Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Pakistanda yerli icra administratorunun avtomobili atəşə tutulub -4 nəfər ölüb

 

Pakistanda silahlı şəxslər ölkənin şimal-qərb hissəsində yerli icra nümayəndəsi də daxil olmaqla, 4 nəfəri öldürüb.

Yenixeber.org xəbər verir ki, yerli icra administratoru, onun iki cangüdəni və yoldan keçən təsadüfi bir insan silahlı hücumun qurbanı olub.

Hücum ölkənin Xeybər-Paxtunxva vilayətində baş verib.

Yerli polisin məlumatına görə, icra hakimiyyəti administratorunun maşını silahlılar tərəfindən pusquya salınıb.

Hələlik hücumla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, dünən Pakistanın şimal-qərb hissəsində Lakki Mərvat bölgəsində polis maşını partladılıb və nəticədə bir polis zabiti həlak olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam