Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nəqliyyat Yolları Avrasiyanı Şəkilləndirir -ANALİZ

Yenixeber.org: Nəqliyyat yolları Avrasiya bölgəsini şəkilləndirir, ölkələr nəqliyyat layihələrində iştiraka iddialıdırlar, çünki bununla həmin ölkələrin strateji əhəmiyyəti və gəlirləri artır. Avrasiyada nəqliyyat şəbəklərinin mütləq əksəriyyəti Çindən başlanır və ya başlanacaq. Azərbaycan da “İpək yolu”nun üzərindədir. Zəngəzur dəhlizinin əhəmiyyəti də bundadır.

Nəqliyyat yollarıyla bağlı Mərkəzi Asiya ölkələrinin liderləri arasında dialoq genişlənib. Türkmənistan prezidenti Sərdar Berdıməhəmmədovun bugünlərdə Tacikistana səfəri və tacik həmkarı İmaməli Rəhmanla danışıqları nəqliyyat mövzularıyla bağlı idi. Aşqabad Düşənbəyə Türkmənistanın Xəzər dənizindəki limanlarına çıxmaq təklifini verib. Türkmənistan Tacikistanla yeni nəqliyyat koridoru da yaratmaq istəyir.  Dövlət başçıları Düşənbədə 23 sənədə imza atıblar. Liderlər Asiya, Avropa və Yaxın Şərqi birləşdirəcək ortaq infrasturkturun yaradılmasının vacib olduğunu bildirilər. Bu o deməkdir ki, Türkmənistan, və Tacikistan 3 qitəni birləşdirəcək nəqliyyat yollarının öz ərazilərindən keçməsinə ümidlidirlər. Onlar buna görə də əvvəlcə iki ölkə arasında ortaq infrasturkturları formalaşdırmağa çalışırlar. Türkmənistanın və Tacikistanın okeanlara birbaşa çıxışı olmadığından hər iki dövlət Xəzər dənizinin imkanlarından istifadə edəcəklər. Bu mənada Türkmənbaşı limanının əhəmiyyəti artıb.

Azərbaycan da Türkmənistanla Tacikistan arasında nəqliyyat laiyhələrinin icrasına maraq göstərir. Çünki həm Türkmənistan, həm də Tacikistan Xəzər üzərindən Avropaya Azərbaycan üzərindən çıxa bilərlər. Bu iki dövlət məhsullarını Bakı-Tbilisi-Qars dəmiryolu ilə çatdıra bilərlər. Azərbaycanın həm Türkmənistan, həm də Tacikistanla sıx münasibətləri var. Azərbaycan prezidenti İlham Əliyevin bir müddət əvvəl Tacikstana rəsmi səfəri zamanı ortaq layihələr müzakirə olunmuşdu.

Türkmənistanın Tacikistanla əlaqələri genişləndirməkdə başqa marağı da var. Türkmənistandan Çinə uzanacaq qaz boru xətti Tacikistandan keçəcək. Türkmənistan bu boru xətti ilə Çinə ildə 25-30 milyard kubametr qaz nəql etməyi planlaşdırır. Ancaq bu planın reallaşmasında problemlər mövcuddur. Boru xətti Tackistanın dağ ərazilərindən keçməlidir. Çinin “CNPC” neft-qaz şirkəti 2014-cü ildə Tacikistan şirkəti ilə birgə müəssisənin yaradılmasıyla bağlı saziş imzalayıb. Ortaq şirkət Tacikistan ərazisində tikinti işlərini aparmalıdır. Şirkət uzunluğu 63 kilometr olan 42 dağ tuneli inşa etməliydi. Şirkət indiyənə qədər yalnız bir tunel inşa edib, işlər ləng gedir. Bu durum Çini və Türkmənistanı narahat edir. Ona görə həm Aşqabad, həm də Pekin Tackistanı tələsdirməyə çalışırlar. Bu mövzu mayın 17 və 18-də işə başlayacaq “Çin-Mərkəzi Asiya” liderlərinin sammitində də müzakirə olunacaq. Çində keçiriləcək sammitdə Pekinin Mərkəzi Asiya ilə əlaqələrinin genişlnməsinə xüsusi diqqət ayrılacaq.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam