Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Ramiz Mehdiyevdən güc alan Kamilə Mehdiyeva və deputat Bəxtiyar Əliyev cütlüyü… -TƏFƏRRÜAT

…Ramiz Mehdiyev mövzusu neçə günlərdir Azərbaycan mətbuatının gündəmini zəbt edib. Bu da səbəbsiz deyil. 24 il Ptezident Administrasiyasına rəhbərlik etmiş Mehdiyev təbii ki, sıradan biri deyildi.

Yenixeber.org:  Maraqlıdır ki, xalq arasında Ramiz Mehdiyevin və Müdafiə Nazirliyinin sabiq qərargah rəisi Nəcməddin Sadıqovun Rusiyanın agenti olması, 5-ci kolona rəhbərlik etmələri barədə zaman-zaman fikirlər səslənib, yazılar dərc olunub. Ancaq bu fikirlər, yazılar yuxarı dairələrdə nədənsə, ciddi qəbul edilməyib. Bununla belə, fakt faktlığında qalırdı və hərbi sahədə Nəcməddin Sadıqov, siyasi və iqtisadi, idarəetmə sahəsində isə Ramiz Mehdiyev “xarüqələr” yaradırdı. R.Mehdiyevin nazir, icra başçısı, deputat, səhiyyə, təhsil, elm və digər sahələrdəki vəzifələrə kadr təyinatında birbaşa rol oynadığını nəzərə alsaq, onda iqtisadiyyatımızın, elmin, təhsilin, səhiyyənin bu günkü acınacaqlı durumu, korrupsiyanın niyə getdikcə çiçəklənməsi aydın olur. R.Mehdiyevdən əlavə, onun ailə üzvlərinin, yaxın qohumlarının da bu xalqa qənim kəsilmələri nəticəsində Azərbaycan iqtisadiyyatına, səhiyyəsinə, elminə çox ciddi zərbələr vurulub.

***

 Mən də bu yazıda Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın elm sahəsində parlayan, dünya elminə böyük töhfələr verə biləcək, istedadlı, özü də hörmətli Mehriban xanım Əliyevanın diqqət göstərdiyi bir istedadlının qarşısına, atasının sayəsində dəfələrlə Ağdamdan deputat təyin etdirilən Bəxtiyar Əliyevlə birlikdə, necə iri bir kötük dığırlamasından danışmaq istəyirəm. Əvvəlcə həmin insanın özü və elmi fəaliyyəti  barədə sevimli oxucularımızı qısaca da olsa tanış etsəm, inanıram ki, onlar üçün də maraqlı olacaq…

Məmmədov Cabbar Manaf oğlu orta təhsilli olsa da, fizika, linqvistika, psixologiya və digər elm sahələrində böyük uğurlara imza atıb. Fizikadan A.Eynşteynin Nisbilik Nəzəriyyəsinin yanlış olduğunu elmi şəkildə sübut edib və bu yeni nəzəriyyə Avropada qəbul edilir. Linqvistikada isə  cümlə üzvlərində tamamlığın, nitq hissələrində isə zərfin artıq olduğunu sübut etməsi böyük bir yenilikdir.

 Daha sonra,C.Məmmədov Psixologiyanın təlqin nəzəriyyəsi sahəsində Azərbaycan dilində yazdığı “Diplomatik psixologiya” kitabı ingilis dilində giriş yazılmaqla ABŞ-ın Konqresmenlər palatasının kitabxanasında saxlanılır. Kompüterlərdə hələ 2002-ci ildə hazırlanan Azərbaycan dilindən rus dilinə çevirmə proqramı da C.Məmmədovun beyninin məhsuludur.

 Azərbaycanın bir çox elm adamları C.Məmmədovu dünya elminə çıxa biləcək bir istedad kimi tanıyırlar. Elə belə bir qrup vətənpərvər alimlər Cabbarın elm sahəsində daha da irəli getməsi və bunun üçün elmi adın vacibliyini nəzərə alaraq, 2010-ci ildə çox hörmətli xanım Mehriban Əliyevaya müraciət ediblər. İstəyirəm həmin müraciəti olduğu kimi sizlərə təqdim edim:

«Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya

Hörmətli Mehriban xanım!

Cabbar Məmmədov adlı talantlı bir gənc barəsində Sizə müraciət etmək qərarına gəlmişik. Bu gəncə nazirlər, deputatlar, AMEA-nın rəhbər  üzvləri və digər səlahiyyətli və tanınmış insanlar kömək etmək istəyiblər, ancaq heç bir nəticə əldə edilməyib. Bu məsələyə daha qüdrətli əlin qatılmasına ehtiyac vardır. Bu səbəbdən də, Sizə müraciət edirik. Problemin məğzi bundan ibarətdir ki, C.Məmmədov bir çox elm sahələrində çox əhəmiyyətli elmi nəticələr əldə edib. Bu nəticələrin hər biri istər Azərbaycanda, istərsə də xarici elmi dairələrdə orijinal və elm üçün əhəmiyyət kəsb edən ciddi işlər kimi dəyərləndirilib (baxılsın: Əlavə 1 və Il-yə). Maraq doğuran cəhət budur ki, o bu nəticələri heç bir ali məktəb bitirmədən əldə edib.

C.Məmmədovla bağlı problem bundan ibarətdir ki, onun formal ali təhsili olmadığından, bu dərəcədə dəyərli işlərini elmi iş kimi müdafiə edib, həyatını elmlə bağlaya bilmir. Çünki belə vəziyyət Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb. Buna görə də, indiyə qədər belə bir intellektual övladımız dolanışığını başqa sahələrdə təmin etməli olur. Problemin hüquqi mexanizminin olmaması isə, bu qədər tanınmış insanları gücsüz edir, elmi dairələr və dövlət qurumları isə,  Cabbarla rəsmi münasibət qurub, onun zəngin potensialından dövlətçiliyimiz üçün istifadə edə bilmirlər.

Hörmətli Mehriban xanım!

Bu cür müstəsna vəziyyət sovetlər dövründə akad. Y.Zeldoviçlə əlaqədar da baş vermişdi. Y.Zeldoviç də, heç bir ali təhsili olmadan bir sıra əhəmiyyətli elmi nəticələr əldə etmişdi. O vaxt akademik A.F.İoffe cəsarətlə qabağa durub, qanunvericilikdə nəzərdə tutulmamasına baxmayaraq, öz nüfuzundan istifadə edərək, onun ekstern qaydasında müdafiəyə buraxılmasına nail oldu. Əvvəlcə elmlər namizədi olan Y.Zeldoviç, sonradan SSRİ-yə Nobel mükafatı gətirdi. Bu hadisə həm A.F.İoffcnin, həm də Y. Zeldoviçin tərcümeyi-halının ən şərəfli məqamlarındandır.

 C.Məmmədovla bağlı məsələdə də, hüquqi baryerin aşılması üçün ölkənin nüfuzlu bir şəxsinin qabağa durmasına ehtiyac var ki, biz çox istərdik belə bir məsələnin həllində Siz öz töhfənizi verəsiniz. Deyilən problemin həlli üçün ölkənin hansısa bir nüfuzlu elmi qurumunun nəzdinə respublikamızın tanınmış alimlərindən ibarət (lazım olsa, xaricdən də mütəxəssislər cəlb etməklə), birdəfəlik nüfuzlu müdafiə şurası təşkil olunmalıdır ki, Cabbar Məmmədov burada öz işlərindən birini müdafiə edib, elmi dərəcə ala bilsin. Biz ehtimal edirik ki, belə bir şura Sizin köməkliyinizlə AMEA-nın hansısa bir institutunun nəzdində təşkil oluna bilər.

Hörmətli Mehriban xanım!

Qeyri-standart məsələlərin həlli qeyri-standart yanaşma tələb edir, belə qeyri-standart qərarlarsa, həmişə tarixin yaddaşında qalır. Burada söhbət, beynəlxalq praktikada çoxdan mövcud olan eksternat sisteminin ilk dəfə olaraq Azərbaycanda tətbiqindən gedir ki, bu cür orijinal və qeyri-adi qərarlar həmişə mətbuatın marağına səbəb olur, elm tarixində qalır və xatırlandıqca xoş təəssürat yaradıb, qərarın müəllifinə hörmət doğurur. Məlumat üçün bildiririk ki, C.Məmməov həm də, Qarabağ müharibəsi iştirakçısı və qazidir.

Qabaqcadan Sizə minnətdarıq.

Teymur Bünyadov, akademik, Əməkdar Elm Xadimi, MM-nin Elm- Təhsil komissiyasının sabiq sədri

Nizami Cəfərov, professor, Əməkdar Elm Xadimi, Millət Vəkili

Şahlar Əsgərov, professor, MM-nin Elm-Təhsil komissiyasının sabiq sədri

Yusif Rüstəmov, professor. AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru».

Alimlərin bu müraciətinə vətənini və onun elmini sevən bir insan kimi, hörmətli Mehriban xanım Əliyeva çox həssaslıqla yanaşaraq, Prezident yanında Ali Attestasiya Komissiyasına(AAK) məsləyə baxılmasını tövsiyyə edir. AAK-da 34 alim və akademiklərin Psixologiya üzrə imtahanından C.Məmmədov yüksək qiymətlə keçir. Azərbaycan elm tarixində ilk dəfə olaraq, C.Məmmədov orta təhsillə elmi işin müdafiəsinə buraxılır. Amma necə deyərlər, sən saydığını say, gör BDU-da R.Mehdiyevin qızı Kamilə Əliyeva və kölgə kimi onun ətrafında fırlanan deputat Bəxtiyar Əliyev nə sayır? Bu yerdə istəyirəm AAK-n Cabbar haqqında BDU-ya göndərdiyi məktubunu təqdim edim:

«AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
ALİ ATTESTASİYA KOMİSSİYASININ

SƏDRİ

№48-01-625-16

Bakı, İstiqlaliyyət küç., 8 8: 492-76-46, 492-65-05

_% « 08 » 2010-cu il

Bakı Dövlət Universitetinin rektoru,
akademik A.M.MƏHƏRRƏMOVA

Hörmətli Abel müəllim!  

Ali Attestasiya Komissiyası kollegiyasının 16.06.2010-cu il tarixli (prot.jNb25-K) iclasında iddiaçı Məmmədov Cabbar Manaf oğlunun «İşğalçı dövlətlərə qarşı qeyri-hərbi yollarla mübarizənin forma və metodları» mövzusunda 19.00.05 – «Sosial psixologiya» ixtisasında psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yazdığı dissertasiya işinin müdafiəsinin, doktorluq imtahanlarının götürülməsini və dissertasiyanın ilkin müzakirəsini təşkil etməklə, Bakı Dövlət Universiteti nəzdində birdəfəlik dissertasiya şurasında təşkil edilməsi ərara alınmışdır

Sədr: A.Mehdiyev».


Bu məktubdan bir müddət sonra C.Məmmədov namizədlik üçün lazım olan imtahanı da yüksək səviyyədə verir. Bu barədə AMEA-nın İnformasiya Texnologiyaları İnstitunun rəyini də təqdim edirəm:

«Azərbaycan Milli Elmlər Akademiyası
İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTU

VƏSİQƏ Nə 227H-06/13.01.11

Bakı Dövlət Universitetinin dissertantı

Məmmədov Cabbar Manaf oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən, AMEA İnformasiya Texnologiyaları İnstitutunda respublika üzrə mərkəzləşdirilmiş qaydada aspirant və dissertantlardan “İnformatika” fənnindən namizədlik imtahanını qəbul etmək üçün yaradılmış komissiyaya imtahan vermiş və 5 (əla) qiyməti almışdır.

Bu vəsiqə imtahan komissiyasının 13 yanvar 2011-ci il tarixli 227H saylı protokolu əsasında verilmişdir.

Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü,
professor».

***

Göründüyü kimi, hər şey qaydasındadır. Amma BDU-da isə Kamilə Əliyeva ilə Bəxtiyar Əliyev çütlüyü  hörmətli Mehriban xanım Əliyevanın yuxarıda qeyd etdiyim tövsiyyəsini və tanınmış alimlərin C.Məmmədov barədə verdikləri rəyi bir kənara atır. Nəticədə C.Məmmədova qarşı “get-gəl” və “ötür-ötür” oynuna başlayırlar. Bu barədə bir az sonra….

***

 Artıq deyildiyi kimi, bu günlərdə Ramiz Mehdiyevin komandasına daxil olan bir sıra məmurların adları mətbuatda açıqlandı. Lakin təbii ki, bu siyahı çox uzundur, mətbuatda adı hallananlar bunların cüzi bir hissəsidir.

Hal-hazırda vəzifədə olan (AAK-da Ekspert Şurasının sədri) belə şəxslərdən biri də deputat Bəxtiyar Əliyevdir. Məhz Ramiz Mehdiyevin sayəsində Ağdamdan 5 dəfə ardıcıl olaraq deputat etdirilən Bəxtiyar Əliyevin taleyinə günəş 1998-ci ildə doğmağa başladı. Belə ki, ixtisasca bioloq olan və o vaxta kimi AMEA Zoologiya institunda adı gedən, Ramiz Mehdiyevin qızı Kamilə Mehdiyeva (Əliyeva), (gələcək deputat İlham Əliyevin həyat yoldaşı) nədənsə psixologiya üzrə elmi iş müdafiə etmək fikrinə düşür və 1998-2002-ci illərdə BDU-nun Ümumi Psixologiya kafedrasının dissertantı və paralel olaraq müəllimi olur. Bəxtiyar Əliyevin və sabiq Deputat Gülər Əhmədovanın Mehdiyevlər ailəsi ilə tanışlıqları da məhz buradan başlayır. Belə ki, elə həmin illərdə B.Əliyev o kafedraya müdir təyin olunur, Gülər Əhmədova isə həmin vaxt həmin kafedrada müəllim kimi çalışırmış. 2002-ci ildə Kamilə Mehdiyeva (Əliyeva) Bəxtiyar Əliyevin elmi rəhbərliyi ilə namizədlik, 2009-cu ildə isə doktorluq işi müdafiə edir və Bəxtiyar Əliyevlə eyni fakültədə, qonşu “Sosial və pedaqoji psixologiya” kafedrasının müdiri olur və Gülər Əhmədovanı da öz kafedrasına müəllim götürür.

Milli Məclisə 2000-ci ildə keçirilən parlament seçkilərində həm B.Əliyev və həm də Gülər Əhmədova deputat seçilirlər.

 Təsadüfi deyil ki, B.Əliyev 2005-ci ildən başlayaraq, həm də MM-nin Elm və Təhsil Komitəsinin sədr müavini və sonra sədri vəzifələrini daşıyıb, yəni Ramiz Mehdiyevin “kurasiya” etdiyi sektora rəhbərlik edib.

Yeri gəlmişkən, Kamilə Mehdiyeva (Əliyeva) ilə B.Əliyevin iş birliyi tək bununla bitmir, onlar bir sıra biznes layihələrdə də şərik olublar. O cümlədən bu sevimli cütlük 2002-2007-ci illərdə “Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat Universiteti”nin saxta Bakı filialını yaradıb, oraya 7 minə yaxın (Rusiya qanunvericiliyinə uyğun olaraq) testdənkənar üsulla tələbə qəbul edib, 1 ildən sonra evlərində yatan o tələbələri BDU-ya və digər nüfuzlu Universitetlərə transfer etməklə milyonlarla pul qazanıblar. Məlumatlara görə, 5 il ərzində 7 min tələbə qəbul edən bu “Universitet” cəmisi 2 otaqdan, yəni, ancaq sənəd qəbul edən qeydiyyatçların otaqlarından ibarət imiş. 2007-ci ildə həmin Universitetin məhkəmə tərəfindən, qanunsuz hesab edilərək, fəaliyyətinə xitam verilmişdir. Amma saxta yolla 7 min tələbəni bədbəxt edərək qazandıqları milyonlara görə isə  Bəxtiyar Əliyevlə Kamilə Mehdiyeva cütlüyünə “gözün üstə qaşın var” deyən olmadı. Axı arxalarında Ramiz Mehdiyev kimi dağ var idi…

***

…Ramiz Mehdiyevin Prezident cənab İlham Əliyevə qarşı olması bugünkü məsələ deyil. BDU-da çalışan hər kəs bilirdi ki, R.Mehdiyevin qızı Kamilə Mehdiyeva ömrü boyu orada çalışan Nərgiz xanım Paşayeva ilə qatı düşmən olub və hətta onunla konfliktlərin birində Mehriban xanımın əleyhinə bütün heyətin gözü qarşısında açıq-aşkar mənfi və sərt ifadələr də yağdırmışdır. Bu, özü artıq Mehdiyevlər ailəsinin daxilində Ulu Öndərin varislərinə olan gizli nifrətin təzahürləri idi. Və Kamilə Mehdiyevanın bu nifrəti təkcə Nərgiz xanıma şəxsi münasibət olaraq bitmirdi. Məsələ burasındadır ki, K.Mehdiyeva (Əliyeva) aktiv şəkildə əlində olan təhsil və Elmi Şura rıçaqlarından da anti-Əliyev fəaliyyəti üçün istifadə edirdi. Açıq şəkildə cənab İlham Əliyevə sadiq görünən, onun komandasına aid olan perspektivli gəncləri sıxışdırır, özlərinə sadiq olan şəxslərin övladlarını irəli çəkirdilər. Məsələn, Mehriban xanım Əliyevanın xüsusi dəstəyi ilə Azərbaycan tarixində ilk dəfə olaraq AAK-ın Rəyasət Heyətinin xüsusi qərarı ilə ekstern qaydasında, heç bir ali məktəb bitirmədən birbaşa elmi işin müdafiəsinə buraxılmış, Fizika, Linqvistika, Məntiq, Psixologiya və bir sıra digər sahələrdə samballı elmi nailiyyətlərin müəllifi olan Cabbar Məmmədovun taleyi buna nümunədir. Dünya elm tarixi üçün də nadir hadisələrdən olan bu cür nəhəng işi Kamilə Mehdiyeva cəmisi bir cümlə ilə dayandırdı: “…Əgər onlar sənə elmi ad vermək istəyirdisə, prezidentə bir sərəncam imzaladıb verdirəydilər də. Mənim üstümə niyə yollayırlar? Get elmi adı sənə Heydər Əliyev Fondu versin”.

Beləcə dünya səviyyəsinə çıxa biləcək bir alimin qarşısını müxtəlif bəhanələrlə Bəxtiyar-Kamilə cütlüyü düz 10 il kəsdi və müdafiə müddəti bitdi. Bəli, bu da bir faktdır ki, Mehdiyevlər ailəsi gəmidə oturub gəmiçi ilə dava ediblər. Prezident İlham Əliyevin onlara verdiyi çörəyə arxa çevirərək, dövlətin ayağının altını qazıblar. Bu da nəticəsi. Necə deyərlər kimin əvvəli, kimin axırı. Prezident İlham Əliyevə nankorluq edənlər, onun Qarabağda qazandığı qələbəni həzm edə bilməyənlər, hörmətli Mehriban xanım
Əliyevanın ölkədəki nüfuzundan gecələr də yata bilməyib, onun əleyhinə
getməyə cəhd göstərən Ramiz Mehdiyevlər, Kamilə və Bəxtiyar Əliyev kimilər
layiq olduqları cəzanı mütləq alacaqlar.(tezadlar.az)

Elçin MƏMMƏDLİ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam