Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazirin nəzarət etdiyi bank devalvasiyadan nə qədər qazanıb?

samir-sherifovSamir Şərifova bağlı olan «Azər Türk Bank» barədə maraqlı məlumat

Xeberinfo.com:  “Azər Türk Bank” ASC 2016-cı ilin 1-ci yarısını 8 milyon 900 min 960 manat xalis mənfəətlə başa vurub. “Marja” xəbər verir ki, yanvar-iyun aylarında bankın cəmi gəlirləri 26,3 milyon manat, o cümlədən faiz gəlirləri 10,99 milyon manat, qeyri-faiz gəlirləri 15,31 milyon manat, digər gəlirləri 82,78 min manat təşkil edib.

Bank ilk yarımili 16,92 milyon əməliyyat mənfəəti ilə başa vurub. Bankın inzibati xərcləri isə 8,02 milyon manat təşkil edib.

30 Iyun 2016-cı il tarixinə Bankın cəmi aktivləri 880 milyon 864 min manat, cəmi öhdəlikləri 824 milyon 655 min manat, cəmi kapitalı isə 56 milyon 209 min manat olub.

Dekabr 2015-ci il tarixində “Azər Türk Bank”ın cəmi aktivləri 663 milyon 578 min manat, cəmi öhdəlikləri 617 milyon 669 min manat, cəmi kapitalı isə 50 milyon 891 min manat təşkil etmişdi. Ilk altı ayda Bankın aktivləri təxminən 33 faiz artıb.

Qeyd edək ki, “Azər Türk Bank” dövlət bankıdır. 2014-cü ildə bankın səhmlərinin 50 faizi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən alınıb.

Hal-hazırda “Azər Türk Bank”ın səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (50 faiz), Türkiyə Respublikası Ziraat Bank (46,00 faiz) və “Ziraat Bank Beynəlxalq Almaniya”dır (4.00 faiz).

Bankın idarəetməsi isə Maliyyə Nazirliyinin nəzarətindədir. Mətubatda yayılan məlumatlara görə, “Azər Türk Bank” faktiki olaraq maliyyə naziri Samir Şərifovun nəzarəti altında fəaliyyət göstərir. Bankın 6 ay ərzində təxminən 300 milyon artması maraqlı görünür. Hər halda 2016-cı ilin birinci yarısında 8 milyon 900 min manat gəlirlə başa vuran bankın 6 ay ərzində aktivlərini 300 milyon artırması qəribədir. Qeyd edək ki, ötən ay Korrupsiya və Mütəşəkkil Cinayətləri Araşdırma Mərkəzinin (OCCRP) yaydığı araşdırma materialında bildirilirdi ki, ölkə başçısı Ilham Əliyevin ailəsi 2015-ci ildə manatın devalvasiyasından on milyonlarla dollar əldə edib. Həmçinin ailəyə yaxın iş adamları 2015-ci ildə manatın devalvasiyaından bir neçə həftə və gün öncə keçirilən tranzaksiyalarda ən azı 64 milyon dollar əldə ediblər.

2015-ci ilin fevralında Azərbaycan Mərkəzi Bankı milli manatı dollara nisbətdə təxminən üçdə bir hissə devalvasiya edib, 2015-ci ilin dekabrında isə üzən məzənnəyə keçib ki, nəticədə manat bir gün içində daha 50 faiz ucuzlaşıb.

OCCRP-nin diqqətini üç bank – Caspian Development Bank, AtaBank və PAŞA Bank vasitəsilə həyata keçirilən tranzaksiyalar çəkib. Materialda bildirilirdi ki, həmin bankların sahibləri Əliyevlər ailəsinə yaxın biznesmen Əşrəf Kamilov və ya Əliyevlər ailəsinin üzvüdür. Caspian Development Bank və AtaBank  Synergy Groupa bağlıdır ki, bu da Ə.Kamilova məxsusdur, PAŞA Banka isə Azərbaycan prezidentinin qızları nəzarət edir.

Materialın PAŞA Bankla hissəsində bildirilir ki, 2015-ci ildə bu bankın valyuta əməliyyatlarından və məzənnə fərqlərindən gəliri 35,9 mln. manat (təxminən 28 mln. dollar) – bir il əvvəlki göstəricilərdən altı dəfə çox təşkil edib. Amma bank konkret tranzaksiyalar haqqında hesabat verməyib, buna görə onun bu gəliri hansı şəraitdə əldə etdiyini demək çətindir.

“Azər Türk Bank”ın da məhz devalvasiyadan qazandığını ehtimal etmək olar. Hər halda aktivlər devalvasiyadan artıb. Halbuki devalvasiyadan sonra bir çox banklar zərərə düşüb.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam