Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

MEHDİYEV-MƏMMƏDOV “İŞBİRLİYİ”NİN İLGİNC DETALLARI... - Ziya Məmmədovun qardaşına nə vəd edilmişdi?

Keçmiş deputat, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun Ramiz Mehdiyevlə bağlı son “ifşaedici” açıqlamaları, onun kadr siyasətini, korrupsiya və rüşvət əməllərini tənqid etməsi bir daha son vəzifə yeri AMEA Prezidenti olmuş Mehdiyevin bu ölkəyə, onun idarəçiliyinin bütün sferalarına, o cümlədən də elm sahəsinə vurduğu ziyanı gündəmə gətirməyə vadar edir.

Yenixeber.org: Xüsusilə də bu mövzuda özü xirtdəyə qədər “Mehdiyev bataqlığına” batmış, onunla “çiyin-çiyinə işləmiş” şəxslərin danışması kənardan olduqca eybəcər görünür...

Xatırladaq ki, E.Məmmədov elmə, akademik dairələrə heç bir aidiyyatı olmadığı halda məhz R.Mehdiyevin prezidentliyi dövründə AMEA-da birdən-birə yüksək vəzifələrə təyin olunub. Məmmədov 13 may 2019-cu ildən 28 noyabr 2019-cu ilə qədər AzTU-nun prorektoru, 28 noyabr 2019-cu il tarixindən 16 yanvar 2020-ci ilə qədər AMEA Yüksək Texnologiyalar Parkının direktoru, 16 yanvar 2020-ci il tarixindən isə AMEA-nın İşlər idarəsinin müdiri vəzifələrini tutub.

E.Məmmədovdan soruşan yoxdur ki, Mehdiyevin elmə heç bir aidiyyatı olmayan keçmiş hüquq-mühafizə, təhlükəsizlik orqanları və digər qurumlardan olan tanışlarını AMEA-da müxtəlif vəzifələrə təyin etməsini pisləyərkən, nədən özünü də bu sıraya aid etmir?

Bəzi mənbələrin iddiasına görə, Mehdiyevin E.Məmmədovu əvvəlcə universitetə prorektor, sonra isə AMEA-da yüksək vəzifələrə gətirməsi hələ PA rəhbəri olarkən Məmmədovla arasındakı “sövdələşmə” ilə bağlıdır. Həmin “sövdələşməyə” görə, Mehdiyev “nəyinsə” müqabilndə Məmmədova Abşeron rayonunun icra başçısı vəzifəsini vəd edib. Lakin Mehdiyevin “tələbini” yerinə yetirən Məmmədovun təyinatı yubanıb.

Görünür, Mehdiyev PA rəhbəri vəzifəsində olduğu son aylarda artıq icra başçısı təyin etdirməyə çatacaq gücə, nüfuza malik olmayıb. Bu səbəbdən, Mehdiyev Məmmədovu “sakitləşdirmək” üçün onu əvvəlcə prorektor göndərilməsinə naul olub. Təbii ki, bu vəzifə E.Məmmədovun “çapına” uyğun olmadığından ya “ziyanın ödənməsi” və “sövdələşmə”nin ləğv olunması, ya da daha “yağlı” vəzifəyə təyinat məsələsi qaldırılıb. Bundan sonra Mehdiyev AMEA-ya qədəm qoyar-qoymaz “kompensasiya” qismində Məmmədovu AMEA Yüksək Texnologiyalar Parkına direktor təyin edib. Lakin bu vəzifə də E.Məmmədovun gözləntilərinə uyğun olmayıb. Bu səbəbdən əlacsız qalan Mehdiyev E.Məmmədovu daha yüksək və “yağlı” vəzifəyə - AMEA-nın İşlər idarəsinin müdiri vəzifəsinə təyin edib.

Artıq bu vəzifədə Məmmədovun “mayanı diriltməyə” çalışdığı bildirilir. İddia olunur ki, həmin vaxt alimlər üçün nəzərdə tutulan Saray qəsəbəsindəki yaşayış kompleksində əvvəlcə kvadrat metri 370 manat olan mənzillərin qiymətini 750 manata qaldırılıb. Özü də mənzillər alimlərə deyil, tamamilə kənar adamlara təklif olunmağa başlayıb. Bu da AMEA-da böyük səs-küyə səbəb olub. Qeyd olunur ki, bu və digər qalmaqallardan sonra Mehdiyev Məmmədovla vidalaşmaq qərarına gəlib. Vəzifəsindən atılan Məmmədov isə bununla barışmayaraq, Mehdiyevi məhkəməyə verib. Daha sonra baş verənlər artıq o qədər də maraqlı deyil...


Yeri gəlmişkən, bir məsələni də əlavə edək. AMEA-ya yaxın mənbələr bildirir ki, Mehdiyev prezident, Məmmədov isə Yüksək Texnologiyalar Parkına direktoru olduğu dövrdə burada gənc mütəxəssislərin dronlarla bağlı həyata keçirdikləri perspektivli, hətta strateji əhəmiyyətli layihələr dayandırılıb. Gənc milli mütəxəssislərimiz prosesdən kənarlaşdırılıb. Bunu AMEA-da “Tər-Tər işi”nə bərabər xəyanət kimi dəyərləndirənlər var. Çünki bu layihə hərbi sənaye baxımından da önəmli nəticələr verə bilərdi ki, bunun da qarşısının Mehdiyev və onun tabeliyindəkilər tərəfindən alındığı bildirilir.

Əlbəttə ki, bu və buna bənzər çirkin əməllər Mehdiyevin başına topladığı “kadrlar”ın əli ilə həyata keçirilib. Bütün bunlardan sonra E.Məmmədov, eləcə də Gülər Əhmədova və bu qəbildən olan digərlərinin çıxaraq Mehdiyev barədə danışması isə əlbəttə ki, yalnız ikrah və təəssüf doğurur...(Azpolitika)

C.Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam