Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müəllimlərin maaşının artırılması üçün təkliflər təqdim edəcəyik

 

Biz müəyyən büdcə vəsaitinə qənaət etmiş olacağıq və təyinatı üzrə vəsaiti istifadə edəcəyik.

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, müəllimlər əməkhaqqının artmasını istəyirlər: “Sertifikasiyada məqsədlərdən biri də müəllimlərin əməkhaqqının artmasıdır. Əməkhaqqı dərs saatı ilə bağlıdır. 30% müəllimin 24 saat dərsi var, 29,4 %-i isə 24 və daha çox dərs alan müəllimlərdir. Onların əməkhaqqı 1300-1500 manat arası dəyişir. Müəllimlərin orta aylıq əməkhaqqı 1000 manata bərabərdir. Sertifikasiya prosesi yekunlaşandan sonra orta aylıq əməkhaqqı da artacaq. Növbəti mərhələdə biz müəllimlərin əməkhaqqının artmasının başqa yollarını düşünürük və təkliflər təqdim edəcəyik”.

Qeyd edək ki, layihəyə əsasən, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam