Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

AVP-dən BƏYANAT

dunenki-qalmaqal-fonunda-avp-den

Ana Vətən Partiyası partiyaya məxsus Mətbuat Xidməti səhifəsinin oğurlandığını açıqlayıb.

Yenixeber.org: Açıqlamada Ana Vətən Partiyasının mətbuat xidmətinin mövcud olmadığı bildirilib.

“Bir zamanlar mövcud olan partiyanın mətbuat xidmətinə aid səhifə məlum şəxslər tərəfindən ələ keçirilib, orada saxta məlumatlar paylaşılmaqla üzvlərimizi və cəmiyyəti yalnış istiqamətləndirməyə yönəlmiş məlumatlar paylaşılıb. Hər kəsdən diqqətli olmağa, sədrimiz Fəzail Ağamalının və Ana Vətən Partiyasının rəsmi səhifəsinin paylaşdıqlarından kənar dezinformasiyalara inanmamağa çağırırıq.

Yaranmış mövcud vəziyyətlə bağlı yaxın günlərdə həmin şəxs və ya şəxslər barəsində hüquqi müstəvidə ölçü götürüləcək”, - partiya bəyan edib.

Qeyd edək ki, dünən Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının qurultayında qalmaqal yaşanıb. Yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb.

F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb. F. Ağamalı istefa vermədiyini mətbuata açıqlasa da, onun qurultay üzvləri ilə vidalaşdığı görüntülərdə öz əksini tapıb. Hadisədən sonra Günay Ağamalı da bəyanat yayaraq, atasının istefa vermədiyini bildirib və məlumatların əsassız olduğunu vurğulayıb.

AVP-nin təşkilati məsələlər üzrə sədr müavini Elçin Ağamalı bildirib ki, atası onun sədrliyə potensial namizəd kimi imkanlarını bildiyi üçün son bir ildə onu partiya fəaliyyətindən tamamilə uzaqlaşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam