Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Sovet təhsilinin ABŞ təhsilindən üstünlüyü necə sübut olundu – Xruşov “Life” jurnalına təşəkkür edib

 

 Yerin süni peyki orbitə ilk dəfə olaraq 4 oktyabr 1957-ci ildə SSRİ tərəfindən buraxılıb. Bu hadisə dünya tarixinə kosmik eranın başlanğıc günü kimi düşüb. Sovet alimlərinin bu ilkə imza atması dünyanın siyasi arenasında da böyük əks-səda yaradıb. Xüsusilə də ABŞ SSRİ-nin kosmosa can atmasından ciddi narahat olub.

Yenixeber.org: Həmin ərəfədə ABŞ ictimai rəy institututunun keçirdiyi sorğuda SSRİ-nin kosmik tədqiqatlar sahəsində Amerikanı qabaqlaması ilə bağlı fikirlər də müxtəlif olub. Sorğuda iştirak edənlərin 30 faizi bu uğuru sovet təhsilinin yüksək səviyyədə olmasının nəticəsi kimi dəyərləndirib. 18 faiz SSRİ-də elm sahəsindəki təşkilatçılığın yüksək olduğunu bildirib.

Respondentlərin 50 faizi isə tam fərqli fikir bildirirərək qeyd ediblər ki, SSRİ-nin süni peyki ilk dəfə orbitə buraxmaqda əsas məqsədi Amerikanın imicinə zərbə vurmaq olub.

Dünyanın aparıcı kütləvi informasiya vasitələri iki güc dövləti arasında gedən rəqabətlə bağlı yazılara xüsusi yer ayırıblar. Müzakirəyə çıxarılan məsələlərdən biri də əks qütbdə olan ABŞ-ın və SSRİ-nin təhsil sistemləri olub.

Populyar Amerika jurnalı “Life” isə maraqlı bir ideya irəli sürüb. Redaksiya hər iki ölkənin təhsil sistemi haqqında dünya ictimaiyyətində ümumi rəy yaratmaq üçün yeni bir layihəyə başlayıb. Layihədə bir amerikalı və bir sovet şagirdinin bir ay ərzində fəaliyyətinin, təhsilinin, həyat tərzinin öyrənilməsi nəzərdə tutulub. Bu məqsədlə redaksiyada 10-15 nəfərlik iki qrup yaradılıb. Birinci qrup Amerikada, ikinci qrup SSRİ-də layihəni həyata keçirib. Şagirdlərin seçimini də redaksiya öz üzərinə götürüb. Keçirilən sorğu nəticəsində ABŞ-dan Çikaqo məktəblisi Stiven Lapekas, SSRİ-dən isə Moskvadakı 49 saylı məktəbin şagirdi Aleksey Kutskov bir ay ərzində jurnalistlərin nəzarətində olublar. Onlar hər ikisi 10-cu sinifdə oxuyublar və hər ikisinin də 16 yaşı olub. Onu da qeyd edək ki, nəticələr “Life” jurnalında çap olunmayana qədər məktəblilər jurnalistlərin bir ay onlarla vaxt keçirməklərinin məqsədini bilməyiblər.

Jurnalistlərin bir aylıq müşahidələri, qeydləri iki fərqli mənzərə ilə nəticələnib.

Sovet məktəblisi Aleksey Kutskov həftə ərzində 6 dəfə məktəbə gedib və cədvəl üzrə bütün dərslərdə iştirak edib. Bununla yanaşı o, həftədə iki dəfə musiqi dərslərində, 3 dəfə isə voleybol üzrə məşqlərdə iştirak edib. Kutskov gün ərzində ən azı 1-2 saat mütaliə ilə məşğul olub. Daha çox klassiklərin əsərlərinə maraq göstərib və onların əsərlərini tam oxuyub. Sovet məktəblisinin bütün fənnlərə yanaşması eyni olub. O, fizika və kimya fənnlərinə daha çox həvəs göstərməsinə baxmayaraq, humanitar fənnləri də mükəmməl öyrənməyi vacib sayıb. Sovet məktəblisi jurnalistlərə vaxtın azlığından şikayətlənib. Sevdiyi əyləncəyə, taxta və dəmir parçalarından kiçik təyyarə modelləri düzəltməyə vaxt tapmadığını söyləyib. Kutskovun daha bir hobbisi şahmat olub. Ancaq vaxtını daha çox dərslərinə ayırdığından həftədə cəmisi bir dəfə dərsdən sonra məktəbdə riyaziyyat müəllimi ilə şahmat oynamağa imkan tapıb. Aleksey Kutskov anası və nənəsi ilə kiçik ikiotaqlı mənzildə yaşayıb. Atası müharibədə həlak olub, anası zavodda mühəndis işləyib. O, ev işlərində anasına kömək edib, gündəlik kiçik alış-veriş, çörək və süd almaq ona həvalə olunub. Jurnalistlərin “təhsilin son hədəfi hara yönəlib” sualına Kutskov belə cavab verib: “Mən elmli olmaq istəyirəm, buna görə bütün gücümü təhsilə sərf edirəm. Gələcəkdə isə savadımı institutda davam etmək niyyətindəyəm...”

Amerikalı məktəbli isə bu suala başqa cür cavab verib: “Mən yaxşı qiymətlər almaq istəyirəm ki, kollecə daxil olum. Şən və qaynar tələbə həyatı mənim üçün maraqlıdır...”

Amerikalı məktəbli Stiven Lapekas Kutskovdan fərli olaraq həftədə beş dəfə məktəbə gedib. Əsasən texniki fənnlərə maraq göstərib və bir çox hallarda humanitar fənn dərslərində iştirak etməyib. Lapekas heç bir əsəri tam oxumayıb, əsərin ümumi məzmunu ilə tanış olmaqla kifayətlənib. O, həftənin 5 gününü hər dəfə 3-4 saat olmaqla üzgülük hovuzunda keçirib. Stiven Lapekas əyləncəyə daha çox vaxt ayırıb, rok-n-roll həvəskarı olan məktəbli hər axşam qız dostu ilə diskotekalarda, rəqs meydançalarında özünü sevimli hobbisindən məhrum etməyib. Fərqli cəhətlərdən biri amerikalı məktəbliyə valideynlərinin daha çox pul xərcləməsi olub ki, bu da müqayisədə sovet məktəblisinə xərclənən puldan təxminən 10-12 dəfə çox hesablanıb.

Layihənin sonunda hər iki şagirdin ümumi bilik səviyyəsi yoxlanılıb. Müəyyən olunmuş ballarla sovet məktəblisi amerikalı həmyaşıdını bir neçə dəfə qabaqlayıb.

Daha sonra “Life” jurnalında hər iki şagird haqqında geniş reportaj, fotolar, nəticələrlə bağlı materiallar çap olunub. Hər iki jurnalist qrupunun qənaətinə görə, sovet təhsilinin Amerika təhsilindən daha keyfiyyətli olduğu qeyd olunub.

Məktəblilərin təhsili, həyat tərzi fərqli olsa da, onların gələcək peşə seçimi eyni olub. Hər ikisi aviasiya sahəsində çalışıblar.
Eyni layihədə iştirak etsələr də, Stiven Lapekasla Aleksey Kutskov heç vaxt görüşməyiblər. Kutskov 1990-cı illərdə ABŞ-da xidməti ezamiyyətdə bu görüşə cəhd edib, amma Lapekas hansısa səbəbdən görüşdən imtina edib.

Uzun illər Lapekas və Kutskov layihə ilə bağlı mətbuata çoxsaylı müsahibələr veriblər. Hər ikisinin layihə ilə bağlı razı qaldıqları və razı qalmadıqları tərəflər olub. Xüsusilə, hər ikisi jurnalda çap olunan materiallardan narazılıq bildiriblər. Amerikalı Lapekas jurnalda onu “rok-n-rollu sevən məktəbli” adı ilə təqdim edilməsindən narazı qalıb. Kutskov isə jurnalın üz qabığındakı şəkilə irad tutub: “Soyuq aylar olmasına baxmayaraq, mənim şəklimi çəkəndə günəşli hava idi. Gün üzümə düşürdü və bu məni məcbur edirdi ki, üz cizgilərimi dəyişim. Bu da ona səbəb oldu ki, şəkildə sərt bir adam təəssüratı yaradırdım. Əslində mən mülayim xarakterə malikəm...”

Hazırda köhnə məktəblilər hər ikisi təqaüddədirlər və həmin layihə günlərini xoş xatirələrlə tez-tez yada salırlar.

Layihənin keçirilməsində ən maraqlı məqamlardan biri də həmişə xarici mətbuata, xüsusilə də Amerikanın kütləvi informasiya vasitələrinə sərt münasibət göstərən Nikita Xruşovun “Life” jurnalının ünvanına xoş sözlər deməsi olub:
“”Life” jurnalı təkcə Amerikada deyil, bütün dünyada populyardır və bu jurnal bütün dünyaya sübut etdi ki, ABŞ-ın təhsil sistemi SSRİ-nin təhsil sistemindən bir neçə dəfə geri qalır. Açığını deyim ki, redaksiyadan bu ədaləti gözləmirdim...”(musavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam