Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Binanın damında 13 yaşlı qıza əxlaqsızlıq edən gəncə -2 il həbs!

 

Gəncədə yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 2005-ci il təvəllüdlü Ş.Məmmədov (şərti) cinayət məsuliyyətinə cəlb edilib.

Yenixeber.org-un məlumatına görə, Gəncə Şəhər Məhkəməsi 20 yaşlı gənci Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilib.

Müəyyən edilib ki, Ş.Məmmədov 2022-ci ildə əslən Gəncədən olan və ailəsi ilə birgə İsraildə yaşayan 2009-cu il təvəllüdlü Amaliya (şərti) ilə sosial şəbəkə vasitəsilə tanış olub. 2024-cü ildə yeniyetmə qız valideyni ilə qohumlarına baş çəkmək üçün Gəncəyə gedib. Bu ərəfədə Ş.Məmmədovla Amaliya şəhər ərazisində görüşüblər. 20 yaşlı gənc onu taksi ilə yaşadığı binanın qarşısına gətirib və birlikdə çoxmərtəbəli binanın damına çıxıblar. Burada gənc oğlan yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlərə yol verib.

Yeniyetmə evə qayıtdıqdan sonra anası baş verənləri öyrənib və polisə şikayət edib.

Faktla bağlı açılan cinayət işinin materialları Gəncə Şəhər Məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə Ş.Məmmədov 2 il müddətinə həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam