Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

İran ABŞ-a qarşı bu ordu ilə savaşacaq? –ARAŞDIRMA

Yaxın Şərqdə vəziyyət gərginliyini qoruyub saxlayır. ABŞ-ın iranlı generala hücum edərək, qətlə yetirməsindən sonra müharibə meydanına dönən İraqda hər an hər şeyin baş verə biləcəyi gözlənilir.
Yenixeber.org:Artıq İran dünən gecədən etibarən İraqdakı ABŞ hərbi bazalarına roket zərbələri endirməyə başlayıb. Ağ Ev məsələ ilə bağlı sussa da, bunun qarşılığını verəcəyi istisna edilmir.  

İranla ABŞ arasında yaşanan gərginlik fonunda cənub qonşumuzun hansı hərbi gücə malik olduğu ilə bağlı maraqlı statistikanı təqdim edir. İran hərbi cəhətdən nə qədər güclüdür?

 

83 milyon əhali, 523 min əsgər

 

Qeyd edək ki, İran ordusu iki hissədən ibarətdir: Müdafiə Nazirliyi və SEPAH. MN demək olar ki, son illər formal fəaliyyət göstərir. Çünki onun bütün personalı, silahları ilə bilikdə demək olar ki, SEPAH-ın nəzarətindədir. Hal hazırda İranın 83 milyon nəfər əhalisi var və əsgərlərinin sayı da 523 min nəfərdir. Yardımçı birliklərlə birlikdə bu rəqəm 873 min nəfərə çatır.

Onu da bildirək ki, bunların 350 min nəfəri ordunun əsas gücü olan hərbi biliklərdə xidmətdədir, 150 min nəfəri SEPAH-ın tərkibindədir. 20 min iranlı əsgər isə SEPAH-ın Dəniz Donanmasının üzvləridir.

 

300 köhnə təyyarə

 

İranın Hərbi Hava Qüvvələri elə də güclü hesab olunmur. Çünki bu qoşun növündə mövcud olan təyyarələr müxtəlif və köhnədir. Cənub qonşumuzun ixtiyarında hal hazırda 300 ədəd döyüş təyyarəsi var. Əlavə 209 ədəd təyyarə isə aktiv əməliyyatlara hazır hesab edilir. Bu təyyarələr arasında Rusiyanın istehsalı olan MİG-29, SU-24 ilə F-14 və F-4 modellər də var.

Hücum helikopterləri yoxdur

 

İran ordusunun helokopter sayı isə 126 ədəddir. Maraqlıdır ki, onların heç biri hücum helikopterləri deyil. Mövcudlar arasında 40 ədəd ABŞ-ın “Chinook” və İtaliya istehsalı olan “Agusta” tipli nəqliyyat vertalyotlarıdır.

 

34 sualtı gəmiyə sahibdir

 

İranın Hərbi Dəniz Donanması heç də zəif hesab edilmir. Hazırda ordunun ixtuyarında 398 hərbi gəmi var. Onlardan 6-sı təyyarədaşıyan, 3-ü hücum, 88-i isə katerlərdir. Tehran hərbçiləri daha çox sualtı gəmilərə üstünlük verirlər. O səbəbdən də ordunun ixtiyarında 34 sualtı gəmi mövcuddur.

 

Quru Qoşunları hansı vəziyyətdədir?

 

İranın Quru Qoşunlarının tərkibində zirehli texnika baxımından yaxşı təşkil olunub. Hazırda onların 1634 tankı var ki, əksəriyyəti yerli istehsal olan “Zülfüqar” və rusların T-72-ləridir. Bundan başqa, ordunun sərəncamında az sayda Amerika və ingilis tankları da var.

Bundan başqa, İran ordusunun 2200 ədəd uzaqvuran topu və 2000-ə yaxın roket sistemlərini daşıya bilən zirehli maşınları var.

 

İranın roketləri varmı?

Bəli, İran ordusunun əsas gücü elə bu qoşun növündədir. Xüsusən də, Səudiyyə Ərəbistanı və İsrail kimi rəqibləri ilə rəqabət apara bilməməsi səbəbindən, raketlərin önəmi daha çox diqqətlərini çəkir.

Hal hazırda qitələrarası ballistik raket istehsalı üzərində çalışan İran Yaxın Şərqdə ən çox raketə sahib olan ölkə sayılır. Onların əksəriyyəti də yaxın və orta mənzilli raketlərdir.

Qeyd edək ki, İran hərbi sənayesi son illərdə 45 km-dən 2000 km-ə qədər məsasfəni vuran raketlər istehsal edə bilir. 10 fərqli raket tipləri arasında ən məşhurları “Şahab”, “Fateh”, “Seccil” və “Xürrəmşəhr”dir. Bu raketlərin hədəfləri dəqiq vurma imkanları daha çox hesab olunur.

 

Cənub qonşumuz raketlərlə hansı ölkələri vura bilər?

 

Cənub qonşumuzun belə imkanı varkən onun konkret olaraq hansı ölkələri vura bilıcəyi də maraqlıdır. Hal hazırda Ppilotsuz Uçan Aparatlar istehsal edən İranın bir çox ölkələri roketlə vurmaq imkanı var. Bu sırada Yaxın Şərqin demək olar hamısı, Misir, Azərbaycan, o cümlədən Qafqaz bütünlüklə, Rusiyanın Cənub sərhədlərinin 1000 km-yə qədər dərinliyi, Hindistan, Çin, Türkiyənin yarısı hədəf olaraq götürülə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam