Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Ermənilər “Qarabağ”ı pulla almaq istəyir

Moskvada yaşayan azərbaycanlıların yaratdığı və həvəskar liqada çıxış edən “Qarabağ Moskva” futzal klubunu ermənilər almaq istəyir.

Xeberinfo.com:    Məlumata görə, bu haqda haber61.net adlı türk portalı məlumat yayıb. Klub son zamanlar maddi baxımdan ciddi sıxıntılarla üzləşib və ermənilər futzal çempionatında bir sıra uğurlar qazanan klubun onlara satılması üçün oyunçulara, habelə klub rəhbərliyinə təzyiq edirlər.

Xəbərdə deyilir ki, maddi sıxıntılar üzündən klubun oyunçuları səfər oyunlarına öz hesablarına gedirlər. Klubun oyunçusu və eyni zamanda məşqçisi olan Elnur Vəliyev deyir ki, ermənilərin Moskvadakı “Artsax” futzal komandası klubu almaq istəyir. “Lakin oyunçularımız bu təklifi qəti rədd edirlər. Əgər bizə maddi dəstək verən olsaydı Azərbaycan bayrağını böyük liqada dalğalandıra bilərdik. Azərbaycandan fərqli olaraq ermənilərin bu kluba maraq göstərməsi bizi məyus edir”, - o deyib.

E.Vəliyev kluba dəstək vermək istəyənlərin olmadığını, Azərbaycanla yanaşı türklərdən də dəstək gözlədilklərini deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam