Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

Ağ Ev Kremlin "enerji imperiyası"nı da çökdürür:Qərbin son sarsıdıcı zərbəsi Rusiyanı "iqtisadi kollapsa" salır

 ABŞ və Qərb artıq Rusiyaya qarşı müharibəni enerji və maliyyə vasitələri ilə aparır, Kreml enerji diplomatiyasında tədricən blokada mərhələsinə daxil olur... Çünki kollektiv Qərbin koordinasiyalı sanksiya siyasəti Çin və Hindistan kimi nəhəng enerji alıcılarını da Rusiya ilə ticarətdən geri çəkilməyə vadar edir...

Yenixeber.org: Qlobal enerji balansında yeni mərhələ başlayır. Belə ki, ABŞ-ın son sanksiyaları Rusiyanın Asiya dayaqlarını da sarsıdır. Çin və Hindistanın Rusiya ilə iqtisadi-ticari tərəfdaşlıqda nisbətən geri çəkilməsi Kremlin enerji strategiyasını bloklayır. Buna paralel olaraq, ABŞ və Qərb isə Rusiyaya qarşı siyasi-diplomatik cəbhəni gücləndirir. Və belə vəziyyətdə Rusiyanın iqtisadi-ticari xarakterli "enerji kollapsı"na düşmək təhlükəsi kifayət qədər artmış kimi görünür.

Məsələ ondadır ki, Çinin dövlət neft şirkətləri ABŞ-ın “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı tətbiq etdiyi yeni sanksiyalardan sonra Rusiya neftinin alınmasını müvəqqəti dayandırıblar. Eyni zamanda, Hindistanın da Rusiyadan xam neft idxalını kəskin azaltmaq niyyətində olması Kremlin enerji diplomatiyasını ciddi zərbə altında qoyur. Və bu, Kreml üçün indi əsas problemdən biri kimi diqqəti çəkir.

ps-ts-tsps-images.jpg (6 KB)

Digər tərəfdən, bu prosesə paralel olaraq, Brüsseldə Ukrayna prezidenti Volodimir Zelenski və Fransa lideri Emmanuel Makron arasında keçirilən görüş Qərbin siyasi və enerji cəbhələrinin koordinasiyasını nümayiş etdirir. Rusiya prezidenti Vladimir Putinin qarşı tərəfi “çox ciddi və heyrətamiz cavab”la hədələməsi isə ABŞ və Qərbin sanksiya strategiyasına münasibətdə Kremlin siyasi ritorikasının tədricən sərtləşdiyini göstərir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Pekin uzun müddətdən bəri Qərbin sanksiyaları fonunda Rusiya ilə enerji əməkdaşlığını “sakit balans” prinsipi ilə davam etdirirdi. Ancaq ABŞ-ın son sanksiyalarının Çinin dövlət şirkətlərini də əhatə etməsi artıq vəziyyəti dəyişib. Çin üçün verdiyi son qərarın əsas motivasiyası iqtisadi rasionallıqdır. Çinin ABŞ-la ticarət dövriyyəsi təxminən 700 milyard dollara yaxınlaşır. Bu məbləğ Çin və Rusiya arasında ticarət dövriyyəsindən on dəfələrlə böyükdür.

Yəni, rəsmi Pekin üçün ABŞ-la ticarət əlaqələrinin təhlükəyə düşməsi Rusiyadan daha ucuz neft almaq qədər sərfəli deyil. Eyni zamanda, rəsmi Pekinin neft idxalını dayandırmaq barədə qərarı ABŞ-ın Çin-Rusiya enerji tərəfdaşlığını pozmaq strategiyasının effektiv olduğunu da göstərir. Hər halda, Ağ Ev son sanksiyaları ilə Kremlin Asiyadakı enerji bazarlarını daralmağa nail olub. Və belə anlaşılır ki, ABŞ Rusiyanın “xilas koridorları"nı bağlamağa çalışır.

5_380.jpg (23 KB)

Üstəlik, Hindistan da ABŞ-ın təzyiqləri altında mövqeyini dəyişərək, Rusiya neftindən asılılığını azaltmaq istiqamətində hərəkət edir. Bu, Hindistanın “enerji neytrallığı” siyasətindən artıq Qərblə strateji yaxınlaşmaya keçid etməyə başladığını göstərir. G20 sammitindən sonra Hindistan artıq ABŞ və Avropa Birliyi ilə enerji infrastruktur projelərinə, xüsusilə də Hindistan-Yaxın Şərq-Avropa Dəhlizi (IMEC) layihəsinə qoşularaq, özünü “yeni enerji arteriyası”nın mərkəzinə çevirmək istəyir. Və beləliklə, həm Çin, həm də Hindistanın addımları Rusiya üçün enerji bazarlarının struktur itkisinə gətirib çıxarır.

Digər tərəfdən, Brüsseldə baş tutan Zelenski-Makron görüşü Qərb üçün enerji və diplomatik koordinasiyanın növbəti mərhələsini təsdiqləmiş oldu. Prezident Volodimir Zelenskinin “İndi müharibəni bitirmək və Rusiyanı dayandırmaq üçün real şans yaranıb” bəyanatı Kremlin enerji gəlirlərinin azalmasının Ukrayna savaşında strateji dönüş nöqtəsi ola biləcəyini göstərir. Fransa isə Avropa Birliyinin enerji və müdafiə inteqrasiyasını dərinləşdirməkdə maraqlıdır. Və Fransa prezidenti Emmanuel Makronun bu kontekstdəki rolu Avropanın ABŞ strategiyasına paralel, ancaq müstəqil geopolitik xətt qurmaq cəhdini əks etdirir.

Rusiya prezidenti Vladimir Putinin son açıqlamaları - həm uzaqmənzilli raket zərbələri ilə bağlı təhdid, həm də Avropa Birliyinin “santexnika sanksiyaları”na istehzalı münasibət isə Kremlin ikiqat mesaj siyasətinə işarə edir. Birincisi, bu, daxili auditoriyaya yönəlikdir. Kreml rus ictimaiyyəti qarşısında “Rusiya mühasirədədir” narrativini gücləndirməyə çalışır.

59598.jpg (408 KB)

İkincisi, Rusiya prezidenti “heyrətamiz cavab” ritorikası ilə Qərbə psixoloji təzyiq göstərməyi və NATO-nun addımlarını qeyri-müəyyənlikdə saxlamağı hədəfləyir. Üçüncüsü, prezident Vladimir Putinin Avropaya qarşı sarkazmı, xüsusilə də, “tualetə ehtiyac duyacaqlar” istehzası Rusiyanın informasiya savaşında satirik və təhqiredici üslubu ön plana çıxardığını göstərir. Və bütün bunları nəzərə aldıqda, enerji sanksiyalarının yeni “soyuq müharibə”nin iqtisadi cəbhəsini formalaşdırdığını da düşünmək olar.

Göründüyü kimi, ABŞ və Qərb artıq Rusiyaya qarşı müharibəni enerji və maliyyə vasitələri ilə aparır. ABŞ və Avropa Birliyinin koordinasiyalı sanksiya siyasəti Çin və Hindistan kimi nəhəng enerji alıcılarını da Rusiya ilə ticarətdən geri çəkilməyə vadar edir. Ona görə də, Rusiya enerji diplomatiyasında tədricən təcrid mərhələsinə daxil olur.

Belə anlaşılır ki, Çin və Hindistan qısamüddətli iqtisadi fayda ilə uzunmüddətli geopolitik sabitlik arasında prinsipial seçim edir. ABŞ və Qərb isə Ukraynaya dəstək, enerji təchizatı və təhlükəsizlik zəmanətləri ilə çoxvektorlu sinxron siyasət həyata keçirir. Bütün bunlar qlobal enerji bazarlarında yeni tarazlıq axtarışının başlanğıcıdır. Və bu tarazlıq artıq siyasətin deyil, sanksiyaların dili ilə formalaşır.(musavat)

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam