirilməməsi heç yaxşı deyil. Ona görə də voleybolun yaşaması üçün maddi dəstəyə ehtiyac var”.

O, Gənclər və İdman Nazirliyinə yeni rəhbər təyinatını gözlədiyini bildirib: “Azad Rəhimovun vəfatından sonra həmin vəzifəyə təyinat olmayıb. İndi gözləyirik ki, yeni nazir təyinatı həyata keçirilsin. Biz dövlətdən maddi dəstək almasaq, klublarda çalışan nə qədər oyunçu maaşsız qalacaq, ailələrinə baxa bilməyəcəklər. Əgər köməklik olunsa, sentyabr-oktyabr aylarında Azərbaycan çempionatını keçirməyə hazırıq”.

Qeyd edək ki, sonuncu dəfə voleybol üzrə Azərbaycan çempionatlarının oyunları 2019/20 mövsümündə keçirilib. Lakin pandemiya həmin yarışı yarımçıq saxlayıb. Sonuncu çempionatlarda Azərbaycanın altı qadın və yeddi kişi klubu mübarizə aparıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam