Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Pəhləvilərin qayıdış nağılı -İranda monarxiyanın bərpası mümkün deyil

Monarxiya Rusiya, Fransa kimi İranın tarixi və siyasi ənənəsinin bir hissəsi olsa da, keçmiş, artıq tarixin arxivinə verilmiş hissəsidir.
Yenixeber.org: XX əsrin əvvəlindən başlayaraq İranda monarxiya köhnəlmiş, mövcud olan bütün ədalətsizliklərlə assosiasiya olunmağa başlamışdı. Azərbaycan xalqının böyük oğlu Sərdari-milli Səttarxanın başçılıq etdiyi Məşrutə hərəkatının hədəfi də ədalətsizliklərə və hüquqsuzluğa, yəni mütləqiyyət rejiminə qarşı yönəlmiş azadlıq hərəkatı idi. Məşrutə hərəkatından sonra İranda baş verən bütün inqilabi proseslərin təməlində ədalət və azadlıq istəyi dayanıb. Feodal monarxiyasının hərbi monarxiya ilə əvəzlənməsi mütləqiyyət rejiminin ömrünü uzatsa da, ona ligitimlik qazandırmadı. Ona görə 1979-cu ildə mütləqiyyət rejimi devrildi və “islami ədalət” vəd edən İslam Respublikası bərqərar oldu.
İslam inqilabının xalqlara və insanlara vəd etdiyi azadlıq və ədalət kağız üzərində qaldı. Bir mütləqiyyət rejimini, monarxiyanı başqa bir mütləqiyyət rejimi, teokratik totalitarizm əvəz etmişdi. Buna görə də İranda yeni inqilab mərhələsi başlayıb. Belə bir zamanda İranın keçmiş şahının oğlu Rza Pəhləvinin Münhen Təhlükəsizlik Konfransında iştirakı müxtəlif söz-söhbətlərə yol açıb. Bu hadisəni hətta Qərbin Rza Pəhləvini İranda hakimiyyətə qaytarmaq, şahlığı bərpa etmək niyyəti kimi yozanlar da var.
Sovet İttifaqı dağılanda Rusiyada da monarxiyanın bərpası fikirləri səslənirdi və bir müddət hətta cəlbedici ideya kimi görünürdü. Lakin kommunist rejiminin formalaşdırdığı “sovet adamı” üçün monarxiya doğma deyil, yad bir şey idi.
Məşrutə hərəkatından başlayaraq inqilabi ideiyaların təsiri, İran İslam Respublikasının təşviqi ilə İranda da monarxiyaya yad, düşmən kimi baxan toplum formalaşıb. Monarxiya İranda Britaniya və ya Yaponiyada olduğu kimi milli özünüdərkinin və özünüidentifikasiyasının mühüm komponenti deyil. Əksinə, monarxiya İranda Fransa və Rusiyada olduğu kimi hüquqsuzluğu, qəddarlığı simvolizə edən keçmişdir. Buna görə Fransa və Rusiyada monarxiyanın qayıdışı mümkün olmadığı kimi, İranda da şahlığın bərpası mümkün deyil.
Harri Kasparovun Münhen Təhlükəsizlik Konfransında iştirakı hansı mənanı daşıyırdısa, Rza Pəhləvinin də səfəri eyni mənanı kəsb edir. Harri Kasparovun dəvət edilməsi Putinin rejiminin beynəlxalq münasibətlərin tərkib hissəsi olmaqdan çıxdığını nümayiş etdirirdi. Rza Pəhləvinin dəvəti də İrandakı mövcud teokratik rejimin beynəlxalq münasibətlərin tərkib hissəsi olmadığının mesajı idi. Münhen Təhlükəsizlik Konfransında iştirak Harri Kasparovun Rusiyada hakimiyyətə gətirilməsi anlamını daşımadığ kimi, Rza Pəhləvinin Konfransda iştirakı da İranda şahlıq rejiminin bərpa olunması anlamına gəlmir.
Qənaətimcə İran cəmiyyətinin və xüsusilə Azərbaycan xalqının almalı olduğu mesaj Münhen Təhlükəsizlik Konfransında kimin itirak edib-etməmsi deyil, ABŞ prezidenti Co Baydenin Varşavadakı tarixi çıxışıdır. Co Baydenin çıxışı azadlığın, demokratiyanın mesajı idi. “Biz qaranlığın deyil, işığın tərəfindəyik. Köləlik deyil, azadlıq” mesajı yalnız Avropa xalqlarına, Rusiya işğalına qarşı azadlıq müharibəsi aparan Ukraynaya deyil, bütün dünyaya yönəlib.
İranın gələcəyini İranda yaşayan xalqların, seçimi və region ölkələrinin bu seçimə münasibəti müəyyən edəcəkdir. İranın gələcəyinin müəyyən olunmasında Azərbaycan, Birləşmiş Ərəb Əmirliyi, İraq Kürdüstanı, Pakistan, İsrail və Ukraynanın təsiri Münhen Təhlükəsizlik Konfransının ev sahibi Almaniya ilə müqayisə edilməz dərəcədə böyük, güclü olacaqdır. Prezident Co Baydenin Varşavada çıxışı zamanı səhnədə yer alan üç dövlət bayrağı ilə dünyaya, xüsusilə bizim regiona verilən mesajı düzgün oxumaq lazımdır.
İranın gələcək mənzərəsini isə İranda yaşayan xalqlar və adları yuxarıda qeyd olunan ölkələr müəyyən edəcək. Bizim, yəni 50 milyonluq Azərbaycan xalqının isə bir şüarı olmalı, gələcəyini bu şüar müəyyən etməlidir: Azadlıq, Ədalət, Milli Hökumət!
Xaqni Cəfərli, politoloq

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam