Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Proletariatın “dahi” və “mavi” rəhbəri –arxiv materialları Leninin əsl simasını gec də olsa açıb

 

 22 aprel Vladimir İliç Leninin ad günüdür. Dünya proletarlarının rəhbəri 150 il öncə bu gün Simbiriskdə (indiki Ulyanovsk) dünyaya göz açıb. Tarixə ilk kommunist dövlətinin yaradıcısı, SSRİ-nin qurucusu kimi düşən Lenin qurduğu dövlətin özündən sonrakı rəhbərləri içində ən az yaşayan lider olub - 53 il 9 ay. 

Yenixeber.org: Siyasi fəaliyyəti, ölkəyə rəhbərliyi dövründə Leninə, kiçik insidentləri nəzərə almasaq, 7 dəfə sui-qəsd cəhdi edilib. Yəqin ki, Lenin ömrünün son günlərində keçmişinə nəzər salanda, həmin sui-qəsd cəhdlərini xatırlayanda, yaşadığı 53 il 9 aya da şükür edib.

Ölümündən sonra da Lenini rahat buraxmayıblar. Onun 1924-cü ildən bu günə qədər Mavzoleydə saxlanılan cəsədinə 5 dəfə hücum olub.

İstər sağlığında, istərsə də ölümündən sonra Lenin ona tuşlanan güllələrdən çox da zərər çəkməyib, bu baxımdan onu şanslı adam saymaq olar.

 

Təkcə sui-qəsd cəhdlərində yox, Lenin digər məsələlərdə də şanslı olub. O, siyasi fəaliyyəti dövrünün bir hissəsini başqa ölkələrdə keçirsə də, Rusiyada inqilab etməyə nail olub. Orta gəlirli bir ailənin oğlu olan Lenin inqilabi fəaliyyəti üçün kifayət qədər böyük vəsaitlərlə maliyyələşib. Belə ki, onun 19-cu əsrin sonlarında yaratdığı Kommunist Partiyasının fəaliyyəti üçün qarşıya çıxan problemlərdən biri maliyyə məsələsi olub. Təbii ki, partiyanın normal fəaliyyətini təmin etmək üçün fəallara maaş vermək, vərəqələr və qəzetlər çap etmək, mətbəə xərclərini, çap məhsullarının bölgələrə çatdırılması üçün daşınma haqqını ödəmək, mitinq və nümayişlərə vəsait ayırmaq və s. zəruri işlər üçün kifayət qədər ciddi məbləğlər tələb olunub.
Leninin bu problemini həll edənlərdən biri Stalin olub. Cinayətkar aləmdə Koba kimi tanınan Stalin qarət etdiyi pulları Leninə ötürüb. Təkcə 1908-ci ildə çar 1-ci Nikolayın Bakıdakı pullarını daşıyan gəmisindən Stalin öz dəstəsi ilə seyfi oğrlamağa nail olub və seyfdəki 8 milyon rubl Leninə ötürülüb. Bununla da uşaqlara səxavətlə alma paylayan, çiyinlərində şalban daşıyan, bütün dünyanın proletarlarını birləşdirmək iddiasında olan Lenin halallığı sevən fəhlə və kəndli partiyasını haram pullarla maliyyələşdirib.

Sovet dövrünün ədəbiyyatlarında Lenin sadə həyat tərzi sürən ideal bir şəxs kimi təqdim olunub. Qeyd olunub ki, onun aylıq maaşı 500 rubl olub, proletariatın rəhbəri bütün mükafatlardan, dövlət büdcəsi hesabına digər güzəştlərdən qəti şəkildə imtina edib və bunu yolverilməz sayıb, ən adi məişət xərclərinin dövlət hesabına ödənilməsinə yol verməyib. Hətta 1918-ci ildə inflyasiya ilə bağlı maliyyə məmuru Leninin maaşını 800 rubla qaldıranda, rəhbər ona bu “səxavətinə” görə şiddətli töhmət verib.

Bəs həqiqətdə necə olub?

Su kimi şəffaf təqdim edilən Leninin geyimləri Avropa ölkələrindən gətirilib, bu işlə onun ikinci “xanım”ı İnessa Armand şəxsən məşğul olub. Krupskayadan fərqli olaraq, İnessa Armand qərblilərin həyat tərzinə, qərb dəbinə daha yaxşı bələd olub və o, bu işin öhdəsindən lazımınca gəlib. Leninin ən çox sevdiyi içki olan pivələr və bəzi ərzaq məhsulları da xaricdən gətirilib. Həmçinin onun müalicə həkimləri də başqa ölkələrdən dəvət olunublar. Sözsüz ki, bütün bunlar 500 rublluq həyat tərzidən fərqli olan bir yaşamdan xəbər verir.

Kommunist əxlaqı məsələsinə məqalələrində tez-tez yer verən Vladimir İliçin öz əxlaqı da yazdıqlarına tərs-mütənasib olub. Bununla bağlı tarixçi alim Sokolovun çox “maraqlı” arxiv araşdırmaları mövcuddur. Bu araşdırmalara nəzər yetirərkən Leninin homoseksual olmasına şübhə yeri qalmır.

Tarixçinin qənaətinə görə, Vladimir İliç öz yatağını əsasən məşhur inqilabçılar Qriqori Zinovyev və Lev Trotski ilə bölüşüb.
Siyasi büronun üzvü, Leninqrad Vilayət Partiya Komitəsinin birinci katibi Zinovyevin arxivindən tapılan məktublar Leninlə bağlı bir çox mətləblərə aydınlıq gətirib. 1917-ci il iyul ayının 1-də Leninin Zinovyevə yazdığı məktubda bu sətirlər diqqəti cəlb edir:

“Qriqori, vəziyyət elə gətirib ki, mən təcili Petroqradı tərk etməliyəm. Vacib işlərimə görə uzağa gedə bilmərəm. Yoldaşlar yaxınlıqda mənə bir yer təklif ediblər. Həmin yer tam təhlükəsizdir. Amma ora tək mənim üçün darıxdırıcı olacaq. Özü də belə bir vəziyyətimdə. Gəl mənimlə birlikdə gedək, hamının nəzərindən uzaqda möcüzəli günlər keçirək. Gələ bilsən, təcili mənə zəng vur, mən göstəriş verim ki, iki nəfərlik yer düzəltsinlər”.

Zinovyev rəhbərin çağırışından imtina etməyib. Onlar Razlivdə öz “xoşbəxt” günlərini yaşayıblar.

Cütlüyə mane olan əsas şəxs Nadejda Krupskaya olub. Zinovyevin Leninə məktublarının birində də bu öz əksini tapıb:
“Yadındadır, biz Cenevrədə olanda bu qadından necə gizlənirdik. Bizi, bizim hisslərimizi, bir-birimizə bağlılığımızı heç kim başa düşə bilməz. Tez qayıt gəl, gözləyirəm səni, mənim çiçəyim. Sənin Qerşelin” (Zinovyevin əsl adı Qerş olub).

Digər bir məktubda Zinovyev fikirlərini daha açıq ifadə edib: “İliç, bütün tapşırıqlarını yerinə yetirmişəm. Burada mənim üçün çox çətindir. Ürəyimi ancaq onunla isidirəm ki, yaxın günlərdə səni görəcəm. Sən bizim yuvamızı saxlamısanmı? Ora başqa adam aparmırsan ki? Mən çox həyəcan keçirirəm, yalnız sənin sədaqətinə olan ümidim məni isidir. Öpürəm. Sənin Qerşelin”.

Lenin-Zinovyev cütlüyünün arasında qısqanclıq da hökm sürüb, bəzən bu qısqanclığa görə umu-küsü də baş verib. Belə küsülülüklərin birində barışmaq üçün ilk addımı Lenin atıb və Zinovyevə nədənsə alman dilində məktub yazıb: “Əziz Qerşel! Sən gərək məndən inciməyəsən. Mən hiss edirəm ki, Qafqaza gəlməyini qəsdən gecikdirirsən. Yəqin ki, məndən çox incimisən. Bilirəm, bunlar nəyə görədir. O ki qaldı Trotski ilə mənim yaxınlığıma, bu, bir dəfə oldu və daha təkrar olunmayacaq. Səni gözləyirəm, biz öz möcüzəli yuvamızda barışacağıq. Sənin Vovan”.

Zinovyev bu məktubla sakitləşməyib və Leninə ağır ittihamlarla cavab yazıb: “İliç, mənim şübhələrim əsassız deyil. Hamı yaxşı görür ki, son vaxtlar sən onun ətrafında necə fırlanırsan. Mən səni yaxşı görürəm və səni kifayət qədər də yaxşı tanıyıram ki, sənin haqqında fikir söyləyim. Mən çox yaxşı bilirəm ki, bəzi kişiləri görəndə sənin gözlərin necə alışıb yanır... Mən kor deyiləm, hiss edirəm ki, onunla yaşadığın romana görə bizim sevgini unutmağa hazırsan”.

Leninlə Zinovyevin arasındakı “sevgi” macəralarını Krupskaya təfsilatı ilə bilib. O, Cenevrədə öz gözləri ilə onların yataq oyunlarının şahidi olub. Krupskaya bu utanc əməllərə qarşı mübarizə aparmaqda cıxış yolu tapmadığından susmağa üstünlük verib.

Tarixçi alim Sokolov öz tədqiqatlarından belə bir qənaətə gəlib ki, Lenin passiv, Zinovyev aktiv homoseksual olub.
1970-ci illərdə Moskvada doğulmuş, milliyyətcə erməni olan yazıçı Marietta Şaqinyan Lenin haqqında kitab yazanda bütün arxivlərə buraxılışı olub. O da Leninin seksual orientasiyası ilə bağlı bir sıra arxiv materialları əldə edib və bu haqda Brejnevi məlumatlandırmaq üçün ona məktub yazıb. Brejnev bu məsələni yaxın ətrafı ilə müzakirə edib. O dövrdə SSRİ-nin baş ideoloqu sayılan Suslovu bu xəbər dəhşətli dərəcədə sarsıdıb. Suslov təklif edib ki, Marietta Şaqinyanı aradan götürtmək lazımdır. Brejnev isə məsələni başqa cür həll edib. O, erməni yazıçını Lenin haqqında kitab yazdığına görə dövlət mükafatı və mənzillə mükafatlandırıb, bununla da onun susmağına nail olub.

Yuxarıda söylədiklərimiz ictimaiyyətin Leninin həyatının bir qismi ilə bağlı bildikləridir. Yəqin ki, bilinməyənlər, tarixin arxivlərində qalan qaranlıq mətləblər hələ çoxdur və onlar açılmayınca, 70 il ərzində milyonlarla insana “babalıq” edən Lenin Mavzoleydə rahat uyuyacaq.(musavat)

İlham Cəmiloğlu

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam