Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Həm tərəfdaşdılar, həm də rəqib -ANALİZ

 Yenixeber.org: Rusiya imperiya sərhədlərini bərpa etməyə çalışsa da, iqtisadi gücü zəifdir. Rusiya iqtisadiyyatı yalnız enerji resurslarının istismarı və satışı üzərində formalaşıb. Halbuki, dövlətlərin gücü iqtisadiyyatlarının hər sahəsinin inkişafıyla və müxtəlif dövlətlərlə ticarətlərinin həcmi ilə ölçülür. Misal üçün Amerika Birləşmiş Ştatları ilə Çin arasında ticarət mübadiləsinin illik həcmi 700 milyard dollardır. Çinin yüzlərlə şirkəti ABŞ-ın fond birjasında qeydiyyatdan keçib. Çinli gənclərin Amerika universitetlərində təhsil almağa üstünlük verməsi də faktdır. Halbuki, ABŞ-la Çin arasında siyasi zəmində dərin fikir ayrılığı var. Ancaq bu iki böyük ölkə arasında ticarət əlaqələrinə mane olmur.

ABŞ-ın maliyyə naziri Canet Yellen iki ölkə arasında siyasi və təhlükəsizlik mövzularında dərin fikir ayrılıqlarına baxmayaraq, iki böyük ölkənin ticarətdə və qlobal problemlərin həllində əməkdaşlığının vacib olduğunu bildirib. Amerikalı ekspertlər bu açıqlamanı Vaşinqtonun Pekinə müsbət mesajı kimi dəyərləndirirlər. Vaşinqton Pekinə iqtisadiyyatda əməkdaşlığı və sağlam rəqabəti genişləndirməyi təklif edir. Bu məqsədlə ABŞ-ın maliyyə naziri Çinə səfər edib əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.

Belə olan halda ABŞ Çinə qarşı bəzi istiqamətlərdə niyə iqtisadi sanksiyalar tətbiq edir? Bu ABŞ-ın öz məhsullarını qorumaq məqsədilə həyata keçirilir. Pekin bu məsələdə fərqli düşünür. Pekin hesab edir ki, ABŞ sanksiyalar vasitəsilə Çinin irəliləməsinin qarşısını almağa çalışır. Sanksiyalar Çinin ona gərəkli olan texnologiyaları Amerikadan oğrulamaq yolu ilə əldə etməsiylə də bağlıdır. ABŞ-da hər il oğurluqla bağlı xeyli çinli xəfiyyə həbs olunur. Buna görə də Vaşinqton 2017-ci ildən başlayaraq Çinə qarşı sərt sanksiyalar qəbul edib.

Çinin hər sahədə uğur qazanmasına baxmayaraq, bu ölkə texnologiyalar sahəsində ABŞ-dan geri qalır. ABŞ iqtisadiyyatı müxtəlif problemlərə baxmayaraq, dünyada liderliyini qoruyur. Pandemiya bitdikdən sonra Amerika iqtisadiyyatında inkişaf artıb. Çin iqtisadiyyatı 1980-2010-cu illər arasında hər il 10 faiz artıb. Bu Çində yaşayan insanların həyat standartlarına müsbət təsir edib. Buna baxmayaraq, Çində işsizlik problemi davam edir, əhali qocalır, əmək məhsuldarlığı yüksək deyil. Vaşinqtonda hesab edirlər ki, Çin mövcud iqtisadi problemləri təkbaşına həll edə bilməyəcək.

Beləliklə, Donald Trampdan fərqli olaraq Co Bayden administrasiyası Çinlə iqtisadi sahədə əməkdaşlıqdan imtina etmir. Vaşinqton ABŞ-a ixrac olunan Çinin ucuz məhsullarında maraqlıdır. Amerikalı iqtisadçılar bunu inflyasiyanın qarşısının alınması aləti kimi dəyərləndirirlər. Buna baxmayaraq, Çinin bölgədə artan hərbi gücü və Tayvan ətrafındakı vəziyyət iki ölkə arasında iqtisadi əlaqələrə mənfi təsir edə bilər.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam