Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

«ABŞ GƏMİSİ SƏHVƏN ÖZ «DRON»UNU VURA BİLƏRDİ» –“Bütün pilotsuz uçaqlar bazaya qayıdıblar”

drone

İran İslam Respublikası (İİR) xarici işlər nazirinin müavini Abbas Araqçı iyulun 19-da bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələrinin (HDQ) gəmisi Hörmüz boğazında səhvən ABŞ pilotsuz uçağını vura bilərdi.

Yenixeber.org: Onun sözlərinə görə, İran Hörmüz boğazında və ya haradasa başqa yerdə heç bir pilotsuz uçağını itirməyib. «Məni narahat edən odur ki, ABŞ HDQ-nin gəmisi səhv edərək, öz pilotsuz uçağını vurub» – deyə, Araqçı öz «Tvitter»ində yazıb.

Bu arada İran silahlı qüvvələrinin nümayəndəsi Əbülfəzl Şəkərçi də bəyan edib ki, ABŞ-ın bəyanatına baxmayaraq, Fars körfəzində və Hörmüz boğazında İrana məxsus bütün pilotsuz uçaqlar öz bazalarına qayıdıblar.

Bundan əvvəl isə İranın xarici işlər naziri Cavad Zərif bəyan edib ki, pilotsuz uçağın itirilməsi barədə Tehranın məlumatı yoxdur.

Məlumat üçün bildirək ki, iyulun 18-də ABŞ rəsmi şəxsləri xəbər vermişdilər ki, ABŞ HDQ-nin universal «Bokser» gəmisi İranın pilotsuz uçağını vurub.

Pentaqonun versiyasına görə, «Bokser»in ekipajı müdafiə məqsədilə, pilotsuz hava sisteminə hücum edib və onu vurub.
İran «dron»unun vurulması barədə jurnalistlərə ilk məlumatı ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında xəbər verib.(azpoliika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam