Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

6 yaşlı uşaq koronavirusdan ölüb–İranda

İranda 6 yaşlı uşaq yeni növ koronavirus (“COVID-19”) xəstəliyi səbəbindən ölüb.

Yenixeber.org: Bu barədə İranın Şimali Xorasan Sağlamlıq Elmləri Universiteti açıqlama yayıb.

Bildirilib ki, İranın Şimali Xorasan əyalətində indiyə qədər 189 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 19-u vəfat edib. Virusun qurbanlarından birinin 6 yaşlı uşaq olduğu bildirilib.

Qeyd edək ki, dünyada sürətlə yayılan və pandemiya elan olunan virus üçün risk qrupunun əsasən yaşlı adamlar olduğu deyilsə də, həkimlər virusun immuniteti zəif olan uşaqlar və gənclərdə də ölümə səbəb olduğunu bildirir.

İran Səhiyyə Nazirliyi martın 14-də açıqlamasında qeyd edib ki, yeni növ koronavirus səbəbi ilə həyatını itirənlərin orta yaşı 67, xəstəliyə yoluxanların orta yaşı isə 54-dür. Virusun ən gənc qurbanı isə 3 yaşlı uşaqdır, həmin uşaq eyni zamanda leykoz xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, İranda ümumilikdə koronavirusa yoluxanların sayı 23 049, ölənlərin sayı 1812-dir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam