Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

XAŞUQCİNİN SON MƏQALƏSİ:“Biz yoxsulluqdan, pis təhsildən və effektli idarəçiliyin yoxluğundan əziyyət çəkirik”

Mərhum Camal Xaşuqcinin oxucularımıza təqdim etdiyimiz son yazısı “The Washington Post”ın “Kürəsəl düşüncə” köşəsinin redaktoru Karen Attianın qeydləri ilə başlanır:

“Mən bu məqaləni Camal Xaşuqci İstanbulda xəbər-ətərsiz yoxa çıxandan bir gün sonra jurnalistin  tərcüməçisi və köməkçisindən aldım. Biz Camalın qayıdacağına və yazını birlikdə redaktə edəcəyimizə ümid edərək dərci təxirə saldıq. İndi etiraf etməliyəm ki, bu, artıq baş verməyəcək. Bu, Camalın “The Washington Post” üçün redaktə etdiyim son məqaləsidir. Məqalə bu adamın ərəb dünyası üçün dəlicəsinə arzuladığı azadlığa sədaqət və sevgisini çox gözəl əks etdirir. Hər şeydən göründüyü kimi, uğrunda öz həyatını qurban verdiyi azadlığa.

Mən taleyə minnətdaram ki, Camal bir il qabaq “The Washington Post”-u özünə jurnalsit ailəsi seçib və bizə bir yerdə işləmək qismət olub”.

***

Camal Xaşuqci

“The Washington Post” (ABŞ)

 

Yenixeber.org: Mən bu günlərdə internetdə “Freedom House”un 2018-ci il üçün “Dünyada azadlıq” məruzəsinə baxdım və kədərli nəticəyə gəldim. Ərəb dünyasında “azad” kateqoriyasına aid edilməsi mümkün  yalnız bir ölkə var. Bu, Tunisdir. İordaniya, Mərakeş və Küveyt artıq “qismən azad” sayılır. Ərəb dünyasının qalan ölkələri isə “qeyri-azad” kimi təsniflənir.

Belə çıxır ki, bu ölkələrdə yaşayan ərəblərin informasiyaya ya əlləri  çatmır, ya da onlara təhrif olunmuş formada təqdim edilir. Onlar bölgələrinə və gündəlik həyatlarına birbaşa toxunan məsələləri gərəyincə nəzərdən keçirmək və hətta aşkar şəkildə müzakirə etmək durumunda deyillər. Rəsmi dövlət ritorikası ictimai şüur üzərində hökm sürür və çoxları buna inanmasa da, əhalinin böyük çoxluğu bu dezinformasiyanın qurbanına çevrilir. Təəssüf ki, bu durum çox çətin dəyişilər.

Ərəb dünyası 2011-in yazında ümidlə aşıb daşırdı. Jurnalistlər, alimlər və əhali öz ölkələrində parlaq və azad ərəb cəmiyyətinin doğuluşunun intizarını çəkirdilər. Onlar öz hökmdarlarının hegemoniyasından, KİV-lərə daimi müdaxilə və senzurasından qurtulmağı gözləyirdilər. Bu ümidlər sürətlə yox oldu; cəmiyyət ya əvvəlki status-kvoya qayıtdı, ya da əvvəlkindən daha sərt şəraitə düşdü.

Mənim əziz dostum, Səudiyyənin görkəmli yazıçısı Saleh əl-Şəhi Səudiyyə mətbuatında ən məşhur dərclərdən birinə çevrilmiş məqalə yazıb. Təəssüf ki, Saleh indiki anda, guya, Səudiyyə isteblişmentinin baxışlarına qarşı çıxan şərhləri üzündən əsaslandırılmamış beşillik həbs cəzası çəkir. Misirdə hökumət tərəfindən “əl-Məsri əl-Yum” qəzetinin bütün tirajının müsadirə edilməsi həmkarları tərəfdən hiddət və ya hər hansı reaksiya doğurmayıb. Bu cür hərəkətlər daha beynəlxalq birliyin qızğın qəzəbi və uyğun nəticələrlə müşayiət olunmur. Bunlar qınaq doğura bilər, amma ardınca gecikmədən sükut gəlir.

Nəticədə ərəb hökumətləri öz mülahizələrinə görə tam fəaliyyət azadlığı əldə edir və kütləvi informasiya vasitələrini getdikcə daha çox əzəcəklər. Vaxt vardı ki, jurnalistlər internetin mətbuatı senzura və nəzarətdən azad edəcəyinə inanırdılar. Amma varlığı informasiya üzərində nəzarətdən asılı olan bu hökumətlər şəbəkəni təcavüzkarcasına bağlayıblar. Onlar habelə yerli jurnalistləri həbs edir və reklam verənlərə basqı göstərirlər ki, ayrı-ayrı nəşrlərin gəlirlərinə ziyan dəysin.

Ərəb baharı ruhunun təcəssümünü sürdürən bir neçə vahə qorunub. Qətər hökuməti informasiya üzərində nəzarəti və “köhnə ərəb qaydaları”nı müdafiə edən qonşularından fərqli olaraq qabaqkı kimi beynəlxalq xəbərlərin işıqlandırılmasını dəstəkləyir. Hətta mətbuatın “qismən azad” sayıldığı TunisKüveytdə KİV-lər diqqəti bütünlükdə ərəb dünyasının üzləşdiyi problemlərə deyil, daxili problemlərə cəmləyir. Onlar Səudiyyə Ərəbistanı, Misir və Yəməndən jurnalistlər üçün platforma verməyə cürət etmirlər. Hətta ərəb dünyasının tacındakı bahalı daş-qaş olan Livan da qütbləşmənin və İranyönlü “Hizbullah”ın mətbuat azadlığına dair təsirinin qurbanı olub.

Ərəb dünyası xarici deyil, hakimiyyət uğrunda çarpışan daxili güclərin zorla boynuna qoyduğu dəmir pərdə variantıyla qalan dünyadan ayrı düşüb. Soyuq savaş dönəmində zaman keçdikcə önəmli tənqidi quruma dönən “Azad Avropa radiosu” azadlığın xəfif-xəfif yanan ümidlərinin möhkəmlənməsi və dəstəklənməsində əsas rol oynayıb. İndi ərəblərə buna bənzər nəsə gərəkdir. “New York Times” və “The Washington Post” 1967-də sonradan bütün dünydan jurnalistlər üçün platformaya çevrilmiş “Herald Tribune”un kollektiv sahibliyini əldə edib.

İşlədiyim “The Washington Post” nəşri məqalələrimin çoxunu ərəb dilinə çevirmək və dərc etmək təşəbüssüylə çıxış edib. Buna görə ona hədsiz dərəcədə minnətdaram. Ərəblər demokratiyanın müxtəlif yönlərini və Birləşmiş Ştatlar və Qərbin üzləşdiyi çətinlikləri anlaya bilmək üçün öz doğma dillərində oxumalıdırlar. Misirli Vaşinqtondakı bu və ya başqa inşaat layihəsinin faktiki dəyərindən danışan məqaləni oxusa, bu kişi və ya bu qadın öz ölkəsində belə layihələrin mənasını daha yaxşı başa düşə bilər.

Ərəb dünyasına köhnə transmilli KİV-lərin vətəndaşları dünyadakı hadisələrdən məlumatlandıracaq çağdaş versiyası gərəkdir. Daha önəmlisi – biz ərəbləri öz mövqelərini maneəsiz ifadə edə biləcəkləri platforma ilə təmin etməliyik. Biz yoxsulluqdan, pis təhsildən və effektli idarəçiliyin yoxluğundan əziyyət çəkirik. Ərəb dünyasının sakinləri təbliğat vasitəsilə nifrət yayan millətçi hökumətlərin təsir etməyəcəyi müstəqil beynəlxalq forumun varlığı şəraitində öz cəmiyyətləri qarşısında duran struktur problemlərin həllinə girişə bilərdilər.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam