Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

DİN VƏ KORONAVİRUS:bir çox ölkədə dini qurumlar siyasi liderlərə nisbətən daha çox etimad qazanır

 

 Deyv Louer

“Axios, 10.04.2020

 

               Həyatın heç bir aspekti insanı din kimi bir araya gətirmir.

Yenixeber.org: Bu çox vacibdir, çünki əksər böhranlarda xeyirlidir. Amma pandemiya dövründə zərərli ola bilər.

Koronavirus Çindən kənarda yayıldığı üçün ilk erkən sıçrayışlardan bəziləri dini xidmətlər və ya ziyarət çağları ilə eyni vaxta təsadüf edib.

Tequdakı qapalı məbəddə virusun yayılmasından sonra infeksiyanın Cənubi Koreyada irəliləyişi daha da sürətlənib.

İsraildə virusun qaynar nöqtəsi Bney Brakdır, bu məkanda bəzi ultra-ortodoks yəhudilər dini mərasimlər və toylarda iştirak etməklə bağlı ümumi qadağalara qarşı çıxıblar.

İranda yoluxmanın ilkin mərkəzi müqəddəs Qum şəhəri olub. Zəvvarlar ölümcül virusa orada yoluxub və ziyarətgaha girişin gecikmiş qapadılmasından əvvəl infeksiyanı öz ölkələrində yayıblar.

“Təbliği Camaat” İslam missioner hərəkatının fevral ayının sonlarında 30 ölkədən gələnləri Malayziyaya toplamasının minlərlə adamın infeksiyaya yoluxmasına səbəb olduğu güman edilir.

Bu yaxınlarda virusun Dehlidə baş tutan başqa bir “Təbliği Camaat” toplantısında yayılması xəbəri Hindistanda dini gərginliyi alovlandırıb. Hind millətçi hökumətinin bəzi məşhur tərəfdarları, yürüdülən xarici siyasətə uyğun olaraq, müsəlmanları Hindistanda COVID-19-un yayılmasında günahlandırıblar.

Dünya əhalisinin əksər hissəsi evinə qapandığından ibadət yerləri boşalıb.

Keçən ay İtaliyada və digər ölkələrdə katolik kilsəsinin xidmətləri dayandırılıb. Bu həftəsonu Roma Papası Fransisk Pasxa bayramını boş qalmış San Peter bazilikasında qeyd edəcək.

Səudiyyə Ərəbistanı Məkkə və Mədinədəki müqəddəs məscidləri mart ayının əvvəllərində bağlayıb və iyul ayının sonlarında 3 milyona yaxın hacını cəlb etməsi gözlənilən Həcc ziyarətinin ləğvini düşünür.

Küveytdə hələ də azan səslənir, lakin insanlar evlərində namaz qılmağa çağırılır.

Nyu-York yaxınlığındakı Hart adasında kimsəsiz və imkansız ailədən olan virusdan ölmüş xəstələrin dəfni

Bu arada bir çox dini təşkilat xəstə və ehtiyacı olanlara gündəlik zəruri mallarla təminatda mühüm rol oynayıb.

Bir çox ölkədə dini qurumlar siyasi liderlərə nisbətən daha çox etimad qazanır, lakin bu sadəcə məbəd və dövlət fərqi məsələsi deyil. Bəzi hallarda inanclı insanları ianə toplanmağa çağıran məhz siyasətçilərdir.

Prezident Con Maqufuli ibadətin virusu məğlub edəcəyini iddia edərək Tanzaniya əhalisini kilsə və məscidləri doldurmağa çağırıb.

Braziliyada bəzi evangelist kilsələri prezident Jair Bolsonaronun dəstəyi ilə kütləvi toplantılarda yerli və dövlət qadağalarına qarşı çıxıblar. Bolsonaro virusun təhlükəliliyi fikrini rədd edib və kilsə xidmətlərini “vacib” sayıb.

ABŞ-da Florida ştatının qubernatoru Ron DeSantis bir pastorun dini xidməti dayandırmaqdan imtina etdiyinə görə həbsindən sonra oxşar bir göstəriş verib.

Diqqət yetirilməli məqam: dünyadakı milyardlarla insan bu ay Pasxa və Ramazan bayramını qeyd edəcək. Çoxları, amma hamısı deyil, əksəriyyət bayramı evində keçirəcək.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam