Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Putin və Medvedyevin qorxusu -ŞƏRH

Avropa Parlamenti və NATO Parlament Assambleyası tərəfindən terroru himayə edən dövlət kimi tanınan Rusiyanın rəsmi şəxsləri yenə bəşəriyyəti məhv etməklə hədələməyə başlayıblar.
Yenixeber.org: Bu haqda politoloq Xaqani Cəfərli Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin “İzvestiya” qəzetində dərc olunan “Geri dönüşü olmayan nöqtələr” başlıqlı məqaləsini şərh edərkən bildirib:
Avropa Şurası Parlament Assambleyası tərəfinən terrorçu rejim kimi tanınan Rusiya hakimiyyətinin əsas təmsilçilərindən keçmiş prezident, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedyev “İzvestiya” qəzetində dərc olunan “Geri dönüşü olmayan nöqtələr” başlıqlı məqaləsində yenidən bəşəriyyəti məhv edə biləcəkləri ilə hədələyib. İstənilən imperiyanın dağılan zaman dünyanın yarısını öz xarabalıqları altında basdırdığı haqqında heç bir tarixi əsası olmayan, uydurma bir fikir irəli sürən Medvedyev yazır: “Apokalipsis. Tüstülənən dağıntılar radiasiya yaymağı dayandırana qədər, keçmiş həyat əsrlər boyu unudulmalı olacaq”.
Medvedyevin belə bir məqalə ilə çıxış edərək, yenidən bəşəriyyəti dünyanın nüvə külünə qərq olunacağı ilə hədələməsi təsadüfi deyil. Ukraynaya qarşı müharibənin bir ili tamam oldu və nəticələr Rusiya üçün faciəlidir. Rusiya çox ağır itgilər verməkdədir. Ağlı başında olan hər kəs anlayır ki, Rusiya “qan” itirməkdən ölmək üzrədir. Rusiyanın uzun müddətli mühibəyə cəlb olunacağı halda “qan” itirməkdən öləcəyi haqqında təxminən bir əvvəl yazmışdım.
Medvedyevdən bir gün öncə isə Avropa Şurası Parlament Assambleyası tərəfinən terrorçu rejim kimi tanınan Rusiya hakimiyyətinin başçısı Putin “Moskva. Kreml. Putin” adlı televiziya proqramına müsaibəsində deyib ki, Qərbin əsas məqsədi Rusiyanı dağıtmaqdır. Putin bildirib Rusiya dağılacağı halda rus xalqı mövcudluğunu qoruya bilməyəcək və öz kimliklərinə malik yeni millətlər yaranacaq.
Bir il öncə Ukraynanın “demilitarizasiya” və “denazifikasiya” məqsədi ilə başladılan “Xüsusi hərbi əməliyyat” adlı müharibənin Rusiyanın özü üçün faciəyə çevriəcəyini dünyada və Azərbaycanda çoxları təsəvvür belə edə bilmirdilər.
Qərb ölkələrinin və onların “satellitləri”nin dünya əhalisinin yalnız 15 faizini təşkil etdiyini, özlərinin isə daha çox olduğunu olduğunu yazan Medvedyev anlamır ki, bəşəriyyəti təhdid etdikləri nüvə külünün altında həmin çoxluq da qalacaq. Çoxluq dedikdə Medvedyev Çin və Hindistanı da aid etdikləri mücərrəd birlik nəzərdə tutulur. Çin və Hindistanın Rusiyanın avanturasının qurbanı olmağa hazır olmasını düşünmək üçün insan normal düşünmək qabliyyətini itirməlidir. Putin və Medvedyevlərin bu sayıqlamalarının yalnız bir səbəbi var: Qorxu.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam