Azərbaycanda Dövlət quruluşu -O dəyişir: Şahlıq, yoxsa krallıq?..
(Birinci səthi yazı)
Yenixeber.org: Azərbaycanla bağlı çoxsaylı materialların təhlilləri maraqlı nəticələrdə dayanır. Əksər ölkələr əldə etdikləri açıq və qapalı informasiyalara, məlumatlara söykənərək yeni strategiyalarını hazırlayırlar. Məsələn Azərbaycanda cənab Prezidentin və vitse-prezidentin tövsiyələrilə hazırlanmış strategiyaların ciddi və güclü məntiqi nəticələri ola bilər. Məlumata görə Azərbaycanın yeni strategiyaları Böyük Britaniyanın Kral Sarayında, Londonun Strateji Araşdırma institutlarında, həmçinin Almaniyanın, Fransanın, Amerikanın informasiya və məlumat mərkəzlərində, Afrika və bir sıra ərəb ölkələrinin patlamentlərində müzakirələrə çıxarılacaq. Çünki Azərbaycan “Prezident İdarəçilik Sistemi” öz missiyasını yerinə yetirib. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, hansı dövlətdə və yaxud kimdə informasiya varsa, hakimiyyət və qələbə də ondadır. Məsələn yarım saatlığa internet resurslarını yığışdırsaq, bütün saytlar iflic olar... və s. Demək olar ki, bütün məlumat və informasiyalar biri-birinin təkrarıdır. Özü də kobud və təhrif olunmuş təkrarı... Oğurluq, kötüyü olmayan məlumatlarla, informasiyalarla efirə çıxmaq ən azı özünü təhqir etmək deməkdir. Oğuluq, əsası olmayan yalan məlumatlar baş alıb gedir. Bu informasiya mühalribəsi demək deyil, cənablar. Biz son iki ildə yazılan materiallara nəzər saldıq, araşdırdıq, təhlil etmək istədik, ancaq... hər şey sərhəddə qədər. Ondan o yana keçə bilmədik. Açığını deyim ki, institutlarda, səhiyyə sistemində, mədəniyyət sahəsində... elə bir strategiya
görmədik. Sorğularımızda bir çoxları “strategiya” sözünün mənasını anlamadı(?) Və yaxud bilavasitə dövlət quruluşunu möhkəmləndirmək məqsədilə ölkə başçısına demək olar ki, heç bir strateji layihə təqdim olunmayıb.
Biz çox qəddar, simasını tez-tez dəyişən bir düşmənlə müharibə aparırıq. Mühalribəyə cəlb olunduq, itkilər verdik... Bəs hanı köməyiniz cənablar? Bu gün biz həm də mənəvi müharibələrə cəlb olunmuşuq. Amma bütün bunlardan çıxa bilımirik. Qarşımızdakı sədləri keçə bilmirik... Məsələn, müqayisə üçün deyək ki, bu günlərdə Prezident V.V.Putin RF-da 1270 qeyri-hökumət təşkilatının fəaliyyətini dayandırdı. Məlum oldu ki, bu təşkilatlar son iki il ərzində xarici kəşfiyyat mərkəzlərindən 4 milyard dollar alıb və həmin dövlətlərə xidmət ediblər. Mənə elə gəlir ki, eyni yolu biz də keçirik və bu prosesdə gözləmək, ləngimək ərazidə lokal qarşıdurmalara gətirib çıxaran hadisələr baş verə bilər. Çünki düşmən hələlik salamatdır və həmişə də ölkənin dinclilyini poz bilər. Azərbaycan hələlik tarix qarşıdında, yeni yüzillik qarşısında öz missiyasını tamamlamayıb. Təhlillərimizə görə Azərbaycan 44 günlük müharibədə tarixi qələbəsini əldə etməsəydi, onun bütün sərhədləri dağılmışdı. Fikrimcə Bakı öz missiyasını hələ tamamlamayıb. Onun tarix qarşısında xüsusi və əhəmiyyətli missiyası qalıb. Azərbaycan tutduğu mövqeyə görə İran-İsrail və İran-Amerika münasibətlərində ciddi və əhəmiyyətli bir körpü olmalıdır. Bu onun tarixi missiyasıdır.
Fikrimcə Azərbaycan yeni bir qapının astanasında olacaq. Ölkə dövlət quruluşunu dəyişəcək. O, ya Şahlıq, yaxud Krallıq yoluna çıxmalıdır. Fikrimcə Azərbaycan elə bir yola çıxa bilər ki, o, hər iki strateji yolda qələbə qazana bilər. Regionda ən nəhəng və diqqəti çəkə bilən dövlət kimi formalaşa bilər.
Azərbaycanın Krallıq və yaxud Şahlıq kimi tarixə daxil olması üçün onun bütün dövlət atributları var. Onun həm Xəzər dənizinə, həm də Fars körfəzinə çıxış qapıları var. BU baxımdan onun ərazilərində hərbi bazaların qurulması da onun hərbi qüdrətinin artırılması üçün də önəmlidir.
Məlumata görə Azərbaycanda “Şahlıq, yoxsa Krallıq” kimi sorğulara görə referendumların keçirilməsi məqsədəuyğun bir hal olacaq. Hazırda Azərbaycanla bağlı dünyanın əsas kəşfiyyat mərkəzlərində, kartoqrafiya institutlarında araşdırmalar aparılır. (Biz ad çəkmirik).
Məlumata görə, ABŞ-ın ən məşhur və tanınmış Strateji Araşdırmalar Mərkəzlərində fəaliyyət göstərən tədqiqatçılar arasında “hökumətə” və bilavasitə dövlətə inamsızlıq göstərən politoloqlar arasında çaxnaşmalar var. Çünki keçmiş İttifaqla bağlı araşdırma nəticələrinin 49 faizi özünü doğrultmur. Məsələn, Azərbaycana gəlincə, Pentaqon general və admiralları Bakı ilə bağlı açıqlamalarında iddia edirlər ki, Azərbaycan yenidən parçalana bilər. Zənnimcə bu o vaxt mümkündür ki, ölkə başçısı ilə, vitse-prezident arasında bağlılıq qırılsın.
Yaddan çıxarmayaq ki, həm daxili və həm də xarici düşmənlər məhz bunun üçün artıq yola çıxıblar. Amma bu mümkün deyil. Yalan, uydurma, münasibətlər üstündə qurulan məlumatlarla kimi isə aldatmaq olar, amma dövləti və yaxud hakimiyyəti aldatmaq olmaz. Yalanla, iftira və böhtan dolu məlumatlarla irəli getmək mümkün deyil. Öz kəndini, obasını, elini, nəhayət qanını, genetik bütövlüyünü tanımayan, iki-üç sözü düzüb danışa bilməyən... Vətənindən, ən azı auditoriyasından xəbərsiz olan siyasətçiləri, politoloji düşüncə sahinlərini efirə çıxarmaq, onlara ekran saatı vermək həqiqətdən uzaqdır və bu ən azı həmin telekanallara hörmətsizlikdir.
Mən soruşuram: - Sizin (telekanallara) reytinqinizdən xəbəriniz varmı? Siz kimə, kimlərə və hansı qruplara işləyirsiniz? Sizin auditoriyanızın qapıları getdikcə bağlanır. Elə fikrimcə bütün bunlara görə hələ də ermənilərin torpaqlarımızda törətdikləri cinayətləri yüksək kürsülərə çıxara bilmirik. Efirlərimizdə sözün və
düşüncənin məsuliyyəti itib...
Baxın, dünyanın siyasi dairələrində Azərbaycan Dövlətinin gələcək quruluşi ilə bağlı müzakirələr səngimək bilmir. Keçmiş İttifaq respublikalarından fərqli olaraq Azərbaycanın apardığı çoxsahəli beynəlxalq əlaqələr hələ ki, ölkə başçısının davamlı siyasətin nəticəsi olaraq qalır.
Azərbaycan bütüm qazandığı nailiyyətləri qoruyub saxlamlaq üçün, estafet bayrağını kənara verməmək üçün, baş verə biləcək çarpışmalardan salamaq çıxmaq üçün, dövlətini, dövlət başçısını qoruyub saxlamaq üçün var gücü ilə “Düşünmək Strategiyasına” təkan verməlidir. Qələbənin sonu olmadığı kimi, məğlubiyyətin də
sonu yoxdur.
Rövşən Novruzoğlu Vəlizadə:
"Beynəlxalq Terrorizmə və Korrupsiyaya
Qarşı Mübarizə Strateji Araşdırmalar
Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə
fəlsəfə doktoru, professor, politoloq