Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Seçkilər:birinə nöqtəni qoyub, o birinə başlamaq

Shutterstock)
Yenixeber.org: Türkiyə siyasətinin ən təcrübəli şəxsi Recep Tayyip Erdoğanın prezident seçkisinin ikinci turunda qalib gəlməsi faktı sürpriz olmasa da  2014 və 2018-ci il seçkilərində olduğu kimi rəqibiylə arasındakı səs fərqinin yenə 2%-i keçməməsi sürpriz olduğu qədər  ölkə demokratiyası baxımından son dərəcə müsbət hadisədir.

Kılıçdaroğlunun “İlk dəfə dövlətin bütün imkanlarından axıra qədər istifadə edildi”,  Ali Babacanın “Bu, qul haqqı yeməkdir” - sözlərini də bir tərəfə qoyub, 29 TV kanalının prezidentliyə namizəd Erdoğanın çıxışını canlı yayımlaması durumu xülaseyi-kəlam şəklində görməyə kifayət edir.

Bəli, 2014-cü ildən bəri namizədlər arasındakı reytinq qayçısının açılmaması Türkiyə demokratiyasının ən böyük qazancıdır: Erdoğan yox, Kılıçdaroğlu seçilsəydi, böyük ehtimalla, fərq daha az olacaqdı və güclü müxalifət faktoru bu dəfə onun başının üstündən asılı duracaqdı. Seçkinin qeyri-rəsmi nəticələrinin  elan edilməsindən sonra dövlət başçısı Erdoğan  meydandakı tərəfdarları vasitəsiylə rəqibinə uğultu göndərməklə qalmayıb yeni hədəfini də açıqladı: İstanbul bələdiyyəsini geri almaq üçün mübarizəyə hazırsınızmı?

Siyasi qeyri-müəyyənliyin aradan qalxmasına İstanbul Birjasında  dividentlər  tavana yüksələrək reaksiya verərkən (nəhəng şirkətlərin dominə etdiyi Birjada ənənəyə uyğun olaraq, günortadan sonra satışlar oldu və ortam sakitləşdi) valyuta bazarı təmkinini qorudu.

İndi gözlər tamamilə cənab Erdoğana çevrilib. Çünki onun diqtə etdiyi və klassik iqtisadiyyatın tərsinə olan pul siyasətinin ölkədəki maliyyə böhranının və makroiqtisadi göstəricilərdəki pisləşməsinin əsas mənbəyi olduğunu içəridə və bayırda hamı dilə gətirsə də dövlət başçısı “Aşağı faiz-aşağı inflyasiya” siyasətindən indiyə qədər  vaz keçməyib. Valyutanın məzənnəsini təzyiq altında saxlamaq üçün banklar məzənnəni valyutanın dəyərinə  indeksləyərək hesab sahiblərinə hər 3 ayda bir müəyyən miqdarda gəlir sunsalar da bunun uzun müddət davam etdirilə bilməyəcəyini banklar da hesab sahibləri yaxşı bilir. Hörmətli Erdoğanın öz nəzəriyyəsi üzərində təkid etməsi ən çox valyutanın məzənnəsini vura bilər-iddialar bu yöndədir. Ancaq, İran Azərbaycanlılarının sözünü borc alsaq, ”Göydə Allah, yerdə Erdoğandan başqa” durumu düzəldə biləcək heç kim görünmür...

Seçkinin birinci və ikinci turu  arasındakı zaman dilimini təhlil edərkən müxalifətin taktiki gedişlərinin işə yaradığını deməliyik. 2 həftə içində edilmiş həmlələr ikinci turda Kemal Kılıçdaroğluna təxminəmn 3. 5% səs gətirdi. Birinci turdan sonra Sinan Oğan ətrafında qoparılan gurultuların sadəcə səs bombasından ibarət olduğunu Erdoğanın reytinqi göstərdi. Qeyri-rəsmi nəticələrin açıqlanmasından sonra əvvəlcə Kılıçdaroğlu, sonra Akşener, sonra Babacan və Davutoğlunun çıxış edərək mübarizə meydanını tərk etməyəcəklərini bildirmələri, Kılıçdaroğluna səs vermiş 25. 5 milyon tərəfdar kütləsi üzərində müsbət təsir yaratdı. Mesajlar düzgün olduğu qədər sərrast idi: Recep Tayyip Erdoğanın şəxsi reytinqinə rəğmən ölkə əhalisinin yarısı onun hakimiyyətinin davamını istəməmişdi.

10 aydan sonra bələdiyyə seçkisi keçiriləcək və cənab Erdoğan kimi müxalifət də mayın 28-də axşam əslində bələdiyyə seçkisinə hazırlığın startını verdi. İndi ölkənin qarşısında duran əsas sual bundan ibarətdir: iqtisadiyyatın durumunu düzəltmək üçün radikal addımlar atması lazım olan prezident Erdoğan bələdiyyə seçkisinə gedən yolda İstanbul və Ankaranın bələdiyyə sədrlərinin  məhkəmə vasitəsiylə və ya daxili işlər nazirinin əmriylə vəzifələrindən uzaqlaşdırılmasını istəyəcəkmi?

Seçki təbliğatı dövründə Kemal Kılıçdaroğluna əllərindən gələn dəstəyi verən  İmamoğlu və Yavaşın vəzifədən uzaqlaşdırılması Erdoğana və AKP-yə nə qazandırar, uzaqlaşdırmaması nələrin itirilməsinə səbəb olar? Keçən ilin dekabrında məhkəmənin Ekrem İmamoğluya həbs cəzası verməsi onun  prezidentliyə namizədliyinin irəli sürülməsinə  mane olmuşdu. Bələdiyyə seçkisinə gedən yolda İmamoğlunun  vəzifədən uzaqlaşdırılması faktını  `Millət İttifaqı` öz lehinə çevirə bilərmi? Əmin olun ki, mən bu sətirləri yazdığım vaxtda cənab Erdoğanı da `Millət İttifaqı`nı da ən çox məşğul edən məsələlərdən biri də bu idi. Müşahidələr əsasında bunu demək mümkündür ki, `Millət İttifaqı`nın dağılmaması halında 2024-cü ilin martında keçiriləcək bələdiyyə seçkisindən qalib çıxmaq imkanı daha real olacaq...

Seçkinin qeyri-rəsmi nəticələrinin açıqlanmasından sonra növbəti seçkinin planlarını cızmaq Türkiyə demokratiyasının   kateqorial özəlliyidir...

Mayis Əlizadə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam