Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

KORONOVİRUSA YOLUXANLARI SAYI 500 MİNİ, ÖLƏNLƏRUİN SAYI 23 MİNİ KEÇİB -Koronavirus statistikası

 

 Koronavirus (COVİD 19) infeksiyasına dünyada yoluxma və bu virusdan ölüm sayı artmaqda davam edir. Bəzi ölkələrdə bu artım iki gündür ki, daha da sürətlənib.

Yenixeber.org: Yoluxmaya görə ümumi göstəricilər üzrə ilk beşlikdə ABŞ, Çin, İtaliya,  İspaniya və Almaniya gəlir. Artıq bir həftəyə yaxındır ki, bu göstərici dəyişməz olaraq qalır.

ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünyanın bütün dövlətlərini qabaqlayıb.Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Birləşmiş Ştatlarda azı 81 321 koronavirusa yoluxma qeydə alınıb. Bu rəqəm Çin və İtaliyadan, eləcə də dünyanın istənilən ölkəsindən çoxdur.

Qeyd edilir ki, ölkədə virusdan 1 100-dən çox ölüm hadisəsi baş verib.

İkinci yerdə gələn Çində son saatlarda koronavirusa 67 nəfər yoluxub, 6 nəfər isə dünyasını dəyişib. Bu ölkədə ümumi yoluxma sayı 81 min 285, bu vaxta qədər ümumi ölənlərin sayı 3 min 287 nəfərdir. Çində artıq bir həftəyə yaxındır ki, ümumi yoluxma sayı 3-4 min arasında qərarlaşır. Gündəlik ölüm halları isə 10 nəfərdən az olur. Çində gündəlik yoluxma ötən günlərlə müqayisədə bir qədər də aşağı olub. Onu da bildirək ki, Çinin bir çox şəhərlərində artıq karantin rejimi aradan qaldırılıb.

Çindən sonrakı sırada bir həftədən çoxdur ki, İtaliya yer alıb. İtaliyada son saatlarda 6 min 153 nəfər bu virusa yoluxub. Bir neçə saat ərzində ölənlərin sayı isə 662 nəfərdir. İtaliyada bu cür göstərici demək olar ki, hər gün təkrarlanır. Ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 80 min 539, ümumi ölüm halları isə 8 min 165 nəfərdir. Bu gedişlə ekspertlər bildirirlər ki, İtaliya yoluxanların sayına görə də yaxın saatlarda Çini geridə qoyacaq.
Dünyada koronavirus infeksiyası ilk dəfə Çində yayılsa da, hazırda İtaliya ümumi ölüm sayına görə Çini arxada qoyub.

Son 24 saat ərzində İspaniyada 6 min 682 nəfər yoluxub, 498 nəfər ölüb. Bu ölkədə koronavirusa ümumi yoluxan 56 min 197, ümumi ölən isə 4 min 145 nəfərdir. Artıq bir neçə gündür ki, İspaniyada da yoluxma və ölüm sayı sürətlə artır.

Almaniyada son saatlarda 6 min 323 nəfər yoluxub, 33 nəfər isə ölüb. Ümumilikdə Almaniyada 43 min 646 nəfər yoluxma, 239 nəfər ölüm halı qeydə alınıb. Almaniyada da ölüm və yoluxma sayı durmadan artır.

Xarici mənbələr bildirir ki, hazırda dünya üzrə koronavirusdan ölənlərin sayı 23 mini keçib. Belə ki, artıq 23 min 28 nəfər bu virusun qurbanı olub.

Son rəqəmlərə görə, yoluxanların ümumi sayı 510 min 644, sağalanların sayı isə 122 min 245 nəfərdir. Hazırda 365 min 371 xəstə müalicə alır. Onlardan 18 min 538 nəfərinin vəziyyəti ağırdır. Bu isə ümumi xəstələrin 5 fa

***

Dünyada koronavirus qurbanlarının sayı 21 min nəfəri ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir.

Məlumata görə, son 20 saatda dünyada infeksiyaya 465 915 yoluxma təsdiq edilib, 21 031 xəstə virusun qurbanı olub.

COVID-19-a yoluxma halları 199 ölkədə və bölgədə aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib. 

izini təşkil edir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam