Sərdar Əlibəyli:
“TFUU…” – DEYİB KEÇMƏK ZORİNDAYAM !!!
VƏ YA, ANALOQSUZ SİYASƏTİN CAHANŞÜMUL BİABIRÇILIQLARI SİLSİLƏSİNDƏN
Mən bu, dərdə dönüb, hər gün ard-arda batmanla üstümüzə tökülən, ad qoya bilmədiyim, biabırçılıqlardan növbətisinə şərh verməkdən çəkindim. Zira söyüş söymək yeri deyil burası. Ki, burda söyüşün özü belə yetərli olmaz. Belə bir vəziyyətdə deyiləcək sözləri, işlədiləcək ifadələri, tənqidi yanaşmaları, hətta söyüşləri belə, bəşəriyyət hələ kəşf edə bilməyib. Bu qədərini, yəni bir millətin faciələrnin, bir dövlətin komikliyinin bu boydasnı özündə ehtiva edən obrazları, nə Şekspir öz əsərlərində, nə də Molyer öz komediyalarnda yarada biliblər. Nəticə etibarı ilə bu obrazları yalnız Azərbaycanın analoqsiz siyasəti, bu siyasətin yönəticiləri və ilhamvericiləri yarada bilərdilər və yaradıblar. Gerisi isə heç önəmli deyil. Ki, Hacı Məmmədov məsələsindən üzübəri ortalığa çıxan və yaşanan, bir millət adına üzqarası, bir dövlət adna isə, cahanşümul biabırçılıq sayılacaq olayların hər biri ayrılıqda, bir yox, bir neçə iqtidarın siyasi səhnəni birdəfəlik tərk etməsinə, bir yox, bir neçə hakimiyyətin siyasəti ilə bir yerdə əbədiyyətəcən lənətlənməsinə yetər, bir az da artıq qalardı. Amma, nə sirri-İlahidirsə, bunlar hələ də, tərəqqidən dəm vurur, intibahdan söz açır, inkişafdan danışır, utanmadan və usanmadan özlərini tərifləyirlər.
O mənada, indi mənim burdan dünyanın ən antikvar tənqidlərini dilə gətirməmin, qulaqlarn heç duymadığı söyüşlərlə danışmamın da heç bir mənası yoxdir. Onsuz da dəyirman bildiyini eliyəcək və yaranan çax-çax da, elə mənim öz başımı ağrıdacaq. Bu səbəbdən də, sadəcə “TFUUU”- deyib keçmək zorundayam…
Atalar hələ əsrlər öncədən demişdilər axı:
“Özgələrə öyüd verən mollaların özləri … olurlar”
Zakir Həsənov baxın nə deyir hələ:
———————————————————————————————————————————
“FƏRARİYƏ QIZ VERMƏYİN…”
Əli Həsənovun “analoqsuz” özünüifşası…
Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda “Gelandawagen” markalı avtomobil ilə qəza törətmiş Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. N.Allahverdiyev baş nazirin müavini Əli Həsənovun nəvəsidir.
Bügünkü məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, N.Allahverdiyev 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. O bildirib ki, evlidir, ali təhsillidir, əvvəllər məhkumluq həyatı yaşamayıb, həbs olunana qədər işləməyib və hərbi xidmətdə olmayıb. Heç vaxt işləməyən, hərbi xidmətdə olmayan bu gənc, dəyəri yüzminlərlə ölçülən bahalı avtomobildə avtoxuliqanlıq edərkən qəza törədib, 2 nəfərin ölümünə, daha ikisinin isə ağır yaralanmasına səbəb olub.
Xatırlatmaq yerinə düşər ki, Əli Həsənov əslən Füzuli rayonundandır. O Füzulidən ki, elə nail Allahverdiyev anadan olan ili ermənilər tərəfindən işğal olunub və bu gün də düşmən tapdağı altındadır. 20 ildən artıqdır baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini tutan və məhz qaçqınların hesabına oliqarxa çevrilən Əli Həsənov isə nəvəsini hərbi xidmətə göndərmək əvəzinə Bakıda harınlatmaq yolunu tutub. Halbuki, bu riyakar adam, çox da uzaq olmayan keçmişdə – elə bu ilin mart ayında belə bir açıqlama ilkə çıxış etmişdi:
“Bu gün elə dövrə gəlib çatmışıq ki, yalnız milli ruhda böyümək kifayət etmir. 2014-cü ildə məcburi köçkün uşaqlarının hərbi təhsil alması ilə bağlı araşdırma apardıq və nəticədə xoşagəlməz mənzərə ilə qarşılaşdıq. Bütün işğal olunmuş rayonlardan hərbi ali məktəblərdə cəmi 30 gənc təhsil alırdı. Bu barədə prezidentə məruzə edərək nəticələrin aradan qaldırmaq üçün icazə istədik. Təhsil Nazirliyi ilə birlikdə görüş keçirildi. Hətta məcburi köçkün ailələrinə müraciət etdim ki, hərbi xidmətdə olmayan və fərarilik edənlərə qız verməyin. Sənin torpaqların işğal olunubsa və sən hərbi təhsil almaq istəməyib fərarilik edirsənsə, bu, yolverilməzdir. Türkiyədə vətənpərvərlik sevgisi çox böyükdür. Odur ki, gözəl nümunə yanımızdadır. Bu gün ölkədə fərariliyin səviyyəsi aşağı düşüb. Ən qeyrətli və vicdanlı oğullarımız şəhid olur”.
Ə.Həsənovun bu açıqlamasında cəmi bir neçə ay sonra məlum oldu ki, şəhid olan və olmağı göz önünə alan “qeyrətli və vicdanlı” oğullar arasında, nə işdisə onun öz yaxınları yoxdur.
Üstəlik, başqalarına hərbi xidmətdə olmayan və fərarilik edənlərə qız verməməyi tövsiyyə edən Əli Həsənov, özünün harın və fərari nəvəsinə hətta bir general qızını almaq həvəsinə də düşüb və buna nail olub. Bu 23 yaşlı fərari və harın gəncin qayınatası isə, Azərbaycan dövlətinin sərhədlərinin müdafiəsindən sorumlu olan DSX rəisindən bir başqası deyil…
Belə riyakar, xalqdan uzaq, milləti və dövləti qazanc mənbəyi kimi görən adamların yuxarı başlarda oturduğu bir ölkə öz torpaqlarını işğaldan azad edə bilərmi?…