Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Azərbaycan TƏCİLİ hərəkətə keçməlidir, yoxsa 100 mindən çox erməni... -SENSASİON YAZI

Biz tələsməliyik, çünki zaman əleyhimizə işləyir.

Yenixeber.org: Ermənistan bu gün Azərbaycanın Qarabağda “etnik təmizləmə” apardığını əlində bayraq edib, məsələnin beynəlxalq müstəvilərdə müzakirə olunması üçün dəridən-qabıqdan çıxır. Son bir ayda BMT və Aİ-də bir neçə belə müzakirənin keçirilməsinə “nail olan” mənfur qonşularımız indi də Haaqada BMT məhkəməsində bu məsələnin baxılmasına nail olublar. Qərbin Azərbaycana qarşı məkrli münasibəti və bu münasibət fonunda Qarabağ məsələsinin həllinə onun ikili standartlar prizmasından formalaşan baxışları bizim əleyhimizə işləməkdədir.

BMT SON.jpg (131 KB)

Biz bu durumda hansı addımları atmalıyıq ki, erməni məkrinə söykənən bu şantaj xarakterli əməllərin cavabını daha tutarlı şəkildə verə bilək?

Düşünürəm ki, düşmənimizin məkrli, yalançı, qanı və iliyi şər-böhtanla yoğrulmuş ermənilər olduğunu nəzərə alıb, ilk növbədə Qarabağ ətrafında baş verən bütün proseslərdə önləyici təşəbbüslərlə çıxış etməliyik. İstənilən məsələnin beynəlxalq səviyyəyə çıxarılmasında gecikmək bizə sonradan ciddi problemlərin yaradılması deməkdir.

Baxın, 19 sentyabrda başlatdığımız lokal antiterror tədbirlərindən bir ayın keçmədiyi bir zaman kəsiyində ermənilər BMT və Aİ-də Azərbaycanı “etnik təmizləmədə” günahlandıran bir neçə müzakirənin keçirilməsinə nail ola bildilər. Bu gün onlar artıq Haaqada BMT məhkəməsində Azərbaycanı “etnik təmizləmədə” günahlandıran dinləmələrin keçirilməsinə nail olublar.

Görürsünüzmü, ikiüzlü Qərb institutları hayların hayına nə qədər operativ cavab verirlər?

Bu gün Azərbaycanı “etnik təmizləmədə” günahlandırmaq istəyənlər, Ermənistan hərbi birləşmələrinin Qarabağdan dərhal və qeyd-şərtsiz çıxmasına dair BMT TŞ-nin 4 qətnaməsinin üzünə Ermənistanın tüpürmək belə istəmədiyini 30 il ərzində görməzdən gələn erməni tulalarıdır. Biz başa düşürük ki, ortada böyük xristian həmrəyliyi və Cənubi Qafqazda Qərbin istəklərini təmin etmək qədər maraqlar var. Lakin bu miqyasda ədalətsizlik Qərbə gerçəkləri bilənlərin haqlı nifrətindən başqa heç nə qazandıra bilməz. Qərb həqiqətin nədən ibarət olduğunu, haqqın kimin tərəfində olduğunu bizim qədər aydın bilir. Lakin onun mənəviyyatdan və siyasi əxlaqdan kənar öz oyun qaydaları var.

QALDİ.png (802 KB)

Bu gün Haaqada BMT-nin məhkəməsində “etnik təmizləmə” adı altında  keçirilən müzakirələrdə bizi ancaq günahlandırmaq vəzifəsini yerinə yetirən Qərb yetkililəri nədən 1988-ci ildən başlayaraq Ermənistanın ərazisindən və doğma Qarabağ torpaqlarımızdan zorla qovulmuş bir milyona qədər Azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmədən danışmırlar?  

Axı o illərdə ata-baba torpaqlarından etnik təmizləmə nəticəsində qovulmuş soydaşlarımız ev-eşiklərini ayaqyalın, başıaçıq tərk edib qaçmışdılar. Ermənilər isə Qarabağdan öz xoşları ilə, az qala gül-çiçəklə yola salındılar.

Bu gün o məhkəmədə Ermənistan adından çıxış edən və Ermənistan bayrağını boynundan qalstuk kimi asmış bir şərəfsizin çıxışına qulaq asdım. Adam Azərbaycanda məktəblərdə istifadə olunan dərsliklərdə erməni vandallarının ünvanına yazılan sözlərə qədər misallar çəkməklə bizi qaniçən, erməniləri isə məzlum bir xalq kimi məhkəməyə təqdim etdi. Erməni şantajının dəyirmanına su töküb, bizə qarşı ermənidən betər erməni olan bu alçaqların cavabını onlarla palemika aparmaqla deyil, atacağımız əməli addımlarla ortaya qoymalıyıq.

Bu gün Qarabağ torpaqlarımızı öz istəyi ilə tərk etmiş ermənilər, yaşadıqları torpaqlarımızda mövcud olmuş mülklərinə dair sənədlərlə beynəlxalq məhkəmələr qarşısında məsələ qaldırıb, Azərbaycandan təzminat tələb etməyə hazırlaşırlar. Hesab edirəm ki, Qərbin böyük dəstəyi ilə ermənilərin bunu  edəcəyi gün heç də uzaqda deyil.  

Biz tələsməliyik, çünki zaman əleyhimizə işləyir. Gecikmədən Qarabağ torpaqlarımızda erməni vandallarının törətdiyi dağıntılar nəticəsində vurulmuş zərərlə bağlı beynəlxalq məhkəmələrdə təzminat tələbi ilə Ermənistana qarşı iddia qaldırılmasına nail olmalıyıq. 44 günlük savaşdan sonrakı 3 il ərzində biz bu istiqamətdə beynəlxalq təşkilatları da cəlb etməklə çox iş görmüşük. Əgər bu  işin bütövlükdə yekunlaşması daha artıq zaman tələb edirsə, o halda Beynəlxalq Məhkəmədə təzminat tələbi ilə heç olmasa işğal altında olmuş bir rayon üzrə iddia qaldırmaq olar. Bizim bir rayon üçün Ermənistandan tələb edəcəyimiz təzminat Qarabağdan getmiş ermənilərin tələb edəcəkləri təzminatdan çox olacaq. Bax bu halda biz Qarabağdan könüllü getmiş ermənilərin təzminat tələbinin qarşısına əliyalın çıxmayacağıq.

Ermənistanın Qarabağ torpaqlarımızı öz xoşu ilə tərk etmiş ermənilərin geri qaytarılması tələbinə qarşı isə 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində etnik təmizləmə nəticəsində Ermənistandan qovulmuş 180 min soydaşımızın Ermənistana qaytarılması və ora qayıdanların təhlükəsizliyinə Ermənistan hökuməti tərəfindən təminat verilməsi tələbi ilə Beynəlxalq Məhkəmədə iddia qaldırmalıyıq.

Əgər Ermənistan Qarabağdan köçmüş 100 mindən çox erməninin geri qaytarılmasına və onların təhlükəsizliyinin təmin olunmasına dair Azərbaycan hökumətindən təminat istəyirsə, Azərbaycan da eyni qaydada vaxtilə Ermənistandan qovulmuş 180 min soydaşımızın ora qaytarılmasını və erməni hökumətindən onların təhlükəsizliyinə təminat verilməsini tələb etməlidir. Biz burada Laçın dəhlizi və Zəngəzur dəhlizi kartından istifadə etməliyik. Zəngəzur dəhlizi açılmırsa, deməli, Laçın dəhlizi də bağlanır. Yaranmış durumda ermənilərin qaldırdıqları bütün məsələlərin qarşısına bu prinsiplə çıxmaq lazımdır.

fikret_yusifov.jpg (160 KB)

Fikrət Yusifov, iqtisad elmləri doktoru, professor

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam