Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

Moldovadan sonra sıra bizə gələ bilərmi? –TƏHLİL

 

Moldova prosesi xeyli narahatlıq doğurur. Hər nə qədər özünün tarixi arxaplanı olsa da və regional dinamikalardan qaynaqlansa da Moldova prosesinin Cənubi Qafqazla kəsişdiyi müstəvi də var. 

Yenixeber.org: Ukrayna və Moldova kimi Azərbaycan və Gürcüstanın da KTMT və NATO arasında rəsmi şəkildə bölüşdürülməsi tamamlanmayıb. GUAM ölkələri kimi də adlanan bu 4 ölkə iki hərbi blok arasında boz zona sayılır. 

Rusiya bu və ya digər şəkildə GUAM dördlüsünün hər birinə qoşunlarını yeridib. Məqsəd bəllidir: Rusiya bu ölkələrin rəsmi olaraq NATO-ya keçidinə imkan vermək istəmir. Rusiya “qismən işğala qarşı hərbi blokun seçilməsinə imkan verməmək” strategiyası ilə hər dörd ölkədə statuskvonu qoruya bilib. Ancaq 17 dekabr 2021-ci ildə Rusiya ultimatum yayımlayaraq Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının özünün nüfuz bölgələri kimi tanınmasını tələb etdi, tələbi qəbul olunmadıqda Ukraynada müharibəyə başlayaraq bunu güc yoluyla təmin etməyə çalışdı. 

 

Rusiyanın bu addımından dərhal sonra da Amerikanlar Şimali Avropada neytral qalan Finlandiya və İsveçin rəsmiləşdirilməsinə başladı. Əgər böyük güclər bu münaqişənin sonunda arada qalan bütün neytral bölgələrin bölüşdürülməsini tamamlamağı nəzərdə tutursa… Azərbaycan da neytral ölkədir. Demək ki, bu “rəsmiləşdirmə” mübarizəsi bizim regionu da gözləyir. Məncə, Rusiyada hər kəs başa düşür ki, Şərqi Avropadakı nüfuz bölgəsi əldən çıxdıqdan sonra sıra Cənubi Qafqaza gələcək. 

Bir sözlə, Ukraynadan sonra, hadisələrin Moldovaya da sıçraması bizim region üçün çox ciddi həyəcan siqnalı olacaq. 

Şərqə Baxış Analitik Mərkəz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam