Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

NATO-dan UKRAYNAYA AŞAĞILAYICI TƏKLİF – “Alyansa üzv olmaq istəyirsənsə...”

Kollektiv Qərbin çox zaman riyakar çalarlar alan Ukrayna siyasəti özündə rəsmi Kiyevə qarşı müxtəlif təzyiq metodlarını birləşdirir. Bu metodlardan biri də Ukraynanı ərazi güzəştlərinə vadar etmək və bu ərazilər üzərindən Rusiya ilə bazarlığa getməkdir.

Yenixeber.org: NATO Baş katibi ofisinin rəhbəri Stian Yenssenin Norveç mətbuatına açıqlaması böyük əks-səda doğurub.

Yenssen deyib ki, Ukrayna öz ərazilərinin bir hissəsindən imtina etmək müqabilində NATO üzvlüyünə qəbul oluna bilər: “Fikrimcə həll yollarından biri o ola bilər ki, Ukrayna öz ərazilərindən(işğal altındakı ərazilər nəzərdə tutulur-red.) imtina edərək, əvəzində NATO üzvlüyünü qazana bilər”. Onun sözlərinə görə, bui variant Ukraynadakı müharibəyə son qoya bilər: “Mən demirəm ki, belə olmalıdır. Amma bu, mümkün həll yoludur”.


Yenssen əlavə edib ki, müharibənin təkrarlanmasında heç kim maraqlı deyil və Kiyevin NATO üzvlüyü istiqamətində müəyyən irəliləyişlər müşahidə olunur.

Yenssenin bu açıqlamasına dərhal Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev müsbət reaksiya verib və onun bu fikrini “maraqlı ideya” adlandırıb. 

O iddia edib ki, Ukrayna NATO-ya üzv olmaq üçün hətta paytaxt Kiyevdən də imtina etməli olacaq. Medvedevin sözlərinə görə, ölkənin yeni paytaxtı Lvov ola bilər.


Baxmayaraq ki, Putin Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlayarkən, bunu ilk növbədə rəsmi Kiyevin NATO üzvlüyü perspektivi və alyansın Rusiya sərhədlərinə yaxınlaşmasının təhlükəsizlik problemi yaratması ilə əlaqələndirmişdi. 

Elə bu ilin iyulunda Putin demişdi ki, müharibənin başlama səbəblərindən biri Ukraynanın NATO-ya üzv olmaq niyyətidir. İndi isə belə görünür ki, NATO mövzusu bəhanədir, əsas məqsəd nə yolla olursa olsun Ukrayna dövlətçiliyini məhv etmək, bu mümkün olmadıqda isə mümkün qədər böyük Ukrayna ərazilərini işğal etməkdir.


Ukraynada isə NATO rəsmisinin bu təklifi ciddi narazılıq və hətta hiddət doğurub. Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Yenssenin fikirlərinin qətiyyən qəbuledilməz olduğunu bildirib: “Əraziləri NATO çətirinə dəyişmək? Təəccüblüdür. Yəni, bilərəkdən demokratiyanın məğlubiyyətinə, qlobal cinayətkarın həvəsləndirilməsinə, Rusiya rejiminin konservasiyasına, beynəlxalq hüququn məhvinə getmək və mütləq şəkildə müharibəni digər nəsillərə ötürmək”.

Podolyak bildirib ki, Putin indi məğlub edilməsə, “Rusiya bir müddət sonra yeni iştahla Ukraynanın üzərinə gələcək”.

Qeyd edək ki, NATO-nun son Vilnüs sammitində Ukrayna Prezidenti Volodimir Zelenski də demişdi ki, Ukrayna öz ərazilərini NATO üzvlüyünə dəyişməyəcək.

Artıq bir çox Qərb ekspertləri NATO rəsmisinin bu təklifini müxtəlif rakurslardan şərh etməkdədirlər. Məsələn, maraqlıdır ki, əgər Yenssenin təklifi hipotetik olaraq qəbul edilsə, Ukrayna rəsmən hansı ərazilərlə NATO üzvlüyünə qəbul ediləcək və alyansın 5-ci bəndinin təsiri hansı ərazilərə şamil olunacaq? 

Söhbət bir NATO üzvünə qarşı hücumun bütünlükdə alyansa qarşı hücum kimi qəbul edilməsindən və buna kollektiv şəkildə cavab verilməsindən gedir. Yəni, əgər Ukrayna bütünlükdə alyansa qəbul edilərsə, o zaman belə çıxacaq ki, NATO üzvünün ərazisi hücum və işğal altındadır. Yox, əgər Ukrayna yalnız öz nəzarətində olan ərazilərlə NATO-ya üzv olursa, bu zaman qalan ərazilərindən rəsmən imtina etmiş olacaq ki, buna da heç kim getməz. 

Qərb ekspertlərinin bir qismi bu vəziyyətdən çıxış yolu kimi Henri Kissincerin bir zaman irəli sürdüyü təklifi önə çəkirlər. Onlar təklif edirlər ki, Ukrayna bütün ərazisi ilə NATO-ya üzv qəbul olunsa da, 5-ci maddə yalnız de-fakto Ukraynanın nəzarətində olan ərazilərə tətbiq olunsun.

Göründüyü kimi, Qərb konkret olaraq işğalçı dövləti məğlubiyyətə uğratmaq və beynəlxalq hüququ bərpa etmək əvəzinə müxtəlif bazarlıqlara getməyə, qaranlıq perspektivi olan sxemlərə əl atmağa üstünlük verir. Bu isə bir daha kollektiv Qərbin lider və iradə sarıdan böhran yaşadığının bariz nümunəsidir...(azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam