ÖZÜNDƏN ƏVVƏL PULUNU MÜHACİRƏTƏ GÖNDƏRƏN MİLYONÇULAR:zəngin insanlar hansı səbəblərə görə cəlayi-vətən olur? - ARAŞDIRMA
Ruçir Şarma
“The New York Times”
Bir ölkə iqtisadi və siyasi çətinliyə düşməyə başlayanda, zəngin insanlar, adətən, əvvəlcə pullarını xaricdəki təhlükəsiz sığınacaqlara yollayırlar. Onlar heç də həmişə pulları ilə bərabər köç etmir, amma bunu edirsə, deməli, narahatlıq əlaməti çox böyükdür.
Yenixeber.org: 2013-cü ildən etibarən, ofisi Cənubi Afrikada yerləşən “New World Wealth” tədqiqat mərkəzi zəngin adamlara xidmət göstərən mülkiyyət qeydiyyatları kontorları, viza proqramları, habelə media məlumatları və səyahət agentlikləri vasitəsi ilə milyonçuların köçünü təqib edir. Bu mərkəzin hesabatına əsasən, xalis aktivləri təxminən 1 milyon dollar dəyərində olan 15 milyon insanın təxminən 100 mini ötən il yaşayış yerini dəyişib.
Əksər ölkələrdə zəngin sinif xarici investorlardan deyil, ölkənin uzun müddətli sakini olan vətəndaşlardan – milyonçulardan ibarətdir. 2017-ci ildə ən çox Türkiyə (12%) və Venesueladan (15%) milyonçu köç edib.
Səbəblərdən biri: sanki komanda verilibmiş kimi, türk lirəsinin məzənnəsi aşağı düşməkdədir.
Hindistandan olan çoxsaylı vergi orqanlarının yoxlamaları və “Brexit”ə görə Britaniyadan da əhəmiyyətli miqrasiya meydana gəlib.
Axının qarşısını almaqda ən yaxşı əlamət arzulanan qanunlar ola bilər və 2017-ci ildə antizəngin düşmənçiliyinə dair yaxşılığa doğru ən böyük dəyişiklik Fransada müşahidə olunub.
Milyarder-prezidentin hakimiyyətə gəlməsinin Birləşmiş Ştatlarda dəyişiklik yaratmaması təəccüblüdür. Keçən il ABŞ-a 9 min milyonçu köç edib, lakin bu, əslində beş milyon amerikalı milyonçudan ibarət okeanda azalmanın olduğunu göstərir.
Nisbətən az zəngin adamlar kimi, milyonçuların Amerikanın rəhbərliyinə əminliyi yoxdur. Halbuki o, zənginlər üçün vergi imtiyazları və digər sərfəli təkliflər irəli sürür. Amma həm də populist ritorikası ilə xariciləri dümsükləyir.
Britaniya və Fransa zənginlər üçün maqnit kimi cazibəsinə çəkən məkanlar tək görünürdülər.
Onilliklər ərzində zəngin şəxslər ehtiyatı əldən verməyən banklar, sərbəst qaydalar və Londonun rahatlığı ilə İngiltərəyə yönəldilmişdi. 2016-cı ilə qədər İngiltərəyə böyük milyonçu axını vardı, ancaq onun Avropa İttifaqından çıxması qorxusu ilə Londonun maliyyə paytaxtı taxtından düşəcəyini düşünərək, keçən il 3 min adam qəfildən Temza sahillərini tərk edib.
Üstəlik 2017-ci ildə hökumət əmlak almaq istəyən əcnəbilər üçün vergiləri də artırıb.
Fransa uzun müddət anti-Britaniya məkanı kimi tanınıb, Parisin cazibəsinə baxmayaraq, o, zənginləri qorxuya alan bürokratlar və yüksək vergilərin qalası olub.
Köç edən milyonçuların artan miqdarı isə 2016-cı ildə 12 mindən 4 min nəfərə enib.
Ən ehtimal olunan səbəb: Fransa tarixinin ən gənc prezidenti olan Emmanuel Makronun qalib gəldiyi may seçkiləri, işgüzar mühitə daha az düşmənçilik edən bürokratiya və mənfəət vergisinin azalması.
Şübhəsiz, milyonçuların yerdəyişməsi rəğbətlə qarşılanır, amma heç bir ölkə, xüsusilə Hindistan kimi inkişaf etməkdə olan dövlət, ən zəngin sakinlərinin istedadını və kapitalını itirməkdən qazanc əldə etmir. Çox təəssüf ki, 2017-ci ildə Hindistan milyonçu əhalisinin 7 min üzvünü, yaxud 2%-ini itirib.
Ölkənin böyümə perspektivləri ilə bağlı qlobal optimistliyə baxmayaraq, bu nəticə Rusiyaya da şamildir. Sanksiyalardan əziyyət çəkən iqtisadiyyat milyonçu əhalinin 2 faizi itirib.
Hindistanın iqtisadiyyatında yüksək artım olsa da, rəsmi antikorrupsiya səyləri və “vergi terrorizmi” – vergi məmurlarına zənginləri hədəf almaq səlahiyyətinin verilməsi elit təbəqəni qorxuya salıb. Baş nazir Narendra Modinin hökumət son zamanlarda gizli cibləri “təmizləməyə” və vergilər hesabına dərin sosiallaşma zolağına xidmət verməyə başlayıb.
Ən pis hallarda, valyutanın məzənnədə azalması milli böhrana çevirməyə qədər kapital axını sürətlənmir. Ödəmə balansının qeydləri göstərir ki, son 12 əsas valyuta böhranının 10-da, 1994-cü ildə Meksikanın peso çökməsində olduğu kimi, hələ valyutanın çökməsindən iki il əvvəl vətəndaşların xaricə pul göndərməsi ilə başlayıb.
Tez-tez siyasətçilər bu böhranlarda “pis” və “əxlaqsız” xarici möhtəkirləri günahlandırırlar, lakin ilk növbədə, çətinlikləri görən yerli sakinlər olur.
Hazırda yalnız bir böyük ölkədə – Türkiyədə maliyyə çətinliyinin ortaya çıxmasının açıq-aşkar əlamətləri var. Ötən ilin əvvəlindən etibarən, xaricilər lirələr alarkən, zəngin türklər pullarını dollar və avroya çevirərək ölkə xaricinə keçirməyə başlayıblar.
Ötən il Türkiyənin milyonçu əhalisi 12% azalıb, kiçik hiperinflyasiyalı iqtisadiyyatı olan Venesuelada isə 16%.
Türkiyə milyonçuları həm yüksək inflyasiya ilə müşayiət olunan maliyyə vəziyyətinin pisləşməsindən, həm də prezident Rəcəb Tayyip Ərdoğanın tənqidçilərinə, o cümlədən biznesə qarşı təzyiqinə görə qaçırlar.
Milyonçu köçəri iqtisadiyyat üçün müsbət bir əlamət də ola bilər. Hindistana, Rusiyaya və Türkiyəyə olan köçlər son zamanlar Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Avstraliyaya görə qazancdır. BƏƏ-nin ən məşhur əmirliyinin – Dubayın sabitliyi 2017-ci ildə 5 min milyonçunun köçünə, zəngin əhalinin 6% artmasına səbəb olub.
Bu, dünyada ən böyük artımdır. 2016-cı ilə qədər Britaniya milyonçular sarıdan bu mövqedə olub, lakin “Brexit”lə yaranan qeyri-müəyyənliklər əvvəlki zəmanəti verə bilmir.
Tərcümə: Strateq.az