Tramp Putinlə görüşə biləcək şərtini AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşün yalnız Rusiya-Ukrayna münaqişəsində sülh üçün real imkanlar göründükdə baş tutacağını bildirib.
Yenixeber.org: Bu sözləri Tramp Malayziya səfəri öncəsi Dohada olarkən mətbuat nümayəndələri ilə söhbət zamanı deyib.
“Biz razılaşma əldə edəcəyimizi bilməliyik”, - deyə Tramp qeyd edib.
Bundan əlavə, Tramp Rusiya-Ukrayna münaqişəsində sülh prosesinin gedişatında olan məyusluğunu dilə gətirib. O, daha sonra Putinlə çox yaxşı münasibətlərinin olduğunu da vurğulayıb.







AZ
RU