Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

69 il yaşayan ittifaqın 97-ci yaşı –miflər və xoflar dövləti olan SSRİ-nin labüd sonu

 

Yenixeber.org: 30 dekabr SSRİ-nin yarandığı gündür. 97 il öncə məhz bu tarixdə RSFSR (Rusiya), USSR (Ukrayna), BSSR (Belarusiya), Zaqafqaziya SFSR (Azərbaycan, Gürcüstan, Ermənistan) SSRİ-nin qurulması barədə saziş imzalayıb və 30 dekabr 1922-ci ildə Sovetlərin Birinci Birlik Konqresi tərəfindən bu saziş qəbul edilib.

69 illik tarixə malik olan SSRİ haqqında ən maraqlı faktları təqdim edirik.

1. SSRİ-nin tərkibində olan müttəfiq respublikaların sayı 4-16 arasında dəyişib. Ən uzun müddətdə isə 15 müttəfiq respublika olub.

2. Planetin quru hissəsinin altıda bir hissəsi SSRİ-nin payına düşüb.

3. Əhalisinə görə SSRİ dünyada 3-cü yerdə olub, 1989-cu ildə ölkə əhalisinin sayı 293 milyona çatıb.

4. 69 illik mövcudluğu dövründə SSRİ 3 müharibədə iştirak edib. 1939-1940-cı illərdə sovet-fin, 1941-1945-ci illərdə sovet-alman, 1945-ci ildə sovet-yapon müharibələrində. Hər 3 müharibədə SSRİ qalib olub.

5. 69 il ərzində SSRİ-nin 7 rəhbəri olub. Ölkəyə 1922-1924-cü illərdə Vladimir İliç Lenin, 1924-1953-cü illərdə İosif Stalin, 1953-1964-cü illərdə Nikita Xruşov, 1964-1982-ci illərdə Leonid İliç Brejnev, 1982-1984-cü illərdə Yuri Andropov, 1984-1985-ci illərdə Konstantin Çernenko, 1985-1991-ci illərdə Mixail Qorbaçov rəhbərlik edib.

6. SSRİ-nin pul vahidi rubl olub.

7. Ölkədə əsasən 7 bayram dövlət səviyyəsində keçirilib. 1 yanvar - Yeni il, 23 fevral - Sovet ordusu və hərbi-dəniz donanması günü, 8 mart - Beynəlxalq Qadınlar bayramı, 12 aprel - Kosmonavtika günü, 1 may - Dünya zəhmətkeşlərinin həmrəyliyi günü, 9 may - Qələbə günü, 7 oktyabr -Konstitusiya günü, 7 noyabr - Böyük Oktybar Sosialist İnqilabı günü.

8. SSRİ-də əsas qanun sayılan konstitusiya 3 dəfə yazılıb, 1924, 1936, 1977-ci illərdə.

9. SSRİ dünyada bir çox ilklərə imza atıb. Məhz 1954-cü ildə dünyada ilk dəfə SSRİ-də Atom Elektrik Stansiyası yaradılıb.

10. Kosmosun ilk dəfə fəth edilməsi də SSRİ tarixində ən yadda qalan hadisələrdən biridir. 12 aprel 1961-ci ildə Yuri Qaqarin bu sahədə SSRİ-nin adını dünyada birinciliyə çıxarıb.

11. “SSRİ-nin fəxri vətəndaşı” adı cəmisi iki nəfərə verilib, Lavrenti Beriyaya və İqor Kurçatova. Çox yəqin ki, onlar bu ada atom layihəsindəki iştiraklarına görə layiq görülüblər.

12. SSRİ-də dövlət təltifləri üçün 20 adda orden, 55 adda medal, 19 fəxri ad təsis edilib.

13. SSRİ-də Sovet İttifaqı Marşalı ali hərbi rütbəsi 1935-ci ildə təsis edilib. Bu rütbə ilk olaraq Kliment Voroşilova, Mixail Tuxaçevskiyə, Semyon Budyonnıya, Aleksandr Yeqorova və Vasili Blyuxerə verilib. Sonralar onlardan üç nəfəri Tuxaçevski, Blyuxer və Yeqorov Stalinin göstərişi ilə güllələnib.

14. SSRİ-də1923-cü ildə doğulan kişilərin 80 faizi 1941-1945-ci illərdə müharibədə həlak olublar.

15. Sovet idmançıları SSRİ dövründə 18 dəfə - 9 dəfə yay, 9 dəfə qış Olimpiya oyunlarında iştirak ediblər. Bu oyunlarda onlar 1204 medal (473 qızıl, 376 gümüş, 355 bürünc) qazanıblar. Medal sayına görə SSRİ yalnız Amerika Birləşmiş Ştatlarından geri qalıb.

16. 1989-cu ilin statistikasına görə SSRİ-də 71 dövlət universiteti fəaliyyət göstərib. Bu universitetlərdə 685 min tələbə təhsil alıb. Ümumi ali təhsil ocaqlarının sayı isə 600-dən artıq olub.

17. 69 ildə SSRİ vətəndaşlarından 12 nəfər Nobel mükafatına layiq görülüb.

18. SSRİ-də ilk “B-2” markalı televizor 1932-ci ildə istehsal olunub. Televizorun ekranı 3x4 ölçüdə olub.

19. SSRİ-də istehsal olunan ilk avtomobil “NAMİ-1” sayılır. 1925-ci ildə Konstantin Şarapovun ilk avtomobil layihəsi təsdiq olunub, 1927-ci ildə onun layihəsi əsasında avtomobilin istehsalına başlanıb. “NAMİ-1” avtomobilindən cəmi 512 ədəd istehsal olunub.

20. SSRİ-də ən çox tamaşaçı auditoriyası qazanmış film “20-ci əsrin dəniz quldurları” olub. 1980-ci ildə Qorki adına kinostudiyanın istehsal etdiyi bu filmi 87.6 milyon tamaşaçı izləyib. 84.4 milyon izləyici ilə “Moskva göz yaşlarına inanmır” filmi ikinci yerdə, 76.7 milyon tamaşaçı ilə “Brilyant əl” filmi isə üçüncü yerdə olublar.

21. Ən əsas fakt isə odur ki, SSRİ-də güclü ideologiya sistemi və güclü xüsusi xidmət orqanları olub. Məhz bu ölkəni 70 ilə yaxın bir müddətdə saxlayan da bu iki şəbəb olub. Yoxsa yəqin ki, birpartiyalılıq və alternativsizlik mühiti heç 7 ay da yaşaya bilməzdi. Yaradılmış miflər, DTK xofu SSRİ-yə düz 70 il nəfəs verib. Amma təbii ki, şişirdilmiş bayram şarlarına bənzəyən şüarlarla çox da uzağa getmək mümkün deyildi. Tarix də bunu sübut etdi, 70 ildə haqqı tapdalananlar sovet buxovundan xilas olaraq öz azadlıqlarına qovuşdular.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam