Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putinin şah gedişi:saraydaxili “çevrilişi”in pərdəarxası

 

Kreml liderinin hökuməti istefaya göndərməsi, parlamentə yeni səlahiyyətlər verilməsi təklifi hakimiyyətini uzatmaq kimi şərh edilir; Eldar Namazov: “O, nəzarət üçün yeni konfiqurasiyasını qurmalı idi”

Yenixeber.org: Rusiya prezidenti Vladimir Putin ilin-günün bu vaxtında, şaxtalı Moskvada ölkəsinin “buz bağlamış” siyasi gündəminin donunu açdı. Onun konstitusiyaya dəyişikliklər təklifindən bir neçə saat sonra hökumətin istefaya getməsi Rusiya siyasətini qaynar qazana çevirdi.

Əgər referendumda xalq təsdiqləsə, prezident hakimiyyəti qismən parlamentə keçəcək. Putin dördüncü səlahiyyət müddəti başa çatdıqda 2024-cü ildə istefa verəcək.

Ancaq onun bundan sonra özünə yeni rol axtara biləcəyi və ya pərdə arxasında iqtidarı ələ ala biləcəyi barədə fərziyyələr var.

Putin parlamentə illik müraciətində dəyişiklik planlarını irəli sürüb. Gözlənilmədən baş nazir Dmitri Medvedyev hökumətin dəyişiklikləri asanlaşdırmaq üçün istefa etdiyini açıqlayıb. Rusiya lideri parlamentin hər iki palatasında çıxışı zamanı hakimiyyəti prezidentlikdən parlamentə keçirəcək dəyişikliklərə dair ümumxalq səsverməsi olacağını söyləyib.

Konstitusiya islahatları parlamentin aşağı palatasına, Dövlət Dumasına, baş nazir və kabinetin təyin edilməsi üçün "daha böyük məsuliyyət" verilməsini özündə ehtiva edir.

Çünki indi prezident baş naziri təyin edir və Duma qərarı təsdiqləyir. Medvedyev hökumətin qərarını dövlət televiziyasından elan edərkən prezident Putin onun yanında oturub. “Bu dəyişiklər qəbul olunduqda ... təkcə konstitusiyanın bir sıra maddələrinə deyil, hökumətin bütün güc strukturlarına - icra hakimiyyətinə, qanunverici hakimiyyətə, eləcə də məhkəmə hakimiyyətinə əhəmiyyətli dəyişikliklər olacaq”. Putin Medvedyevdən özünün başçılıq etdiyi Milli Təhlükəsizlik Şurası rəhbərinin müavini olmasını istəyib.

Prezident daha sonra baş nazir vəzifəsinə vergi xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyini irəli sürüb.

Beləliklə, bütün hökumətin istefası xəbəri böyük sürpriz olub. Kabinetə daxil olan nazirləri belə bundan xəbərsiz olublar.

Bir anlıq bu, 1990-cı illərin Rusiyasına, eks-prezident Yeltsinin baş nazirləri corablarını dəyişirmiş kimi asanlıqla dəyişdirməsinə oxşadı.

Fəqət, Putin Yeltsin deyil, bu addım öz hakimiyyətini gücləndirmək və uzatmaq üçün daha böyük planın bir hissəsi kimi görünür.

Putin 2024-cü ildə prezident postundan getməlidir, lakin onun bundan sonra nə edəcəyini proqnozlaşdırmaq çətindir. Amma vaxt keçdikcə və 2024-cü il yaxınlaşdıqca, Putinin varis məsələsinin daha ciddi problem halına gələcəyini görəcəyik. “NBC”yə müsahibəsində Putin demişdi ki, 2000-ci ildən bəri özünə varis axtarır və hələ də buna müvəffəq olmayıb

“Exo Moskva”nın təhlilçisi Kiril Roqovun şərhinə görə, hakimiyyət Federasiya Şurası, Duma və Dövlət Şurası arasında bölüşdürüləcək. “Qismən Çin dizaynına bənzəyən bu dizayn Putinə öz aralarında rəqabət aparan bütün potensial varisləri irəli sürərək, qeyri-müəyyən müddətə faktik nəzarəti əlində saxlamağa imkan verəcək.

Ancaq əvvəllər yazdığım kimi, partiya diktaturası 21-ci əsrdə məhsuldar avtoritar bir model deyil. 20-ci əsrdə partiya diktaturaları vətəndaş, anti-müstəmləkə müharibələri və hərəkatlardan doğub və sonra ənənənin gücünə söykənib”, - Roqov belə yazır.

Vaxtilə Medvedyevdən müsahibə alan azərbaycanlı jurnalist Faiq Hüseynov bildirib ki, komandadaxili rakirovka indi hər yerdə qəbul olunmuş idarəçilik fəndidir: “Medvedyev baş nazir postundan getsə də, siyasi isteblişmentin aparıcı fiqurlarından biri olacaq. O, “Vahid Rusiya” Partiyasının sədridir.

Medvedyevin Rusya Təhlükəsizlik Şurasında prezident Vladimir Putinin müavini olacağı haqda açıqlamalar da mətbuatda yayılıb.  Odur ki, məncə, Medvedyev üçün bu istefa siyasi karyeranın sonu deyil, yeni təzahürüdür. Həm də Rusiya Konstitusiyasına təklif edilən dəyişikliklər fonunda bu heç də zəif sonluq deyil”.

Eldar Namazov ile ilgili görsel sonucu

Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Eldar Namazov Rusiyada baş verənləri şərh edərkən vurğuladı ki, Putin əvvəlcə konstitusiyadakı qadağanı aradan götürmək üçün müvəqqəti baş nazir olmuşdu, Medvedyev prezident kürsüsünə qalxmışdı: “İndi isə qarşıdan 2024-cü il gəlir. Ondan sonra Putin prezident kürsüsündə qala bilməz. Ona görə keçid əməliyyatına başlamalı idi. O, idarəçilikdə təsirlərini saxlamaq, nəzarət etmək üçün yeni konfiqurasiyasını qurmalıdır. Ona görə də gələcəkdə prezident statusuna malik olmasa da, işlərə rəhbərlik etməyi planlaşdırır. Belə demək olarsa, Qazaxıstan variantına getdi. Nazarbayev istefa versə də, proseslərə təsir edir, qərarların qəbulunda rolu var. Putin də rus variantını axtarır və mahiyyətcə eyni gedişatdır”.

E.Namazovun sözlərinə görə, Rusiya variantı Qazaxıstan modelindən fərqlənməlidir: “Hakimiyyətin qolları arasında səlahiyyətlərə yenidən baxmaq, təzə qurumlar yaratmaq lazımdır. Hələ bilmək olmaz ki, Putinin son qərarı nədən ibarət olacaq. Amma son baş verənlər Putinin imkanlarını genişləndirir. Onun Dövlət Şurasının fəaliyyətini gücləndirmək və qanunlarda əxz etdirmək ideyası o deməkdir ki, Putin üçün ehtiyat aerodrom həmin qurum olsun. Hətta bununla bağlı yeni qanunlar qəbul oluna, Dövlət Şurasının səlahiyyətləri genişləndirilə bilər”.

Politoloqun fikrincə, başqa variant da mövcud idi: “Rusiya və Belarusun birləşməsi planı var idi. Putin birləşmiş yeni dövlətin rəhbəri seçilsəydi, konstitusiyanı pozmurdu. Amma bu məsələdə Lukaşenkonun müqaviməti ilə üzləşdi. Bütün hallarda Putin Rusiyada manevr imkanlarını saxlayır və son qərarı 2024-ci ildə olacaq”.

E.Namazov güman etmir ki, prezident səlahiyyətlərinin bir hissəsinin parlamentə verilməsi ilə Putin baş nazir olmağı hədəfləyib: “İki dəfə eyni modeldən istifadə etməz. Onun baş nazir olacağını gözləmirəm. İlk dəfə baş nazir olanda məlum idi ki, müvəqqəti haldır. Ancaq Putin üçün indi bu post maraqlı deyil. Digər tərəfdən, baş nazirin vəziyyəti ağırlaşacaq. Çünki Dövlət Dumasının baş nazirin təyinat etməsi prinsipi irəli sürülüb”.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Siyasi şərhçi Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Medvedyev Putinin gənclik dostudur:

“Ancaq rusların məşhur atalar sözlərində deyildiyi kimi, dostluq ayrı, iş ayrı. Putinin prezidentlik müddətinin bitməsinə 4 il qalıb. Putin hakimiyyətdə olduğu illərdə Rusiyanın dağılmasının qarşısını aldı, Çeçenistanı ram etdi, ölkədə siyasi sabitlik yaratdı, üstəgəl bölgədə fəallığını artırdı. Ancaq nə etdisə, Rusiyada iqtisadi inkişafa və insanların rifah halının yüksəlməsinə nail olmadı”.

Politoloq hesab edir ki, Medvedyev baş nazir kimi zəif fiqur idi: “Ona görə də Putin Medvedyev başda olmaqla hökuməti istefaya göndərdi. Putinin daha çevik baş nazirə ehtiyacı var. Çünki Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yanvarın ilk günlərində demişdi ki, Rusiyanın 2019-cu ildə ən böyük uğursuzluğu ümumi daxili məhsulun cüzi artımı idi. Əslində Peskovun açıqlaması baş nazir Dmitri Medvedyevə mesajdır ki, prezident Putin Nazirlər Kabinetinin fəaliyyətindən narazıdır”.(musavat)

Emil SALAMOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam