Azərbaycanda elm ocaqlarını belə intriqa və özünün təsir yuvalarına çevirmiş sabiq PA rəhbəri Ramiz Mehdiyevin çevrəsi ilə bağlı yeni skandal doğuran məlumatlar ortaya çıxmaqdadır. Dünyanın hər yerində elm ocaqları təhsil mərkəzləri olaraq dünyaya töhfə verərkən, Azərbaycanda AMEA-da tutmuş Bakı Dövlət Universitetinə qədər təhsil müəssisələri Mehdiyevin əlində oyuncağa çevrilibmiş. Xüsusən də ölkənin elm məbədi və nüfuzlu təhsil ocağı kimi tanınan BDU-nun onillər boyu "boz kardinal"ın əlində əsir-yesir qaldığı agah olmaqdadır.
Yenixeber.org: Son bir neçə gündə BDU və Mehdiyev əlaqələri, universitetin keçmiş və indiki rektorları haqda sensasion informasiyalar yayılmaqdadır. Həm keçmiş rektor Abel Məhərrəmovun, həm indiki rektor Elçin Babayevin dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevlə əlaqələri, onun kurasiyasında olmaları, sabiq PA rəhbərinin hər ikisinin əli ilə BDU-nu az qala şəxsi obyektinə çevirdiyi aydınlaşmaqdadır. Hətta ötən gün musavat.com əməkdaşı rektor Elçin Babayevə yaxınlaşaraq Ramiz Mehdiyevin adamı olduğu haqda iddialara fikrini öyrənmək istəyib, lakin sualdan yayınıb, cavab verməyib. Həmçinin parlamentin keçmiş üzvü, təhsil eksperti Etibar Əliyev Mehdiyevin BDU-nun sabiq rektoru Abel Məhərrəmovla əlaqələri haqda sosial media hesabında paylaşım edib. Onun sözlərinə görə, 2018-ci ildə “Azərbaycanın görkəmli şəxsiyyətləri seriyası”ndan Ramiz Mehdiyevin “Biblioqrafiya”sı çap olunub. Biblioqrafiyanın “Azərbaycanın dövlət elm və mədəniyyət xadimləri Ramiz Mehdiyev haqqında” hissəsidə akademik Abel Məhərrəmovun ürək sözləri belə olub: “Son dərəcə səlis, axıcı, zəngin və orijinal bir üsulda yazılan, dərin elmi-fəlsəfi məzmunu ilə fərqlənən “Modernləşmə xətti уеnə də gündəlikdədir” əsəri Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yeni dünya nizamının reallığını düzgün müəyyənləşdirən, ölkənin gələcək inkişafı ilə bağlı yetkin elmi-konseptual baxışlara malik siyasətçi və dövlət xadimi, filosof olduğunu bir daha təsdiqləyir. Düşünürük ki, akademikin bu əsərində yüksək vətənpərvərliklə irəli sürdüyü tezislər Bakı Dövlət Universitetində gənclərlə işin daha səmərəli təşkili, onların yeni dövrün gerçəklikləri ruhunda formalaşması baxımından əhəmiyyətlidir. Çünki universitet tarixən milli ictimai fikrin əsas daşıyıcılarından olmuş, fəaliyyətində daim milli ideyalara əsaslanmışdır”. Göründüyü kimi, hər iki rektor - Elçin Babayev və Abel Məhərrəmovun Mehdiyev kimi dövlət düşməni ilə ciddi təmasları olub, onun ünvanına mədhiyyələr yağdırılıb. Ümumiyyətlə, Etibar Əliyev sosial mediada Elçin Babayevin adı ilə bağlı ciddi ittihamlar səsləndirib. O bildirib ki, ən böyük mehdiyevçilər BDU-nun sabiq rektoru Abel Məhərrəmov və hazırkı rektoru Elçin Babayevdir: “Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva 2003-cü ildən BDU-da Hesablama riyaziyyatı kafedrasının müdiridir. Uzun illər işə çıxmayan Qalina xanım üçün iki böyük kabinet-iqamətgah yaradılıb”. Etibar Əliyev əlavə edib ki, Ramiz Mehdiyevin zooloq ixtisaslı qızı da 2010-cu ildən BDU-da Sosial və pedaqoji psixologiya kafedrasına rəhbərlik edir:
“Ona da xüsusi kafedra-iqamətgah yaradıblar”.
Keçmiş deputat Elmin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı da rektoru hədəfə alaraq bildirib: “Elmin İnkişafı Fondunun Himayəçilər Şurasının sədri Ramiz Mehdiyev, icraçı direktoru isə Elçin Babayev olduğu dövr çox ciddi şəkildə yoxlanılmalıdır”. Mediada gedən xəbərlərə görə, hələ 2019-cu ildə keçirilmiş 100 illik yubiley tədbirində Elçin Babayev ölkə Prezidentinin yox, AMEA-nın prezidenti Ramiz Mehdiyevin yanında oturmağı seçmişdi. Görəsən niyə? Bunun səbəbi bilinir. Çünki rektor "etibarlıdır”, "çörək itirən” deyil, onu vəzifəyə qoyduran adama başqa nə cür "sədaqətini” nümayiş etdirə bilərdi? Saytlar yazır ki, rektor olmaq üçün AMEA-nın Fizika institutunun direktoru Nazim Məmmədovun vasitəçiliyi ilə pul ötürdüyü Ramiz Mehdiyevə özünü indiyədək borclu sayır. Demə, pulun bir hissəsi "boz kardinal”a çatmayıb deyə Elçin Babayev xəcalətli qalıb, ona görə indi yarınmalarla günahını yumaq istəyirmiş. Vaqeə isə belə başlayıb: 2018-ci ilin sonlarında Abel Məhərrəmov rektor vəzifəsindən uzaqlaşdırılandan sonra bu vəzifə uğrunda başlayan marafon yürüşü ilə. 2019-cu ilin əvvəllərində o zamanlar Elçin Babayevin rəhbərlik etdiyi "Elmin İnkişafı Fondu” tərəfindən Fizika institunun direktoru Nazim Məmmədova birdən-birə 3 milyon manat mükafat verildi. Görəsən bu fond tərəfindən "hamıya” ən çoxu 10-15, müstəsna hallarda 30-40 min manat qrant verildiyi halda indiyədək "bir abbası” qrant almayan "kəllə” Nazim Məmmədov hansı "Eynşteynlik” etdi ki, birdən-birə Nobel mükafatı həcmində qrant aldı? "Ayrılan vəsaitin” hamısının çatmadığını Ramiz Mehdiyev Akademiyaya Prezident gələndən sonra bilib və o vaxt AMEA-nın Fizika institutunda baş verənlər, Nazim Məmmədovun vəzifədən çıxarılması, yerinə yeni təyinat, başqa yoxlamalar və s. bununla əlaqədar oldu. Çünki Ramiz Mehdiyevin "xəyanətkar” Elçin Babayevə "əli çatmırdı”, vasitəçi Nazim Məmmədovu cəzalandırır di. Elçin Babayev uzun illər Elmin İnkişafı fondunda əyri işlər görməklə məşğul olmuşdur. Ramiz Mehdiyevə məxsus BTB bankın binasının 7-ci mərtəbəsini yüksək qiymətə icarəyə götürübmüş. Yəni bütün detallar BDU rektorunu Mehdiyevə aparır. Hətta Elçin Babayev Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevnanı təbrik etmək üçün vaxtilə onun bağına gedib. Həmçinin keçmiş rektor Abel Məhərrəmovu qeyd etmək olar. Əslən Amasiya rayonundan olan akademik Abel Məhərrəmov “Ramiz müəllim, sizin xidmətinizi böyük qiymətləndiririk. Biz xırda adamlarıq, sizin xidmətinizi xalq da böyük qiymətləndirir. Bu uğurların həyata keçməsinə siz rəhbərlik etmisiniz” deyərək hələ 2020-ci ildə R.Mehdiyevə yaxın olduğunu onun nəvəsinin toy mərasimində təsdiq etmişdi. Bəli, Ramizə hələ daha çox tərif yağdırmalıydı. Çünki onun sayəsində 50 yə yaxın mükafata, o cümlədən, 1999-cu il – "Yusif Məmmədəliyev adına medal"la təltif edilmişdir". Sabiq deputat Gülər Əhmədova sosial şəbəkə hesabında bildirib. O, A.Məhərrəmovun vəzifədə olduğu dönəmlərdə korrupsiya faktlarına yol verdiyi vurğulayaraq sahib olduğu əmlaklardan söz açıb. Əhmədova bildirib ki, Məhərrəmov da Misir Mərdanov kimi çıxıb desə ki, Ramiz Mehdiyev bizə qarşı əzazillik edib, inanmayın: " Çünki Abelin arxasında Ramiz durmasaydı Abel bu qədər sərvət toplaya bilməzdi. Əhmədova A. Məhərrəmovun varidatının siyahısını da paylaşımına əlavə edib. El Faro Hotel Nabran” ailəvi istirahət mərkəzi – 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib. “Mono Liza” – Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596). “İzabella” şadlıq sarayı, Bakıda “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür. “Sahil” ticarət mərkəzində ən bahalı “Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi) Abel Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı: “Lamborgini” “Bentli” “Porsşe Cayenne” “Land Rover” “Mersedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür) “Audi Q7” “Audi Q8” (Son model, qiyməti 450 min avro) “Mersedes Gelandevagen” (qiyməti 250 min avro) BMV X6 (son model – qiyməti 200 min avro) BMV -760” (qiyməti 400 min avro) Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı:
Binəqədidə “Vorovski” deyilən ərazidə 2 villa; Quba rayonunda 1 villa; Xızı rayonunda 1 villa; Nabranda 1 villa; Şüvəlan qəsəbəsində 1 villa; Mərdəkan qəsəbəsində 1 villa; AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa; Şərifzadə küçəsində yerləşən ev. Qızı Nərminə Sadıqovaya məxsus “Qlobus” uşaq bağçası. 8-ci mikrorayonda daha bir restoranı N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil.
Maraqlıdır, bu adamlarda hansı xüsusiyyət vardı ki, Ramiz Mehdiyev onları düz 30 ildir qoruyub?(rubrika.az)