Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Bir zamanlar “hər gün Lenin, hər yer Lenin” idi –Proletariatın “dahi rəhbəri”nin kultu qurduğu dövlətlə dağıldı

 Yenixeber.org: Sovet liderləri arasında şəxsiyyətə pərəstiş məsələsi İosif Stalinin üzərində daha çox qabardılsa da, Vladimir İliç Lenin heç də ondan geri qalmayıb, dünya proletarlarının rəhbərini hələ sağlığında mifləşdiriblər. SSRİ dövrünü görənlər, bu dövrdə yaşayanlar Leninin hər addımda, hər sahədə görünməsini, hiss edilməsini yəqin ki, yaxşı xatırlayırlar.

Statistik rəqəmlər Leninin şəxsiyyətə pərəstiş məsələsinə kifayət qədər aydınlıq gətirir.

Leninin ilk büstü hələ sağlığında, 7 noyabr 1918-ci ildə Voronejdə qoyulub, 1919-cu ildə büstlərin sayı 20-yə çatıb, 1920-ci ildən büst və abidələrin qoyulması kütləvi şəkil alıb.

Keçmiş SSRİ-də və digər ölkələrdə Leninin abidələrinin sayını dəqiq müəyyənləşdirmək mümkün olmayıb. Təxmini hesablamalara görə, onların sayı 4 min yaşayış məntəqəsində olmaqla 8 mini ötüb.

pervouralskaya-mnogotirazhka.jpg (152 KB)

Leninin adını daşıyan yaşayış məntəqələrinin sayını da dəqiqləşdirməkdə problem yaranıb. 1990-cı ilin təxmini statistikasına görə, bu adla bağlı 10 mindən artıq şəhər, rayon, qəsəbə və kəndlər olub.

O cümlədən SSRİ-dən kənarda da Lenini unutmayıblar. Sosialist ölkələrdən başqa, kapitalist ölkələrdə - Fransada 41 küçə, 4 meydan, İtaliyada 33 küçə, 2 meydan, Böyük Britaniyada 2 küçə, Hindistanda 4 küçə, Finlandiyada 2 küçə, 1 park, Malayziyada, Cənubi Afrika Respublikasında, Anqolada, Vyetnamda, Mozambikdə, Somalidə, Tunisdə də Leninin adını daşıyan küçə və meydanlar olub.

Təkcə SSRİ-də isə 8637 küçə və prospektə Leninin şərəfinə onun adı adı verilib.

Leninin adını əbədiləşdirmək abidə, küçə, şəhər adları ilə yekunlaşmyıb.

Vaxtilə dünyanın ən çox ziyarət olunan yerlərindən biri də onun nəşinin saxlandığı və adını daşıdığı mavzoleydir.

SSRİ-də pul əskinazlarının üzərində də Leninin şəkli əks olunub.

1930-cu ildə SSRİ-nin ən ali dövlət mükafatı olan “Lenin” ordeni də məhz proletarların rəhbərinin şərəfinə adlandırılıb.
Həmçinin SSRİ-nin dövlət himnində də Leninin adı hallandırılıb.

Moskva, Leninqrad, Kiyev, Bakı və Daşkənd metropolitenləri də Leninin adına olub.
Orta təhsil ocaqlarında şagirdlər birinci sinifdən onuncu sinifə qədər sinələrində Lenini əksi olan oktybryat, pioner, komsomol ulduzları gəzdiriblər.

lenin-870x522.jpg (97 KB)

Leninin adı ilə bağlı 1000-dən artıq mətbu orqan, qəzet və jurnallar çıxıb.

Vladimir İliçin seçilmiş əsərlərinin tirajı isə milyonları keçib.

Leninin əksi olan plakatların sayı isə o qədər çox olub ki, onları yalnız rayon və şəhərlər üzrə saymaq mümkün olub.
Təhsil ocaqları, ən böyük elmi mərkəzlər, kitabxanalar da Leninə böyük “ehtiramla” yanaşıblar. SSRİ-də fəaliyyət göstərən bir çox universitet və instututlara Leninin adı verilib.

Maraqlı məqamlardan biri odur ki, Vladimir İliç hələ sağlığında təvazökarlıq göstərərək onun adının bu qədər populyarlaşdırılmasına etirazını bildirib. Bu haqda onun köməkçisi Vladimir Bruyeviç də öz xatirələrində yazıb:
“Bir gün Lenin məni təcili yanına çağırtdırdı. Qonşu otaqdan onun kabinetinə keçdim. Çox həyəcanlı və bir az da əsəbi idi. Əlindəki qəzeti havaya qaldırıb danışmağa başladı:

thumb.jpg (140 KB)

- Bu nədir? Bu yazılar nə deməkdir? Mən bunları oxuyanda utanıram. Məni nəhəng bir siyasətçi kimi qiymətləndirirlər, mənə gələcəyimiz naminə sağlamlıq arzulayırlar. Axı biz həmişə şəxsiyyətə pərəstiş məsələsinə qarşı mübarizə aparmışıq. Kiminsə xidmətlərini əfsanəyə çevirməkdən uzaq olmuşuq. Mən də sadə bir insanam, hamı kimi adi bir vətəndaşam və üzərimə düşən vəzifələri yerinə yetirirəm. Bu cür yazılar yolverilməzdir...”

Amma bu sözləri deyən Lenin Xalq Komissarları Sovetinin sədri kimi öz adının hansısa bir müəssisəyə, təhsil ocağına verilməsi ilə bağlı rəsmi sənədlərə özü imza atıb. Bunu əsl “kommunist təvazörkarlığı” da adlandırmaq olar.

Leninlə yanaşı onun həyat yoldaşı Krupskaya da ad məsələsində, mifə çevrilməkdə həyat yoldaşından geri qalmayıb. Onun adını daşıyan saysız-hesabsız universitet, məktəb, bağça, kitabxana, elmi mərkəz, xəstəxanalar mövcud olub. Hətta onun Kreml nekropolunda dəfn olunmasına da heç kim etiraz etməyib.

mim-lenin-abbau-echt-DW-Berlin-Berlin.jpg (117 KB)

Amma bu şişirtmələrin, yaradılan miflərin ömrü uzun çəkməyib. SSRİ süquta uğrayandan sonra abidələr aşırılıb, şəhərlərin, küçələrin, meydanların adları dəyişdirilib, insanların beyninə sürətlə yeridilən Lenin, elə yaddaşlardan da sürətlə silinməyə başlanıb.

Elə dövrün ən məşhur şüarı olan “Lenin yaşayıb, Lenin yaşayır, Lenin həmişə yaşayacaqdır” şüarı da asıldıqları yerdən buxarlanaraq göylərə sovrulub...(musavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam