Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Xruşovun tələsi: o, tələsməyib və Malenkovu SSRİ rəhbəri olmaqdan fənd ilə məhrum edib

 

66 il öncə, 1953-cü ilin sentyabr ayında Nikita Xruşov SSRİ-nin ən yüksək vəzifələrindən birinin - Mərkəzi Komitənin birinci katibi (sonralar baş katib) vəzifəsinin icrasına başlayıb. Bu seçkili təyinat haqqında Mərkəzi Komitənin 3-7 sentyabr tarixlərində keçirilən plenumunda qərar verilsə də, Xruşov yeni kürsüsündəki fəaliyyətinə 28 sentyabrda başlayıb.

Yenixeber.org: İosif Stalinin vəfatından sonra Kremldə hakimiyyət uğrunda gizli mübarizədə siyasi qruplar arasında kifayət qədər böyük gərginlik yaşanıb. Əvvəlki iddialarından əl çəkməyən Lavrenti Beriya Stalinin dəfni ilə bağlı yaradılmış komissiyaya Georgi Malenkovun sədrlik etməsi təşəbbüsünü irəli sürüb. Nikita Xruşov bu təşəbbüsə qarşı çıxmaq istəsə də, susmağa üstünlük verib. Malenkov-Beriya qrupunun tərəfdarları daha çox olduğundan Xruşov açıq mübarizəyə getməkdən çəkinib.

Ortaya belə bir sual çıxır, dəfn komissiyasına rəhbərlik etmək niyə belə önəmli məsələ sayılıb?

SSRİ-də Leninin vəfatından sonra yazılmamış bir qanun hökm sürüb. Vəfat edən ölkə başçısının dəfn komissiyasına sədr seçilən, dəfndə birinci çıxış edən şəxs ölkənin növbəti rəhbəri seçilib. SSRİ süquta uğrayana qədər bu ənənə davam edib.
Beləliklə, Stalinin dəfnində ilk çıxış edən Mərkəzi Komitənin katibi Georgi Malenkov olub. Bu çıxış ölkə ictimaiyyətinə və Mərkəzi Komitənin yüksəkçinlilərinə onu işarə verib ki, SSRİ-nin növbəti rəhbəri Malenkov olacaq. O cümlədən bu Nikita Xruşova da gün kimi aydın olub. Amma Xruşov hadisələri qabaqlamağa tələsməyib.

Artıq dəfnin səhərisi günü Malenkov Stalinin kabinetində əyləşib. Məhz bu kabinetdə hakimiyyətin idarəetmə forması və struktur dəyişikliklər müzakirə olunub.

Qərara gəlinib ki, ölkənin idarəetmə sistemi Leninin dövründəki kimi olsun, ölkəyə Nazirlər Sovetinin rəhbəri başçılıq etsin və o, həm də Mərkəzi Komitənin rəyasət heyətinin, plenumların sədri olsun.

Beriya Malenkovun Mərkəzi Komitənin katibi vəzifəsindən azad edilməsini, Nazirlər Sovetinin sədri vəzifəsinə seçilməsini təklif edib. Təklif qəbul olunub. Beləliklə, Malenkov faktiki olaraq ölkənin başçısı seçilib.

Xruşov bu təyinata qarşı da təmkinini pozmayıb. Çünki hələ qarşıda partiya rəhbərliyinə seçilmək məsələsi də dayanıb.

Nəhayət, Kommunist Partiyasının Mərkəzi Komitəsinə seçim zamanı da çatıb.

Bu məsələdə Xruşov təşəbbüsü əldən verməyib və onun partiyaya rəhbərlik etməsi müsbət həllini tapıb.

Beriyanın həbsindən bir müddət sonra Malenkovun komandası zəifləyəndə Xruşov öz hakimiyyət iddialarını büruzə verməyə başlayıb. Kommunist Partiyasının hər şeydən üstün olduğunu, Mərkəzi Komitənin rəhbər struktura çevrilməsi zərurətini dilə gətirib.

Nəhayət, Mərkəzi Komitənin Rəyasət Heyətinin (həmin dövrdə belə adlanıb) növbəti iclasında Xruşov iclasa hamıdan qabaq gələrək sədr kürsüsündə əyləşib. Malenkov iclas zalına daxil olanda, öz kürsüsündə Xruşovun əyləşdiyini görüb və təəcübünü gizlədə bilməyib:

- Nikita Sergeyeviç, məncə, vəzifə bölgüsünə görə siz öz kürsünüzdə əyləşməmisiniz.

Xruşov təmkinini pozmadan Malenkova sualla cavab verib:

- Niyə belə düşünürsünüz?

- Biz müşavirədə ölkənin idarəetmə sistemini müəyyənləşdirdik və qərara gəldik ki, ölkə Leninin dövründəki kimi idarə olunacaq.

Xruşov növbəti dəfə Malenkova sualla cavab verib, amma bu dəfə bir az təbəssümlə:

- Yoldaş Malenkov, siz özünüzü Lenin sayırsınız?

Bununla da Xruşov mütləq hakimiyyəti ələ keçirib, hətta bir müddət keçdikdən sonra Malenkovu Nazirlər Sovetinin sədri vəzifəsindən də uzaqlaşdırıb.

1957-ci ildə, sonralar “antipartiya qrupu” adını almış Malenkov, Kaqanoviç və Molotov Xruşovu devirmək istəsələr də, saray çevrilişi cəhdi baş tutmayıb.

Nikita Xruşov düz 11 il SSRİ-nin hakimiyyət sükanını saxlaya bilib. 1964-cü ilin oktybrında isə ona məlum ki, heç o özü də Lenin deyil. Brejnev komandası Nikita Xruşovu böyük peşəkarlıqla tutduğu bütün vəzifələrdən uzaqlaşdırıb, Kremldən təcrid ediblər...(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam