Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

HACI ƏBDÜL NƏ DEDİYİNİ BİLMƏYƏ BİLƏR, BƏS … ???!!!

Sərdar ƏLİBƏYLİ

DÖVLƏT İŞİ MƏSƏLƏYƏ DÖVLƏTÇİ VƏ DÖVLƏT ETİKASINA UYĞUN YANAŞMA TƏLƏB EDİR !!!

 

Xeberinfo.com:   Hacı Əbdülün müsahibəsini oxudum və bi şeyə də diqqət elədim ki, bu müsahibəni ortalama 10 min civarında adam oxuyub. Bəribaşdan deyim ki, mənim “ay aman, qoymayın, Hacı Əbdül də fəallaşır, filankəslər də onun arxasınca aktivləşəcəklər” – filan kimi bir dərdim yoxdu. Zatən onun fəallaşmasından əndişə duymağın özü gerizəkalılıq əlamətidi. Ancaq mənə maraqlı görünən bu müsahibənin mövzusu, orda bəhs olunan personalar və müqayisə edilən personajlar oldu. Əslində bu şəxsin danışdıqlarının yanında “məxfi konspiroloq-ekspert”in söylədikləri lap toya getməlidi.

Ancaq burda başa düşməkdə zorlandığım, qanammadığım ayrı bir məsələ var və o barədə danışmaq istiyirəm. Yaxşı, tutaq ki, Hacı Əbdülün özü, dediyi sözləri, gətərdiyi arqumentləri, ortaya atdığı tezisləri anlamaya, lap elə qanmaya da bilər, adamın zatən öz dediklərini öz qulaqlarının eşitmədiyi, təqdim olunan müsahibənin hər sətirindən çoxaydın şəkildə sezilir, açıqca görsənir. Daha kimi fitvasına gedib, nəyin havasına giribsə… Bəs bu müsahibəni gün işığına çıxaranlara nə olub belə?. Axı, söhbət, tutaq ki,  AXCP sədrinin müavini Gözəl Byramlıdan, ya da, uzun illərdi bu hakimiyyətə müxalif mövqelərdə dayanan Lalə Şövkətdən yox, ölkənin birinci xanımından və fəaliyyətdə olan prezidentin halal-hümmət arvadından gedir. O baxımdan, açıqdan-açığa durub söyləmək ki, ərinin illərlə bacara bilmədiyini arvadı bacaracaq, bu, ya birbaşa, ya da dolayısı ilə, prezidentə qarşı ittiham aktıdı, onu aşağılamaqdı, yerdən-yerə vurmaqdı və də, bunu etmək  üçün isə daha “yaxşı” üslub və daha “ağıllı” stil çətin ki, tapılsın.

Hələ mən, kimin hansı ailədə tərbiyə aldığından, kimin hansı nəsilə, ya da nəsillərə mənsub olduğunu dəfələrlə vurğulamaqdan heç söz belə etmək istəmirəm. Müsahibədən bu sitata diqət edən hər kəs özü bu haqda qənaətə gələ bilər:

 

“H.Əbdül: – Hesab edirəm ki, bu gün Azərbaycanı qlobal dünya siyasəti səviyyəsində irəli apara biləcək yeganə şəxsiyyət varsa, o da Mehriban xanım Əliyevadır. Bu xanım adi bir nəslin nümayəndəsi deyil. Mir Heydər, Mir Cəlal, Nəsir İmanquliyev kimi nəhəng kişilərin nəvəsidir. O, iki böyük nəslin yetişdirməsidir.”

Vəssalam, bu qədər net və bu qədər konkret. Baxmayaraq ki, Azərbaycanda Hacı Əbdülün bu cür açıqlamaları çox da ciddiyə alınmaz, adamlar sadəcə gülüb keçərlər. Ancaq indi internet üzərindən bütün dünyaya yayılan bu cür açıqlamaların, beynəlxalq aləm tərəfindən, həmçinin də, Azərbaycanın və şəxsən İlham Əliyevin bədxahları tərəfindən nə cür interpritasiyada təqdim edilə biləcəyini düşünə bilmək beləmi çətindir?

Korrupsiya, rüşvət və bu kimi neqativ hallarla mübarizə ilə bağlı

suala isə Hacının cavabı, bütün fantaziyaların üstələyəcək formadadır və o qədər konkretlik daşıyır ki, lap adamın ayaqları altından yer qaçır, Buyurun, özünüz baxın:

“H.Əəbdül: – Əvvəla, atalar dediyi kimi, balıq başdan iylənər. Korrupsiyanın kökü aşağıdan yox, yuxarıdan kəsilməlidir.”

İndi kim durub desə ki, ya Hacı Əbdülün özü, ya da bu müsahibəni cəmiyyətə təqdim edənlər başın, ya da başdakının kim olduğundan xəbərsizdilər və ya bu, mücərrəd bir anlayışdı, o zaman mən də burda yaranan kuşkularımı içimdə gömərəm. Yəni, necə deyəllər, “demişəm, deməmiş olum”. Ancaq maraqlı o deyil, məsələ burasındadır ki, bütün bu ifadələr, ibarələr-filan ona görə işlədilir və o nədənlə ortalığa atılır ki, İlham Əliyevi aşağılamaqla, onun xanımını başa çəkmək lazımdı.

Oysa, müsahibənin gerisi daha maraqlıdır deyə, olduğu kimi təqdim etməyi və bir neçə cümlə də onun üzərinə söyləməyi lazım bildim.
” –  Əbdül bəy, konkret hansı səlahiyyətdən söhbət gedir ki? Siz hansı vəzifədə görürsünüz Mehriban Əliyevanı?

– Mən Mehriban xanımı bu gün birinci vitse-prezident, sabah isə prezident vəzifəsində görürəm. Azərbaycanın xoşbəxt gələcəyi onun vitse-prezident və prezident olmasından gedir. Bu, mənim qəlbimdən gələn bir arzudur…

– Yaxşı, deyək ki, sabah Mehriban xanıma dediyiniz vəzifələr verildi. O halda bu xanım Qarabağ məsələsini hansı yolla həll edə bilər bu çox mürəkkəb beynəlxalq situasiyada?

– Mən inanıram ki, Qarabağ torpağı Mehriban xanımın vasitəsi ilə danışıqlar yoluyla azad ediləcək. 25 ildir ki, hər il danışıqlar gedir – hansı nəticəni verir? Yalnız o nəticəni verir ki, arada igid oğullarımız şəhid olur, torpağa gömülür. Ancaq Mehriban xanım hakimiyyətə gəlsə, bu itkilərə son qoyulacaq və torpaqlarımız özümüzə qayıdacaq.
– Bəs xarici güclər imkan verəcək ki, Mehriban xanım asanlıqla həll etsin 3 onlliyin problemini?

– Axı bayaq dedim ki, Mehriban xanımın xaricdə çox böyük nüfuzu var. O, həm nüfuzundan, həm də qabiliyyətindən istifadə edərək Qarabağı azad etdirəcək. Müharibə-filan olmayacaq…

– Hacı, yəni deyirsiz 24 ildir ki, o boyda Heydər Əiyev nüfuzu, üstəgəl 14 illik prezident İlham Əliyev nüfuzu torpaqlarımızın azad edilməsinə şərait yaratmadı, amma bir xanımın nüfuzu sayəsində bu məsələ asanlıqla həll olunacaq? Axı bu, real görünmür?

– Deyir ki, canavar tələyə gəlməzsə, gülləyə gələr. Heydər və İlham Əliyevlər tələ idi, Mehriban Əliyeva isə güllədir…”

 

Adamlar qaliba, artıq dünyanın XXI əsrin əvvəlində yaşadığını unudublar və heç deyilsə, respublika ilə monarxiyanın fərqinə varmaq belə istəmirlər. Sensasiya peşinə düşdüklərindən, ətraf dünyadan xəbərsizdilər sanki. “Konstitusiyalı respublikanın fəaliyyətdə olan prezidentinin xanımı birinci vitse-prezident və arxasınca da prezident olmağa hazırlaşır” anlamına gələn bu cür açıqlamaların gündəmə gətirilməsi, hətta bu cür fikirlər daxildə mövcuddusa belə, ölkənin beynəlxalq münasibətlər sistemində onsuz da çox düşük olan imicinə ölümcül zərbə deməkdı, respublikanın nüfuzunu ayaqlar altına atmaqdı. Əslində hər bir vətəndaşın , nəinki ölkə başçısının xanımını, hətta öz xanımını belə prezident kürsüsündə görmək istəyində heç bir sakınca-filan da yoxdu. Ancaq, elə Hacının özünün də söylədiyi kimi, burda söhbət çağdaş dövlətdən gedir və hər kəs  də ağlına, ya da ağzına gələni danışa bilməz, danışmamalıdı. Hələ-hələ söhbət fəaliyyətdə olan prezidentin ailə üzvlərindən və xanımından gedirsə, həm şəxsi mənada, həm də dövlət adına etik normaları hamı gözləməli, hər kəs də nədən və niyə danışdığının fərqinə vara bilməlidir. O da hardan çıxdı ki, mövcud prezidenti, ya birbaşa, ya da dolayısı ilə, aşağılamaq, bacarıqsızlıqda ittiham eləmək, sətiraltı olsa da, şəcərəsinə və ailə tərbiyəsinə laf atmaq hesabına, onun xanımının barəsində “tost demək” və o xanımı, az qala dünyanın fövqəl adamı kimi təqdim eləmək olar. Belə götürəndə, hətta Mehriban xanımın barəsində son illərdə söyənilən yerli-yersiz tərif və öymələrin hamısı birəbir həqiqət olmuş olsa belə, bu da əslində İlham Əliyevin ən böyük uğurlarından biri sayılmalıdır. Zira, Mehriban xanımın bütün uğurları İlham Əliyevin prezidentliyi sayəsində qazanılıb və bunu da anlamıyanlar, belə publik açıqlamalardan çəkinməlidirlər. Ayıbdı, həm də çox ayıb.

Böyük Çin səddi… Ulu öndər və Azərbaycan nümayəndə heyəti ilə bir arada…

Və son olaraq, açığı, Hacı Ədülün sonda söylədiyi “tələ” və “güllə” söhbətlərindən qəti bir şey qanammadım, kim-kimə tələ qurub, kimi kimə güllə atıb, və ya atacaq, bilmirəm. Ancaq bu yerdə mərhum Heydər Əliyevin məhşur Çin səfərindən bir epizodu xatırlatmaqda yarar görürəm, bəzilərinə dərs olsun deyə. Dövlət ərkanı ilə Çin Səddini gəzməyə çixmış Heydər Əliyevə, o zamam nümayəndə heyətində yer alan Az.Tv.-nin müxbiri belə bir sualla müraciət elədi:

“Cənab prezident, necə bilirsiniz, Siz bu səfər zamanı Böyük Çin Səddini aşa bildinizmi?”

Bir anlıq verilmiş sualdan diksinən kimi olan Heydər Əliyev, bir az da əsəbi şəkildə, əlini yelləyərək:

“Bilirsiniz nə var, mən bura heç bir sədd aşmağa gəlməmişəm”

söylədi və sürətlə müxbirdən uzaqlaşdı. Bilənlər bilir ki, Heydər Əliyevi əsəbləşdirən səbəb nəydi. Bilməyənlər üçün deyim ki, bineyi-qədimdən Çin səddini aşmaq istəyən, buna cəhd edən hər kəs, qədim mədəniyyət beşiyi olan bu Şərq ölkəsində düşmən hesab olunub. Az.Tv.-nin müxbiri əlbəttə ki, bunu bilmirdi (amma bilməyə də borcluydu, ən azından prezidentin protokol xidməti bu haqda heyətdə olan hər kəsi uyarmalıydı – S.Ə.). Ancaq Herdər Əliyev bunu bildiyindən, dostluq səfərinin düşmənçiliyə çevrilə biləcəyindən ehtiyatlanırdı. Zatən, belə şeyləri bilməsəydi, o Heydər Əliyev olmazdı ki. Yoxsa, elə belə, deməyə nə var ki, filan ailə, filan mühit və sair. Dövlət işi məsələyə dövlətçi və də, dövləti etikaya uyğun yanaşma tələb edir, o qədər.




P.S.

Bilmirəm, Heydər Əliyevin bir vaxtlar Hacı Əbdül barəsində dediklərinnən, Hacının bu açıqlamaları arasımda bir əlaqə varmı, amma, hər halda bu süjetə baxıb hər kəs öz qərarını versə yaxşıdı.




P.P.S.

 
Bir ara, hələ rus kanallarının bizdə yayımlandığı vaxlarda, prezident Yeltsinin yanında keçirilən toplantıdan hazırlanmış verilişlərin birində,  Qriqori Yavlinski  ölkə başçısının köməkçisi haqda sözbəsöz belə demişdi :
“Сергей Шахрай засучив рукова, лезить на тронь, при живом президенте”…

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam