Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Koronavirusun yayıldığı ölkələr və itkilər -SİYAHI

Dünya üzrə koronovirusa yoluxanların sayı artmaqda davam edir. Son rəqəmlərdə infeksiyaya yoluxanların sayının 76 716 nəfərə çatdığı bildirilir. Virus ümumilikdə 2 236 nəfərin həyatına son qoyub.

Yenixeber.org: Koronavirusa yoluxma halı və itkilər olan ölkələrin siyahısını hazırlamışıq:

Yaponiyada 731 nəfər koronavirus daşıyıcısı var, onların hər biri hazırda xəstəxana şəraitində müalicə alır.

Sinqapurda 58 nəfər virus daşıyıcısıdır. Onlardan 7-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Taylandda 6 nəfər koronavirus daşıyıcısıdır. Onlardan 5-i Çin vətəndaşıdır.

Cənubi Koreyada indiyədək virusdan dolayı bir nəfər dünyasını dəyişib. Hazırda ölkədə 104 nəfər koronavirus daşıyıcısıdır.

Malaziyada biri yaşlı olmaqla iki nəfər koronavirusdan əziyyət çəkir.

Tayvanda biri yaşlı olmaqla 4 nəfər koronavirus xəstəliyindən əziyyət çəkir.

Almaniyada 4 nəfər virusdan dolayı karantin altındadır. 40 nəfərdə isə virus olduğu ehtimal edilir.

Hindistanda isə 3 nəfər tələbə koronavirus daşıyıcısıdır.

ABŞ-da 6 nəfər koronavirus daşıyıcısıdır, 191 nəfər isə nəzarət altına alınıb.

Avstraliyada isə xəstəlikdən əziyyət çəkənlərin sayı 7-yə çatıb.

Birləşmiş Ərəb Əmirliklərində koronavirusa yoluxan 8 nəfərdən 3-nün vəziyyəti yaxşılaşsa, 5 nəfər hələ ki, xəstəxanada müalicə alır.

İranda virusdan dolayı 2 nəfər həyatını itirib. Hazırda 5 nəfər koronavirus daşıyıcısıdır.

Rusiya Səhiyyə Nazirliyi isə ölkədə 20 nəfərdə virusun olması ilə bağlı açıqlama verib. Onlardan 6-sı Çin, 14-ü isə Rusiya vətəndaşıdır.

Vyetnamda 6 nəfər virus daşıyıcısı var. Koronavirus təhlükəsindən dolayı ölkənin 10-a yaxın kəndinə giriş-çıxış məhdudlaşdırılıb.

Belçikada 9 nəfər koronavirus daşıyıcısıdır, onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

İngiltərə, Hindistan, İtaliya və Fransada  3 nəfər koronavirus daşıyıcısının olduğu bildirilib.

Kanada, Nepal, İsveçrə, Finlandiya, Misir, Livan və İspaniyada isə 1 nəfərdə virusun olduğu bildirilib.

Qeyd edək ki, Finlandiyada daha 15 nəfərdə virusun olma ehtimalı var.(konkret)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam