İnsan beyninin aktivliyi və funksiyası: Beyin insanın görünməyən güzgüsüdür
Müsahibə:
Yenixeber.org: Müsahibim tanınmış nevropatoloq, Avropa Nevrologiya Akademiyasının üzvü, " Turan hospitalın" sayılıb seçilən həkimi, Şəki və onun təbabət tarixi" “Beyin” kitabının müəllifi Qalib Əsədovdur.
- Salam. İstərdik Şəkimizin yetirməsi həkim nevropatoloq Qalib Əsədovu tanıyaq. Mümkünsə özünüz haqqında oxuculara məlumat verərdiniz.
Buyurun:
- Mən Qalib Əsədov 1968- ilin yanvarın 20- də Şəki şəhərində dünyaya göz açmışam. 3 saylı orta məktəbi əla qiymətlərlə bitirib sənədlərimi Tibb universitetinə vermişəm. Universitetə birinci il qəbul olmasamda ikinci il Tibb universtetinin tələbə adını qazanmışam. İnistitutu bitirdikdən sonra Univesitetin nevralogiya kafedrasında çalışmışam. Sonralar maddi səbəbdən dolayı Şəkiyə qayıtmalı olmuşam. Şəkidə qayıtdıqdan sonra əvvəlcə reanimasiya sonra əsəb xəstəlikləri şöbəsinda işləmişəm və əlillərin bərpa nevrologiya(sinir xəstəlikləri) üzrə fəaliyyət göstərmişəm və Əlillərin Bərpa Mərkəzi yaradılarkən baş həkim vəzifəsində çalışmışam. Yeri gəlmişkən bu mərkəz Respulikada östəricilərinə görə birinci yerdə durur. Sovet kanalında " sağlam yaşa" adlı televiziya proqramınınmüəllifi və aparıcısı olmuşam.Şəki İcra hakimi tərəfindən səhiyyə sahəsində " ilin qalibi döş nişanı ilə təltif edilmişəç. " Şəki və onun təbabəti tarixi" adlı elmi tədqiqat monoqrafiysının müəllifiyəm. Müəyyən illərdə uğurlarıma görə bir çox təltiflərimdə olub. 2009- cu ildə səhiyyə sahəsində " İlin qalibi diplomu ilə təltif edilmişəm. Hətta 2017 - ildə " Şəki və onun təbabət tarixi" adlı elmi işimə görə " Qızıl Medal" və ən yaxşı vətənpərvər tədqiqatçı alim" döş nişanı ilə təltif edilmişəm. Hal- hazırda Bakıda yaşayıram və "Turan " klinikasında çalışıram. Ailəliyəm, iki övladım var.
- Qalib həkim, hansı səbəb sizi vadar etdiki tibbin nevrologiya sahəsini seçdiniz?
- Təranə xanım, mən məktəb oxuduğum zamanlardan beyin həmişə mənim üçün maraqlı və müəmmalı olub. Daima özümə suallar verirdim. "Niyə insan yatır və yuxu görür" "niyə insan sevir və nifrət edir"? "Niyə insan kədərlənir və gülür"? Çox niyələr varki bu gündə mən onların arxasınca gedirəm və axtarışdayam. Bir sözlə " beyin" həmişə mənim üçün qaranlıq və düşündürücü sahə olub. Bu səbəbdən mən tibbin nevrologiya sahəsini seçmişəm.
- Siz həm həkim, həm də tədqiqatçısınız. Təəccülüdə olsa elmlə məşğul omaqla yanaşı və gündəlik iş prinsipini necə qoruyursunuz?
- Yeri gəlmişkən mən öz anama minnətdaram. Beləki, anam həmişə mənim dərslərimə nəzarət edən zaman soruşurdu: Məsələn: Spartaq niyə inqilab etdi? Niyə fransada ara qarışdı? Şair yazdığı şeirdə nədən bəhs edir? Səbəb nə idi? Əslində demək uşaqlar kiçik yaşlarından tədqiqatçıdırlar. Bəzən valideynlərinə elə suallar verirlər ki, valideyin təccüblə öz övladına baxır və deyir. " Bunu bilmək sənlik deyil, sənin yaşın düşmür müəyyən işləri biləsən" Bu və buna bənzər ifadələri işlətməklə övladını sualdan yayındırırlar. Buna baxmayaraq bu niyələr məni həmdə " yədqiqatçı" kimi yetişdirdi. Uşaqların suslları mütamadi cavabdız qaldığından elə uşaqlar gələcəkdə niyə sualına cavab verə bilmir və özgüvənini itirir. Gəlin: bu dövrün tədris sisteminə diqqət edək! Həqiqətən müasir tədris sisteminə nəzər salsaq, deyərdim ki, bugünki bu sistem əzbərçilik üzərində qurulub. Bir müddət keçəndən sonra uşaqların bildikləridə tamamilə yaddan çıxacaq. Belə uşaqlardan müasir dövrün həkimləri, mühəndisləri, müəllimləri yetişirsə arxadan gələn nəsil hansı biliyə, bacarığa sahib ola bilər? Kiçiklikdən uşaqların bütün suallarına böyük insanla dialoqun təzahürü kimi yanaşmaq lazımdır. Yəqinki valideyinlərim mənim üzərimdə çalışmasaydılar mən bu gün " savadlı, inamlı və sevilən həkim" olmazdım.
- Nevroloji xəstəliklərin bu gün Azərbaycanda nələrin törətdiyini yəqinki şahidi olursuz. İnsan psixologiyasına bu qədər təsir edən amillər hansılardır?
Hansı səbəbdən biz vaxtaşırı sosial şəbəkələrdən və tv- dən qətillər haqqında ağılasığmaz məlumatlar alırıq. Bu barədə fikirlərinizi bilmək yerinə düşərdi.
- Qeyd etmək istərdim ki, nevroloji xəstəliklər tək Azərbaycanda yox, bütün dünyada aktualdır. Əsasən imkanlı şəxslər gözəl həyat tərzi sürsələrdə belə şəhər həyatı istər- istəməz insanların əsəblərinə təsir etməyə bilməz. Amma sadə yaşayan insanlar kənd həyatı yaşasalarda təbiətin qoynunda özlərini çox rahat hiss edirlər. Onlar səsdən- küydən uzaq, sıxlıqdan kənar, həmdə ekoloji çirklənmədən əziyyət çəkmirlər. Qeyd edilən belə həyat tərzi varlı və kasıb təbəqə arasında sağlıq baxımından özünü göstərməkdədir. Ümumiyyətlə cəmiyyəti narahat edən qətillər, intiharlar barədə öz fikrimi insanlara çatdırmışam. Psixologiyada belə belə anlayış var " Verter" fenomeni. Hətta Viktor Hüqo " Gənc Verterin əzabları" əsərini yazandan sonra cəmiyyət arasında inyaharların sayı artmağa başladı.İmumiyyətlə dünyada insanlar arasında belə hadisəyə " Verter fenomeni" deyirlər. Müsahibələrimdə nevroloq olaraq daima vurğulamışam ki, belə hadisələri tele məkanda, sosial şəbəkələrdə, mətbuat səhfələrində tirajlamaq olmaz. Lakin bu gün elə dövürdə yaşayırıq ki, sosial şəbəkələr reytinq yığmaq və pul xatirinə belə yalnışlığa yol verirlər. Bu səbəbdən dolayı qətillərin sayı günü- gündən artmaqdadır. Belə hadisələr tək Azərbaycanda deyil, bütün dünyada aktialdır. Həkim olaraq, birmənalı şəkildə deyirəm: İnsanlar arasında deqradasiya gedir. Yəni insan psixologiyası çox sürətlə iflasa uğrayır. Məncə aidiyatı sahələr gec olmadan hərəkətə keçməlidirlər!!!..
Bir məsələnidə vurğulamaq istərdim. Bu gün ədəbi mühit özü sükut içindədir. Çünki daha əvvəlki dahilər yetişmir. İstər Azərbaycanda istərsədə xarici dövlətlərdə. Müasir incəsənətdə Üzeyir Hacıbəyovu, Qara Qarayevi, Şəfiqə Axundovanı, Emin Sabitoğlunu əvəz edə biləcək bəstəkarlar varmı?! Olsun ədəbi sahədə hanı Bəxtiyar Vahabzadələr, hanı Xəlil Rza Ulutürklər? Çox sayda tarixdə iz buraxan dahilərimiz var. Bu gün onların timsalında kimin adını çəkib barmaq qatlaya bilərlər? Nəzər salsaq dünya gündəminə Viktor Hüqo kimi yazarları, Enni Manikoni kimi bəstəkarları yetişdirmək mümkünmü?! Əlbəttə yox!
- Siz yaxın zamanlarda " Beyin" adlı kitabınızın təqdimatını etmisiz. (Təbrik edirəm). Bu kitabı yazmağa vadar edən hansı zərurət oldu?
- " Beyin qırışlarında gizlənən sirr" kitabı mənimlə birgə oğlum psixoloq Fuad Əsədov və mən nevroloq Qalib Əsədov, yəni bizim elmi düşüncələrimizdən birgə ərsəyə gələn elmi publisistik kitabdır. Fuad Əsədov hal- hazırda Macarıstanda psixologiya üzrə doktoranturanı oxuyur. Bəzən elə olurdu ki, sadə insanlar bizə duallar verirdilər. Maraülandıqları üçün biz fikirlərimizi sadə insanlarla bölürdük. Onlar bizə sual verəndə bildiklərimizi çalışırdıqki açıqlayaq. İnsanlar arasında beyinə qarşı belə maraq bizi bu kitabi nəşr etməyə məcbur etdi. Deyək ki, bu kitab doğurdanda zərurətdən yarandı. Bu kitab elmi və tibbi termenlərdən uzaq, insanların anlaya biləcəyi formada yazılan elmi publisistik kitabdır. Müasir dövrümüzdə mistik fikirlər yayıldığı üçün( falçılıq, yuxu yozmalar, ulduz falları, çöpçülük kimi bəzi insanları aldatma metodlarından istifadə edilirdi) sozü gedən kitab cəmiyyətdə öz yerini tapıb məncə. Beyinlə əlaqəli yaranan fikirlər insanda "özünü dərk" kimi təsəvvürlər yaradır. Bizim bütün düşüncələrimiz, davranışlarımız xarakterimiz, yuxularımız hamısı beyin qırışlarında gedən biokimyəvi reyaksiyalardan asılıdır. Burda şüur və təfəkkür əsas rol oynayır və anadangəlmə proqramların inkişafı nəticəsində yaranıb. Sonrakı gündəlik həyatımızda hər gün çox miqdarda beyinə informasiyalar daxil edilir. Bu məlumatları beyin saf- çürük edir. Bütün bu proseslər ön beyin qırışlarında gedir. Ona görə kitabın adını belə qoyduq. " Beyin qırışlarında gizlənən sirr" Azərbaycanda sözü gedən kitab psixoloqlar və nevroloqlar üçün nəzərdə tutulmayıb. Tibbi cəhətdən məlumatı olmayan sadə insanlar üçündür. Cahil deməzdim, sadəcə müəyyən kütlə varki anlamalıdırlar ki, yuxuda "at" görmək heçdə mürada yetib uğur əldə etmək deyil. Aramızda yuxulara inananlar və ulduz falına görə öz həyatlarını tənzimləyən insanlar var. Bütün bunlar əfsanə və suiveriyadır. Beynin əsas vəzifəsi xaricdən gələn qıcıqları qəbul edib cavab impulsu yaratmaqdır. Bildiyimiz bütün canlıların şüuru özünə görə inkişaf edib. Sadə bir misal: Siz elə bilirsiz dovşan düşünə bilmir? Yəni dovşan bilmir ki, harda və nə cür gizlənsə canavarın pusqusundan xilas ola bilər. Düşüncə bütün beyni olan canlıya xas olan bir amildir. İdrakda, zəkada insan beynində gedən biokimyəvi reyaksiyalardır. Bu gün insanda gedən biokimyəvi reyaksiyaların gedişatını pis vərdişlərlə( yəni narkotiklə və alkolla)dəyişməklə insanın beynini sıfırlamaq mümkündür. Belə hallarda biokimyəvi reyaksiyalar tamamilə başqa səmtə yön alır və insanı "şizofren" vəziyyətinə meyilləndirir. Beləliklə yaddan çıxarmayaq ki, insanı idarə edən onun beynidir
- " Eftanaziya" nədir və onun funksiyası nədən xəbər verir
- Bir həkim olaraq qeyd edim ki, " Eftanaziya" Azərbaycanda qadağan edilmiş sahədir. Amma və lakin bu əməliyyat Hollandiyada qəbul edilərək, xəstənin öz razılığı ilə həyata keçirilir. Məhs insan ankaloji və digər ağır xəstəlikdən əzab çəkdiyinə görə xəstənin yaxınları belə bir əməliyyatı icra etməyə icazə verir. Xaricdə tibbi nöqteyi nəzərindən qəbul edilsədə, Azərbaycanda nədənsə qadağan edilmişdir. Mən özümdə həkim kimi Eftanaziya- nın əlehinəyəm.
- Bugünki dövür bambaşqadır. Gənclərin durumu nevroloq olaraq sizi qane edirmi?!
- Bəli, bugün müasirlik gənclərin şüur və təfəkküründə aşınmaya meyillilik yaradıb. Üzaqgörən savadlı insanlar həyəcan təbili çalırlar. Çünki məktəblərdə təhsil sistemi şagirdlərə savad vermir. Dərsliklərə nəzər salsaq, uşaqların savadlanmasına xidmət etmir. Birmənalı olaraq uşaqları robotlaşdıraraq bilik və bacarığını sıfıra endirirlər. Məsələn: İki vur iki, dörd edir. Bəs uşaqlar bilirlərmi iki vur iki niyə dörd etdi. Nədən səkkiz etmədi? Reallıq budur ki, müəllim ancaq dərs saatını bitirməyə çalışır. Azərbaycanda yetişən alimlər və yaxşı mütəxəsislər Sovet təhsil sistemindən bəhrələnərək irəli gediblər. Əslində Sovet sistemi deyilən bu tədris Alman təhsil sistemidir. Məktəblərdə tədris sisteminə nəzər salsaq görərik ki, məktəbin özündə belə maddi texniki baza yoxdur. Tədris edilən texniki fənlərə aid labaratoriyalarda uşaqların yaddaşına həkk olacaq heç bir təcrübə aparılmır. Təhsil Nazirliyi məktəblərdə tədrisin vəziyyətini görür ya görmür, bu haqda heçnə deyə bilmirəm. Azərbaycan Avropaya inteqrasiya etdikdən sonra " krikulum" dərs sistemini qəbul ediblər. İndiki gənclər nə Bəxtiyar Vahabzadəni tanıyır, nə Hüseyin Cavidi nə Mikayıl Müşviqi, hətta dövlətimizin himnini yazan Əhməd Cavadı belə tanımırlar. Küçələrdə gənclərlə aparılan ayaqüstü müsahibələr öz sözünü deyir. Belə səviyyəyə düşməyimizin səbəbi isə tele məkanların şou əhlinin əlinə keçməsidir. Hansımız deyə bilərik ki, günün hansı vaxtındasa tanınmış alimlərlə televiziya görüşləri keçirilir ? Nə qoymuşuq nə axtarırıq! Bu gənclərin axırı hara gedir?
-Qalib həkim, insan öz beyninin hakimidir, yaxud " beyin" insanın hakimidir? İdarə etmədə hansı yanlışlığa yol verir?
- Birmənalı olaraq beyin insanın hakimidir! Beyin mənə hansı göstərişi versə onu həyata keçirirəm.Biz elə düşünürük ki, azad iradəyə sahibik. Beyin hansı siqnalı versə onu yerinə yetirməyə hazır olan insanıq.
Bütün varlıqlar öz beyninin təcəssümüdür. Digər orqanlar isə beyinə xidmət etmək üçündür. Ürək beyinə qan ötürür, qara ciyər təzə- təzə qan istehsal edərək orqanları zəhərli maddələrdən təmizləyir. Mədə- bağırsaq yediyimiz lazımlı və
kefiyyətli maddələri sovurub beyinə göndərir. Bəzən insan yaşa dolduqca beyində müəyyən proseslər başlayır.Cavanlıqda humanist xaraktercə mülayim olan insan aqresiv olaraq, sanki başqa birinə çevrilir. Çünki yaşlanmış insanın beynində atrefiya getdiyindən dəyişərək belə vəziyyətə düşür. Bütün baş verənlər beyində təzahür edir.
- Azərbaycan səhiyyəsindən razısızmı? İnsanlar öz sağlamlıqlarını yetərincə təmin edə bilirmi?!
-Söz əgər səhiyyədən gedirsə əlbəttə onun inkişafından razıyam. Səhiyyədə bir çox irəlləyişlərə imza atmışıq. Bugün Azərbaycanda bir çox əməliyyatlar edilir. Hansıki insanlar vaxt vardı ən ağır əməliyyatları etdirmək üçün xarici dövlətlərə üz tuturdular. Bugün isə həmin əməliyyatlar Azərbaycanda həyata keçirilir. 10 iı öncəyə qədər bizə yuxu kimi gəlirdi.Sadəcə insanların maariflənməsi müəyyən qədər problem yaradır. Nədənsə insanlar öz sağlamlıqlarına çox laqeyid və biganədirlər. Sadə bir misal: Tutalımki evdə remont işinə başlamaq istəyirik. Düşünürük ki, yaxşı mütəxəsisə ehtiyac var. Və onu tapırıq. Sıra özümüzə gələndə baş qoşmuruq. Sağlamlığımıza ehtinasız yanaşaraq, sağlamlığımızı qoruya bilmirik. Azərbaycan Səhiyyəsi tərəqqiyə doğru inkişaf etsədə nöqsanlarımız az deyil. Əsasən xəstələrin narazılığı apteklərdə satılan dərman pereparatlarının effekt verməməsidir. Ancaq inanıramki inkişafa doğru gedirik
- Sizin praktik təcrübənizdə sizi düşündürən və yadda qalan bir "pasiyent" olubmu?
-Mənim təcrübəmdə bütün xəstələr mənim üçün önəmli və əzizdir. Hətta unutmadığım və fəxr etdiyim xəstələrimdə olub. İnanın elə xəstəm olub ki, əlimi üzmüşəm. Ağır yol qəzalarında yaralanan, komaya düşüb gec ayılan, miningit keçirən böyük fəsadlarla mənə müraciət edən xəstələr olub ki, onları həyata qaytarmaq mümkün olub. Mən isə bugün onlara baxıb fəxr edirəm və düşünürəm: Bütün bunlar mənim həyatda qazandığım ən böyük naliyyətlərimdir!
- Xəstələrlə ünsiyyətdə empatiya və psixoloji yanaşmanın rolu sizcə nə qədər vacibdir?
-Əlbəttə " empati" - yanın xəstələrə çox təsiri var. Elə olurki mənə sual verirlər: Niyə "online"xəstələrə müalicə təyin etmirsiz? Bilirsiz, xəstə qapıdan girəndə mən onu görən kimi hiss edirəm və bilirəmki belə xəstəliyin mahiyyəti və təsiri nədən ibarətdir. Məncə online xəstəyə müalicə təyin edən həkim çox böyük məsuliyyət daşıyır. Mənim sahəm elədirki mütləq xəstə ilə ünsiyyətdə olmalıyam ki, ona müalicə təyin edə bilim. Bütün həkimlərədə öz təcrübəmi tövsiyə edərdim.
- Robotlaşmış diaqnostika sizcə gələcəkdə həkimi əvəz edə bilərmi?!
-" Robotlaşmış diaqnostika" dedikdə yəqinki süni intelekti nəzərdə tutursunuz. Süni intelekt diaqnozu düzgün qoysada mütləq xəstəyə həkim lazımdır.Beləki, xəstənin məlumatlarını ötürmək üçün həmin proqramı istiqamətləndirən həkim gərəkdir. Ən azı belə düşünək:Əgər xəstədə müalicəyə əks göstəriş verib nəsə olarsa, mütləqdirki kimisə ittiham edəsən. Əslində bir çox ölkələrdə süni intelekt həkimin dostuna çevrilib. Bəli, yeri gələndə biz özümüzdə süni intelektdən istifadə edirik. Gələcəkdə süni intelekt həkimin ən yaxın köməkçisinə çevriləcək.
-Özünüzə qarşı ən böyük tələbiniz nədir? İnsan Qalib Əsədov həkim Qalib Əsədovu necə tamamlayır?
- Özümə qarşı ən ciddi tələbim məsuliyyət hissidir. Qeyd edimki mən maksimalist insanam. Hansısa bir işi görməliyəmsə, onun üçün can qoymalıyam, yox görmək istəmirəmsə öz fikrimi əvvəldən bildirərəm.
Yeri gəlmişkən axı mən müəllmdə işləmişəm və tələbələrim olub. Mən tələbəni qiymətləndirəndə beşi ürəklə yazardım. Amma ücü və dördü yazmazdım. Çünki tələbədən daha yüksək nəticə gözləyirdim.
-Gənc həkimlərə və tələbələrə nə məsləhət verərdiniz?
-Bugün həkim adını döğrultmaq üçün güclü mütəxəsis olmaq lazımdır. Mütəxəsis öz sahəsi üzrə güclü inkişaf edərsə həmişə yaddaşlarda qalacaq. Hətta mənə baş həkim vəzifəsi təklif ediləndə belə düşündüm və beynimə həkk etdim. Baş həkim olmaq gəldigedərdi. Lakin savadlı həkim mütəxəsis olmaq "baş həkim" olmaqdan daha önəmlidir.
- Sonda — insan beynini daha sağlam və balanslı saxlamaq üçün oxucularımıza bir neçə praktik məsləhətiniz varmı?
- İnsanın beyni nə qədər zehni işlərlə məşğul olsa bir o qədər inkişaf edir. Daima işlək beyin insanı ağıllı, zəkalı, müdrük edər. Beyini işlətməyin qaydaları çoxdur. Şahmat oynamaq, krasford işləmək, kitab oxumaq, görmədiyin yerlərə səyahət etmək, özündə maraq dairəsi yaratmaq və gördüklərinin təfsilatına varmaq. Bütün bunlar insanın beynini məşq etdirir və beyin qabığındakı neyronların qocalmasının qarşısını alır. Oxucularıma tövsiyə edərdim: Daima hər gördüyünə maraqla baxaraq öyrənsinlər! Oxumaq və öyrənmək heç bir zaman gec deyil. " İnsan doğulduğu vaxtdan qəbir evinə qədər öyrənməlidir". "Çünki insan bilmədiklərini ayağının altına qoysrsa başı göyə dəyər"...
Çox sağ olun Qalib doktor. Sizə daha uca zirvələr arzu edirəm. Səsiniz həmişə yüksək tribunalardan gəlsin!
Söhbəti apardı:(AJB- nin üzvü şairə, publisist Təranə Şəms)









AZ
RU