Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

YAĞIŞDA İSLANMAYAN ADAM

 

Hekayə

Günəş hərdən buludların arasından boylanır, hərdən də balaca uşaq kimi gizlənpaç oynayarcasına, boz duman rəngində olan bulud parçalarının arxasında gizlənirdi.

Yenixeber.org: Havada istilik azca hiss olunsa da, yağış artıq “qollarını çirmələməyə” hazır idi. Təbiət sözünü deyirdi. Yazın ətri artıq duyulurdu. Yol boyu əkilən ağacların üzərindəki tumurcuqlar da bunun əyani sübutu idi.

Səhər tezdən işinə-gücünə tələsən Mərdan tindəki qəzet-jurnal köşkünün yanında dayanıb yeni nəşrlərə nəzər saldı. Dodağının altında pıçıldayaraq: “Görəsən bu gün dünyada nələr baş verir?”, “Sevindirici xəbərlər olacaqmı” kimi suallarla beynini yorurdu. Oxunaqlı qəzet alıb varaqlaya-varaqlaya avtobus daynacağına tərəf addımladı. Səhər saatlarında iş günü olduğundan avtobus gözləyənlərin sayı da çox idi. Mərdan əlini cibinə salıb: “Nə yaxşı gediş kartımı götürmüşəm, yoxsa yenə yolda qalacaqdım” – kimi sözləri düşüncəsindən keçirtdi.

Mərdan onunla birgə avtobus gözləyən adamlara nəzər saldı. Aralarında yaşlısı, qocası, qadını, gənci də vardı. Bəzilərinin üzündə qayğı, bəzilərininsə üzündə xoş təbəssüm vardı.

Xülasə, avtobus dayanacağa yaxınlaşanda hamı birincilik yarışına çıxırmış kimi qapıya yaxınlaşdı. Mərdan da gediş kartını hazır vəziyyətdə əlində saxlayıb növbəsini gözləyirdi. Avtobusa təzəcə minmişdi ki, arxadan yaşlı bir qadının onun çiyninə toxunduğunu hiss etdi:Ay oğul, mənim üçün də gediş kartından gedişi ödəyə bilərsənmi?” – deyə qadın titrək səslə soruşdu. Mərdan: “Əlbəttə, xanım,  buyurun, keçin”.

Mərdan bir anlığına özünü xoşbəxt hiss etdi. Bu gün üçün birinci yaxşılığını etmişdi artıq. Qarşıda onu hələ çox sınaqlar gözləyəcəkdi.

Btləcə sərnişinlər yerlərini tutub, avtobusun yola düşəcəyini səbrlə gözlədilər. Yola davam başlayanda Mərdan avtobusun pəncərəsindən xırda-xırda çilləyən yağış dənəciklərini seyr edirdi. Bu yaz başqa cür idi onun təsəvvüründə. Pəncərəyə düşən yağış damlaları sanki ona öz təşəkkürünü bildirirdi. Bir növ “çox sağ ol” deyib, minnətdarlıq hissi ilə yaşlı qadına kömək etdiyinə görə məmnunluq təsiri yaradırdı.

Mərdan aldığı qəzeti də arada bir səhifələyib, xəbərlərdən hali olmaq istəyirdi. Saatına baxıb: “Hələ iş ssatının vaxtına var”,  – deyə, düşündü.

İş yerinə çatanda hələ işçilər idarəyə təzə-təzə gəlməyə başlayırdılar:

            ‒ Salam, ay Mərdan, nə yaxşı gəldin, sənsiz buralar suyu qurumuş dəyirman kimidir.

Bu qapıçı Kərim kişinin səsi idi. O, uzun illərdir ki, Layihə institutunda işləyirdi. Mərdan da ali təhsilini başa vurub, təyinatla kiçik mütəxəssis – mühəndis kimi işə başlamışdı. O vaxtlar hələ çox gənc idi. Bir müddət sonra işində göstərdiyi müsbət keyfiyyətlərə və peşəkarlığa görə vəzifə pilləsində baş mütəxəssis pilləsinə yüksələ bildi.

İş otağına keçib qovluqları səliqə ilə rəfdən götürüb, xeli vaxtdan bəri başladığı işin davamına nəzər saldı: “Hə, bu işdən Salmanovu razı salacağıma əminəm, buna inanıram”, - deyə, düşünərək, kompüteri işə saldı.

İnstitutun rəhbəri – direktor Şükür Salmanov neçə illərdir ki, instutda bu işi icra edir. İşçilərlə səmimi olmaqla yanaşı, tələbkar və məsuliyyətli rəhbər idi.

Mərdan görəcəyi işlər götür-qoy edə-edə başı o qədər qarşmışdı ki, iş yoldaşı Sevilin içəri nə zaman daxil olduğunu görməmişdi.

‒ Salam, Mərdan, hər vaxtın xeyir, - deyib, iş masasının arxasına keçdi.

‒ Salam, vaxtınız xeyir, - deyərək, iş yoldaşına tərəf başını qaldıran Mərdan, bir anlıq öz fikir-xəyal aləmindən ayrılmış kimi oldu. O hələ universitetdə təhsil aldığı zaman oxumuşdu ki, yol iqtisadiyyatın arteriyasıdır. Yol uzaq məsafələri qısaldır, yol ünsiyyət vasitəsidir, rahatlıq və mədəniyyətdir. Salmanov gərək ki, bizim layihə ilə razılaşsın.

Mərdan: ‒ Düşünürəm ki, bizim bu dəfəki yol infrastrukturu layihəsi direktorumuz Salmanovun ürəyincə olacaq...

‒ Əlbəttə, Mərdan, ayrı necə ola bilər ki... Tamamilə doğru buyurdunuz. Biz həmişə rəhbərliyin etimadını doğrultmuşuq.

Şöbədə sakitlik idi. Mərdan da, Sevil də öz işində idi. Bir xeyli vaxtdan sonra Mərdan fasiləyə hazırlaşırdı. Artıq saat 1-i göstərirdi.İş yerinə yaxın kafelərdən birində mərci şorbası içib, tələsik işinə qayıtmaq fikri vardı. Axı, ay sonuna qədər Salmanova söz vermişdi. Layihəni hazırlayacaqdı

Kafeyə gələndə adamla masalarda yerlərini tutmuşdular. Mərdan da pəncərəyə yaxın masada əyləşib sifarişini – mərci şorbasını xörək paylayandan gətirməsini xahiş etdi. Pəncərə qabağından ötüb keçənlər harasa tələsirdi. Mərdan isə xəyallara dalıb, pəncərədən adamları seyr edə-edə fikirlərində harasa gedib çıxırdı və yenidən oturduğu kafedə sifarişinin nə zaman  hazır olacağını gözləyirdi. Nəhayət, şorbanı gətirdilər. O, günorta yeməyini içtahla yeməyə başlamışdı ki, birdən oturduğu yerin pəncərəsindən kiminsə ona baxdığını hiss etdi. Bir anlıq donub qaldı, əlindəki çörəyini masaya qoyub, onu içəri dəvət etmək istədi. Yaşlı kişi idi. Mərdan onun gözlərinə baxanda, onun ac olduğunu başa düşdü. Əynindəki nimdaş geyimindən də bunu sezmək olurdu. Özündən asılı olmadan, Mərdan bayıra çıxıb, yaşlı adama tərəf gələrək:

‒ Dayı, sizə necə kömək edə bilərəm?

‒ Ay bala, bu gün səhərdən acam, bir loxma olsaydı, az da olsa, qarnım doyardı.

Mərdan cəld yaşlı adamın qoluna girib, onu içəri dəvət etdi. Xörək paylayana işarə ilə:

‒ Zəhmət olmasa, bir qab da mərci şorbası gətirin.

Yaşlı adam: ‒ Sənə də əziyyət oldu... oğul...

Mərdan: ‒ Yox ay dayı, elə demə....

Bu an xörək paylayan süfrəni nizama salıb, digər şorba boşqabını da yaşlı adamın qənşərinə qoydu. Aclıqdan qolunda taqəti olmayan yaşlı adam qaşığı götürmədən bir loxma çörəyi şorbaya batırıb acgözlüklə yeməyə başladı. Mərdanın bu anda həm kişiyə yazığı gəldi, həm də fikrindən: “Nə yaxşı bu yoxsul adamı içəri dəvət edib qarnını doyurdum... Kim bilir, harada yıxılıb aclıqdan taqətsiz qalacaqdı”, - deyə, bu fikirlərlə etdiyi savabın məmnunluğunu bir an gözlərindəki sevinc hissi ilə duyurdu.

Axı, səhər Mərdan evdən işə gələndə yağış xırda-xırda çiləyirdi. Günorta fasiləyə çıxanda yağır nisbətən çoxalmışdı. Aydın oldu ki, bütün gün yağıntılı hava şəraiti olacaq. Elə Mərdan düşündüyü kimidə oldu.

Yaşlı kişi yeməyini bitirib çoxdan getmişdi. Hesabı xörək paylayana verib qapıdan çıxarkən, Mərdan fikrində saxladığı layihə haqda bir də düşündü. O, əmin idi ki, bu sınaqdan da uğurla çıxacaq. Direktor Salmanov da bu səy və bacarıqlardan razı qalacaq.

Mərdan yolu keçib, işə tərəf yollananda təbiətin şıltaqlığı ilə bir daha üzləşdi. Yağış yenə də yağırdı... Tərs kimi çətir də götürməmişdi. Yaxşı ki, əynindəki su keçirməyən yağışlıq geyimi vardı.

İnstitutun pilləkənlərini üzü yuxarı otağına tərəf qalxanda həmkarı Sevillə rastlaşdı.

‒ Mərdan, Salmanov səni soruşdu, dedim fasiləyə çıxıb. Sənlə vacib söhbəti var, imkan olsa, yanına gedərsən, - deyə Sevil həyəcanla dedi.

‒ Yaxşı, Sevil. Sağol ki, xəbərdarlıq etdin. Mütləq gedərəm yanına.

Söhbətin hansı məcrada gedəcəyini təxmin etmişdi. Mərdan bilirdi ki, institutun rəhbəri son layihə barədə fikir mübadiləsi aparacaq. Elə bunu fikir-xəyal edərək, iş otağından layihə ilə bağlı qeydlərini götürüb direktorun kabinetinə yollandı:

‒ Salam, yoldaş Salmanov...

‒ Hə, sənsən, buyur içəri, Mərdan.

‒ Bəli yoldaş Salmanov, mənəm. Sizə sevindirici və xoş xəbərlərim var. “Yol infrastrukturu haqqında” olan layihənin tamamlanmasına az vaxt qalıb. Bizim şöbə tamamilə səfərbər olub bu məsələdə. Sevil xanımın da əməyini xüsusi qeyd etmək istəyirəm.

‒ Mərdan, mən sizin işinizin bacarıq və yüksək əməklə tamamlanmasına əminəm, - deyə, ağır-ağır sözə başlayan Salmanov əlini masanın üzərindəki layihə eskizinə işarə etdi. Bu layihənin uğurla tamamlanması bütün kollektiv adına başucalığı və yüksək nailiyyət deməkdir. Nazirlikdən də zəng vurmuşdular. Onları da əmin etdim ki, bütün Layihə İnstitutunun əməkdaşları bu işin öhdəsindən yüksək peşəkarlıqla gələcəklər.

‒ Buna heç bir şübhənizolmasın. Bəzi eskiz nümunələrini bu qovluqda qeyd etmişəm ki, sizə təqdim edim. İnanıram ki, xoşunuza gələcək.

‒ Yaxşı Mərdan, baxacağam, sonra yenə də səninlə söhbətimiz olacaq. Sizə bu işdə uğurlar arzu edirəm.

‒ Minnətdarlıq edirəm, yoldaş Salmanov. İcazənizlə mən işimin başına qayıdım.

‒ Gedə bilərsiz, buyurun...

Mərdan bir anlıq saatına baxıb, vaxtın nə zaman keçdiyini hiss etmədi. Kiçik zaman kəsiyində layihəni hazırlayıb verəcəkdi. Özünün də təxmin etdiyi kimi hazırlanan “Yol infrastrukturu haqqında” olan layihə yüksək peşəkarlıqla işlənib hazırlanaraq, Nəqliyyat nazirliyindən əla rəy verilməklə uğurla keçmişdir. Bax, əsl göztərici bu idi...

Aradan xeyli vaxt keçmişdi. Hərdən payızın sonu, yazın əvvəllərinin gəlişi Mərdana bu həyatda etdiyi yaxşılıqları xatırladırdı. Yazın gəlişi özlüyündə bir oyanış, bir saflıq və bir də təzəlik idi... Hərdən də ona elə gəlirdi ki, yağan yaz yağışı onun üzərinə yox, yalnız ətrafa yağırdı. O bunu öz təsəvvüründə belə təsvir edirdi. Bütün bunlar onun insanlara etdiyi yaxşılıqlarından, xeyirxah əməlindən xəbər verirdi. Yağışda islanmayan adam... idi sanki...

 Səadət SULTAN

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam