Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

HÖRMÜZ BOĞAZINDA ORTAQ RUSİYA-İRAN HƏRBİ TƏLİMLƏRİ:Moskva isti dənizlərə, Tehran qalxana sahib olmaq istəyir

Maksim Suçkov

“Əl-Monitor”, 30.07.2019

 

Rusiya və İran hərbi əlaqələrini dərinləşdirir və ABŞ-ın Yaxın Şərqdəki hegemonluğuna meydan oxuyur. Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Baş Qərargahı iyulun 29-da İran Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyin Xanzadinin Sankt-Peterburqa üçgünlük səfəri zamanı iki ölkə arasında hərbi əlaqələri genişləndirməyi nəzərdə tutan anlaşma memorandumu imzalayıb.

Yenixeber.org: Xanzadi deyib: “Bu, ilk anlaşma memorandumudur və o, Moskvanın müdafiə trayektoriyasında dönüş nöqtəsi hesab edilə bilər”.

Admiral əlavə edib: “Bir müddət sonra Hind okeanında ortaq Rusiya-İran təlimlərinin keçirilməsi gözlənilir. Təlim Hind okeanının şimal hissəsində, o cümlədən Hörmüz boğazında da keçirilə bilər”.

Məsələnin mühümlüyü: Memorandum hüquqi baxımdan icbari deyil və tərəflərə əlavə “müttəfiq öhdəlikləri” yükləmir. Bununla birlikdə, ən azı iki baxımdan o vacibdir.

Birinci əsas məsələ – zamandır. Suriyada Rusiya və iranpərəst qüvvələr arasında gərginliyin artması ilə bağlı çoxsaylı xəbərlər əsnasında memorandum, fikir ayrılığından asılı olmayaraq, həm Rusiya, həm də İranın siyasi və hərbi tərəfdaşlığını təqdir edir və indi bunu başqa bir layihəyə çevirməyə çalışdıqları barədə mühüm bir siqnal göndərir. O cümlədən dəniz təhlükəsizliyi ilə bağlı.

İkincisi, İranın ABŞ və ərəb dövlətləri ilə münasibətlərində gərginlik artdıqca, Rusiya ilə sahil xəttinin təhlükəsizliyi sahəsində əməkdaşlıq Tehrana təhlükəsizlik hissi verə bilər.

Memorandumun kiçik operativ əhəmiyyətli və daha çox siyasi jest olsa da, Amerikanın İrana mümkün hücumundan qorumaq üçün ikitərəfli ittifaq sayıla bilər. Bəziləri hətta bunda ABŞ-ı Sakit okeanın qərbindən kənarda saxlamağa çalışması üçün Çinin istifadə etdiyi anti-giriş / sahə əlçatmazlığı (A2 / AD) strategiyasının Rusiya-İran versiyası kimi görür.

Amerikanı çəkindirmə: Paralel olaraq, Rusiyanın İranla memorandum imzaladığı gün, Rusiya KİV-ləri Moskvanın Körfəzdə təhlükəsizlik konsepsiyasını BMT-yə təqdim etdiyini xəbər verib. İyulun 23-də Rusiya Xarici İşlər Nazirliyinin təqdim etdiyi konsepsiya, “diplomatik A2 / AD” hərəkətidir, digər şeylər arasında Rusiyanın Körfəzdə, həmçinin bütün Yaxın Şərqdə xarici güclərin dağıdıcı siyasəti olaraq gördüyü şeylərin qarşısını almağa çalışır.

Bəziləri, o cümlədən Moskvada, Rusiyanın təklifinin məzmununa və son uğuruna şübhə ilə yanaşsa da, digərləri bunun həyata keçirilməsində nəticəyə inanırlar.

Rusiyanın Səudiyyə Ərəbistanındakı keçmiş səfiri Andrey Baklanov “Kommersant” qəzetinə müsahibəsində bildirib: “Yaxın Şərqdəki dövlətlər Qərbin tövsiyələrinə əməl etməkdə daha diqqətli olmalıdır”.

Konsepsiyanın inkişafına kömək edən Baklanov hesab edir ki, Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Yaxın Şərq versiyası üçün hazırladığı plan bu gün, 90-cı illərlə müqayisədə, daha yaxşı şansa malikdir.

O deyib: “Ümid edirik ki, təkliflə müraciət etdiyimiz bölgə ölkələri müharibə və xaosun qarşısını almaq üçün keçmişə nisbətən Rusiyanın təkliflərini daha fəal qəbul etməli olduqlarını başa düşüblər”.

Sonrakı mərhələ: prezident Vladimir Putinin oktyabr ayında Səudiyyə Ərəbistanına səfəri planlaşdırılır. Bu baxımdan, Rusiyanın Körfəzdə təhlükəsizlik konsepsiyası səfərin gündəliyini müəyyənləşdirmək səylərinin bir hissəsi kimi görünür.

Öz növbəsində, Rusiya-İran sövdələşməsi ilə Moskva Körfəzin təhlükəsizlik məsələlərində aktyor mövqe tutmağa çalışır. Baxmayaraq ki, bölgədəki rus hərbi qüvvələri ABŞ-a nisbətən zəifdir.

Nəticədə, Moskva davamlı diplomatik səylərinə güvənəcək və bölgədə Vaşinqtonun söylədiklərindən daha cəlbedici görünən fikirləri təşviq edəcək.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam