Leninizm özünü doğrultmadı: YENİ TARİX
Xeberinfo.com: Məni bu mövzunu işləməyə vadar edən iki tarixdə “Xeberinfo.com”saytında getmiş:
1.Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin katibi Ədalət Abdinovun “20 yanvar faciəsinin səbəbkarı Kommunist partiyası yox, Beynəlxalaq imperializm idi”(19.01.2016-cı il),
2.Azərbaycan Kommunist partiyası Marksizm-Leninizm Universitetinin rektoru Ədalət Abdinovun “Kənd təsərrüfatındakı problemi necə həll etməli” (29.02.2016-cı il) kimi çıxışları olub.
İkinci mövzunu “Keçmişə qayıdış...” adıyla 03.03.2016-cı il tarixdə yığcam formada işləyib həmin saytda Ədalət Abdinovun cavabını vermişəm.
Növbəti çıxışımda bir oxucu kimi məni narahat edən Ə.Avdinovun “20 yanvar faciəsi...” ilə əlaqədər axırıncıdan əvvəlki abzasda düzgün olmayan informasiya yaymasına münasibətimi imkanım daxilində bildirməkdir.
Mövzuya keçməzdən əvvəl diqqətə çatdırmaq istəyirəm ki, Ə.Abdinov birinci çıxışında özünü oxuculara Azərbaycan Kommunist partiyasının katibi, ikinci çıxışında isə Azərbaycan Kommunist partiyası Marksizm-Leninizm Universitetinin rektoru kimi təqdim edir. Məni bir də narahat edən onun leninizm ifadəsini marksizmə calaşdırmasıdır.
İndi isə “izm”lərə diqqət yetirək. Bunlar haradan meydana gəlir və bunların insan cəmiyyətinə xeyri nə olub? ”izm” ifadəsi bir neçə qrupda nəzərə carpa bilir.
Faşizm-qatı millətçilik, irqi ayrıseçkilik yayır. A.Hitlerin “Mənim mübarizəm” kitabı həmin mürtəce fikirlərin toplusudur.
İudaizm, yəhudi dini-e.ə. 1-ci minillikdə Fələstində yaranmış din; əsasən yəhudilər arasında yayılmışdır.İ.-ə etiqad edənlərin sayı təqribən 18 milyon nəfərdir (1979). Onların xeyli hissəsi İsraildə və ABŞ-da yaşayır. İ. İsrail dövlətinin rəsmi dövlət dinidir. “Etnik iudaizm” adlanan təlim yəhudi zəhmətkeşlərini öz istismarçılarına məhəbbət bəsləməyə çağırır, onlara passivlik, ətalət hissləri aşılayır. İ.-in müasir ideoloqları...bütün dünya yəhudilərini Fələstinə toplamaq və ərəbləri oradan tamamilə çıxarmaq məqsədi güdən sionizmdən genişistifadəedirlər.
Sionizm-19-cu əsrin sonunda yəhudi burjuasiyasi daxilində meydana gəlmiş mürtəce millətçi cərəyan.
Şovinizm-burjua millətçiliyinin ifrat, mürtəce formalarından biri. Başqa millət və xalqlara nifrət və ədavət qızışdırmağa yönəldilmişdir. “Ş” termini 1831-ci ildə Fransada yazılmış komediyalardan birinin qəhrəmanı-Napoleonun işğalçılıq siyasətinin pərəstişkarı Nikola Şovenin adından yaranmışdır. ”Ş” sözü ilə millətçilik ekstermizminin müxtəlif təzahürlərini ifadə edirdilər.
Və sair...
Bu “izm”lər dünya xalqlarına yaxşı nə vemişdir? Demək olar ki, hamısı eyni ruhda-istismarçılar millətləri bir-biriləri ilə vuruşdurub öz məqsədlərinə çatmaq olub. Lənətə gəlsin bu kimi “izm”lər.
İctimai iqtisadi formasiyalar haqqında. Tarixi vərəqləyəndə aydın olur ki, bəşəriyyət dörd formasiya görüb, beşincisi isə xəyallardadır.
Quldarlıq quruluşu-bəşəriyyət tarixində insanın insan tərəfindən istismarına əsaslanan ilk sinifli ictimai iqtisadi formasiya.
Feodalizm-antoqonist ictimai iqtisadi formasiya;Torpaq üzərində şərti olaraq şəxsi (feodal) mülkiyyət forması və hakim sinifdən (feodallardan) şəxsən və torpaq cəhətdən asılı olan bilavasitə istehsalçıların istismarına əsaslanır.
Kapitalizm-istehsal vasitələri üzərində xüsusi mülkiyyətə və muzdlu əməyin istismarına əsaslanan ictimai iqtisadi formasiya.
Sosializm-kommunizmformasiyasının birinci fazası; istehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanan və xalqın rifahı naminə inkişaf edən ictimai iqtisadi quruluş.
Kommunizm-1.kapitalizm- əvəz edən ictimai iqtisadi formasiya; istehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanır. 2.həmin formasiyanın sosializmə nisbətən daha yüksək inkişaf pilləsi (fazası).
Uuzun müddət üzərində işlənib kəşf edildikdən sonra praktikada özünə inam qazandıran və qazandırmayan iki nəzəriyyə haqqında:
1.Marksizm-fəhlə sinfinin dünyagörüşünü, elmi ideologiyasını, beynəlxalq kommunist hərəkatının nəzəri əsasını, dünyanın dərk olunması və inqilabi yolla dəyişdirilməsi elmini təşkil edən fəlsəfi, iqtisadi və sosial-siyasi baxışların bütöv sistemi.
2.Bolşevizm- beynəlxalq fəhlə hərəkatında inqilabi, ardıcıl marksist fikir cərəyanı V.İ. Leninin yaratdığı yeni tipli proletar partiyasında, bolşeviklər partiyasında təcəssüm edən B. 20-ci əsrin əvvəlində Rusiyada meydana gəlmişdir.
Tarixdən oxuyuruq- Böyük Oktyabr Sosialist İnqilabı-tarixdə ilk qalibiyyətli sosialist inqilabı; 1917-ci ildə V.İ.Leninin başçılıq etdiyi Kommunist partiyasının rəhbərliyi ilə Rusiya fəhlə sinfi ən yoxsul kəndlilərlə ittifaqda həyata keçirmişdilər. Rusiyada Müvəqqəti hökumət oktyabrın 25-də (noyabrın 7-də) devrildiyinə və dövlət hakimiyyəti fəhlə və əsgər deputatları Sovetlərinin əlinə keçdiyinə görə həmin inqilab “Oktyabr inqilabı” adlanır. Oktyabr inqilabı nəticəsində Rusiyada burjaziya və mülkədarların hakimiyyəti devrildi, proletariat diktaturası quruldu,Sovet sosialist dövləti yaradıldı.
Qeyd edək ki, bu dövlət bir insan ömrü qədər də yaşaya bilmədi. Keçən əsrin 60-cı illərindən bünövrəsi laxlamışdı.
Çarizmin təhkimçilik siyasəti kapitalist manufaktura istehsalının inkişafına ciddi mane törətdiyi və Rusiyada kapitalizm 19-cu əsrin 60-80-ci illərində hakim mövqe tutduğu halda və Rusiyanın ətrafındakı ölkələrin feodalizm və kapitalizm quruculuğunun hökm sürdüyü bir dönəmdə 20-ci əsrin əvvəlində Rusiyada oktyabr sosialist inqilabının qələbə çalmasının səbəbləri nə idi?
Milliyyətcə macar və macar vətədaşı olan məşhur sovet kəşfiyyatçı-alim-kartoqraf Rado Şandorun xatirələrindən az bir qisminə diqqət yetirək.
“1921-ci ildə mən, Rosta-Vin agentliyinin rəhbəri kimi, Moskvaya Kommunist İnternasionalının III konqresinə dəvət olundum.
Köhnə, balaca bir parovoz bizim qatarı çəkib sovet sərhəd stansiyası Sebejə gətirdiyi zaman mənim keçirdiyim hissləri qələmlə təsvir etmək cətindir. Qatar taxtadan quraşdırılmış kobud bir tağın qabağında dayandı. Burada üzərində konqres iştirakcılarını bir neçə dildə salamlayan şüar yazılmış iri,qırmızı qumaş parça asılmışdı. Elə hey baxırdım. Axı, mən artıq neçə il idi hədsiz inam və heyranlıqla həsrətində olduğum bu ölkə haqqında düşünürdüm. Onun uğurları və mübarizələri ilə nəfəs alırdım, inanırdım ki, o, parlaq bir nümunə kimi əzilmiş xalqların gələcək taleyinə müsbət təsir göstərəcəkdir.
Sebej stansiyasından sonra bizim qatar ara sıra dayanırdı ki, yaxınlıqdakı meşədən yanacaq ehtiyatı götürək: ölkədə kömür çatışmadığından dəmir yol nəqliyyatı odunla işləyirdi. Sərnişinlərin əksəriyyəti Kominternin III konqresinin nümayəndələri idi. Sovet respublikasının paytaxtına biz mayın ortalarında gəlib çıxdıq...Moskvada camaat kasıb yaşayırdı. Volqaboyunda aclıq idi, yatalaq epidemiyası ölkəni büsbütün bürümüşdü. Hətta konqres nümayəndələrinin qaldıqları “Nasional” mehmanxanasında da xəstələr tapılırdı. Ərzaq çatışmırdı-bizə verilən günorta payı bir dənə siyənək balığından, on ədəd papirosdan, bir də qara çörəkdən olurdu. Mağazaların çoxunun qapısından qıfıl asılmışdı-bizdə proletar inqilabı zamanı Budapeştdə olduğu kimi. Düzü,mən uzaqdan heç təsəvvür etmirdim ki, Moskvada belə qıtlıqdı və vəziyyət ağırdı.
Amma moskvalılar öz işlərində- güclərində idilər, heç nədən gileylənmirdilər, desən hələ cox böyük ruh yüksəkliyi ilə, qəlb atəşilə işləyirdilər. Öz qüvvəsinə hədsiz dərəcədə inam, partiyanın xətti hərəkətini bütünlüklə müdafiə edən kütlələrin əzmkarlığı və nikbinliyi məni heyran qoymuşdu. Kommunist İnternasionalının III konqresinin iclasları keçirilən Kreml sarayında inqilabı ruhun vüsətini mən bütünlüklə duydum, hara baxırsansa, dünyanın müxtəlif ölkələrindən gəlmiş yüzlərlə nümayəndənin şövqlü üzlərini, yanar gözlərini görürdün. Lenin də burada idi. O,aşağı sırada oturub, çıxış edən natiqlərə diqqətlə qulaq asır, dəftərçəsinə qeydlər edirdi.
Budur, Lenin tribunaya qalxır. Onun cıxışı mənə təkcə siyasi kəskinliyi ilə və sanbalına görə güclü təsir bağışlamadı-buna söz ola bilməzdi. Bir də ona görə heyran qoydu ki, Valadimir İliç cıxışını dörd dildə elədi: o, bir neçə saat danışdı, əvvəlcə rus dilində, sonra almanca, fransızca və ingiliscə.
Konqres gedən müddətdə məni bir neçə Avropa dilində çıxan “Moskva” qəzeti redaksiyasının tərkibinə saldılar...Qəzet konqresin dünya kommunist hərəkatının qabaqcadan bir necə illik siyasi platformasını müəyyənləşdirən qərarlarını da vermişdi....
Konqres günlərində mən Sovet dövlətinin bəzi xadimləri ilə, bir cox məşhur adamlarla tanış oldum. Əvvəlcə xalq xarici işlər komissarı Georgi Vasilyeviç Çiçerinin yanına getdim. Çünki Venada bizim nəşr etdiyimiz “Hamıya, hamıya, hamıya” ünvanlı radioteleqramları efirə bu komissarlığın mətbuat şöbəsi hazırlayırdı. Çiçerin məni o zaman Xalq Xarici İşlər komissarlığının yerləşdiyi “Metropol” mehmanxanasında, gecə saat ikidə qəbul etdi (onun qəbul saatları bu vaxt idi). Üstü qalaq- qalaq kağızlarla dolu olan yazı masasının arxasından yorğun bir görkəmdə qalxıb mənə yanaşdı. Və yuxusuzluqdan qzarmış gözləri ilə məni başdan ayağa süzüb:
-Yəni doğrudanmı bizim Venadakı əsas təbliğatçımız sizsiniz?-deyə təəccüblə dilləndi,- Yox, sizin görkəminiz gərək daha sanballı ola. Sizin əsas qüsurunuz budur ki, belə gəncsiniz” –Özünü saxlaya bilməyib ürəkdən güldü.
Keçmiş zadəgən, alim və musiqinin gözəl bilicisi G.V.Çiçerin son dərəcə zəhmətkeş bir adam idi. Deyirdilər ki, Xalq Xarici İşlər Komissarlığı “Metropol” mehmanxanasından Kuznetski mostdakı binasına köçəndə Georgi Vasilyeviçi bir məsələ maraqlandırırmış. Soruşurmuş: “Mənim yazı masamla çarpayımı hara qoyacaqsınız?”. “Metropol”da Çiçerinin çarpayısı yazı masasının yanındaymış”.
Avropadakı 34 dövlətdən 32-si alman və italyan faşizminin tapdağından qurtulmaq üçün bəziləri gənc Sovet Rusiyasına üz tutmuşdu. Həmin qurtulma kəşfiyyatçı Şandor Radonun fəaliyyətində aydın görünür.
İndi isə görək Sovet sosialist dövləti necə yaradılmışdır. Mütləqiyyət xalqı idarə edə bilmir,zəhmətkeş insanlar da idarə edənlərə tabe olmurdu. Marksizmdən kifayət qədər yararlanan V.İ.Lenin də insanlarda özünə qarşı möhkəm inam yaratmış və Rusiyada sosialist dövlətinin qurulmasını zəhmət insanlarına təlqin edə bilmişdi. Ətrafına da G.V.Çiçerin,M.İ.Kalinin,İ.V.Stalin, V.M.Molotov... kimi dövlətə sadiq sağlam əqidəli kadrlar toplaya bilmişdi. Ancaq V.İ.Leninin beyninin icərisində yerləşmiş sirr hələik heç kimə məlum deyildi. O, sosialist inqilabının qələbəsinin çətiri altından çox-çox uzaqlara baxırdı. Həmin sirr Rusiya İmperiyası-cox millətli monarxist silki (kapitalizmə qədərki cəmiyyətlərdə adət, yaxud qanunda təsbit olunmuş və nəsildən-nəsilə verilən hüquqi vəzifələri olan sosial qrup) dövləti (1721-1917) 1721-ci ildə I Pyotrun imperiya elan etdiyi Mərkəzləşdirilmiş Rus dövlətinin əsasında yaranmışı davam etdirmək idi. 19-cu əsrin sonunda ərazisi 22.4 mln kv.km, əhalsi 128.2 mln.nəfər idi. Sirrin davamı da o idi ki, ərazisinin bir hissəsi Uraldan solda- qərb tərəfdə, digər hissəsi sağda- şərq tərəfdə olduğundan iki qitəni -Avropanı və Asiyanı Rusiyanın tabeliyinə necə və vaxt keçirtmək olar.
Onun düşündüyü ikinci dünya müharibəsindən sonra həyata keçsə də VARŞAVA kimi nəhəng hərbi qüvvə çökəndən sonra sosializm blokuna daxil olan ölkələr də bu ictimai quruluşdan imtina etdilər. Bunun köklü səbəbini bir çıxışımda belə izah etmişəm-İnsan dərkini və şüurunu azı min il qabaqlayan sosializm cəmiyyəti düzgün ictimai quruluş olsa da, qanla qurulduğundan, dünya niqyasında rus fövqəldövlət iddiasında olmaq və zorakılıqla prinsipal mövqe tutmaq səbəbindən dağılmalı idi və dağıldı da.
Nəhayət ,Lenin kimdir,onun stixiyası nə olub və leninizm nədir. Bu məsələni aydınlaşdırmaq üçün bir daha marksizm nəzəriyyəsinin qısa təhlilinə qayıdaq. Görkəmli mütəfəkkir Ziqmund Freydin Marks və marksizm haqqında mülahizələri belədir: “ Marks şübhəedilməz avtoritetdir (yəni böyüklüyü hamı tərəfindən qəbul edilən şəxs), lakin dünyanı gözəlləşdirmək-onu dəyişdirmək haqqındakı baxışları “romantik illüziyadan”(yəni olmayanı olan kimi qəbul etmə, səhv təsəvvür) başqa bir şey dyildir. Z.Freyd təsdiq edirdi ki, iqtisadi amillərin insanların psixologiyasına, onların dünya görüşlərinə təsir etməsi haqqında marksizmin fundamental müddəası təksibedilməzdir”.
Z.Freydin “dünyanı gösəlləşdirmək romantik illüziyadan başqa bir şey deyildir” mülahizəsinə qarşı bunu deyə bilərəm ki, əgər Yer kürəsindəki insanlar sülh və ”dəyişilmiş dünya” yaradaraq həmin şəraitdə yaşamaq istəyərlərsə mütləq eyni şüur səviyyəsinə yüksəlməli və millətlərin xilqətləri (Xalqın ruhunun və vərdişlərinin təzahürü) də ortaq məxrəcə gəlməlidir. Dünya gözəlləşməsə, yaxud dəyişilməsə Yer kürəsində insan qalmayacaq, yaşamayacaq. Maksizmi mən hər tərəfli dəstəkləyirəm.
MARKSİZM-fəhlə sinfinin dünyagörüşünü, elmi ideologiyasını, beynəlxalq kommunist hərəkatının nəzəri əsasını, dünyanın dərk olunması və inqilabi yolla dəyişdirilməsi elmini təşkil edən fəlsəfi, iqtisadi və sosial-siyasi baxışların bütöv sistemi.
K.Marks dahidir ona görə ki, kapitalizm cəmiyyətinin hərəkətinin iqtisadi qanunu kəşf etdi. Marksizmin iqtisadi təliminin məğzi kapitalist istismarının sirrini, mexanizmini aşkara çıxaran izafi dəyər nəzəriyyəsidir.
1847-ci əvvəlində K.Marks və F.Engels alman fəhlə və sənətkarlarını birləşdirən Ədalətlilər ittifaqına daxil oldular; onu proletar ideologiyası prinsipləri əıasında ilk beynəlxalq partiyasına- Kommunistlər ittifaqına çevirdilər. Kommunistlər ittifaqı K.Marks və F.Engelsin təklifi ilə proletar beynəlmiləlçiyi prinsipini elan edən və ümumdünya-tarixi əhəmiyyətiə malik olan “Bütün ölkələrin proletarları birləşin!” şüarını deviz kimi qəbul etdi. Fransada 1848-ci il fevral inqilabının başlanması ilə bir vaxtda dərc edilən “Kommunist Partiyasının Manifesti” marksizmin ilk proqram sənədi oldu, proletariatın elmi dünyagörüşünün prinsiplərini elan etdi.
İndi isə aydınlaşdıraq Lenin kimdir, leninizm necə təşəkkül tapmışdı ,nəyi təbliğ edirdi. Lenin həqiqətən qavrayışı dərin, məqsədi uğrunda dönməz mübariz, qarşısındakının nösanlarını görməyi bacaran, dərin təfəkkür sahibi, inandırma, təlqin etmə metodu və stixiyası (qarşısı alınmaz bir qüvvə) dərin,siyasi,iqtisadi elmləri, fəlsəfəni və dialektikanı tam mənimsəmiş bir insan kimi ösünü göstə bilib. Bununla yanaşı özündən güclü olan K.Marksı təqlid ( yamsılama) etmə keyfiyyəti də nəzərə çarpır. Bir qədər dərindən araşdırlsa aydın olar ki, Lenin heç də marksist yox, xalis rus millətçisi olub. O, marksizmdən öz məqsədləri üçün istifadə edib. Leninin stixiyası dünyada ilk sosialist dövlətini yaratmaq və onun çətri altnda I Pyotrun imperiya vəsiyyətini həyata keçirmək olub. Onun mökəm siyasi əqidəsi-stixiyası 128,2 milyon nəfər insan yaşayan, Yer kürəsində gün doğanla gün batan arasındakı iri bir ərazidə öz bəhrəsini verdi. Ancaq bu qələbə keçən əsrin 60-cı illərindən başlayaraq sağalmaz xəstəliyə tutulub sürətlə uçuruma doğru yuvarlanmağa istiqamət götürdü və 90-cı ildə tam çökdü.
Lenin bolşeviklər partiyasını yaratdı. Z.Freydin Leninin yaratdığı bolşeviklər partiyasına münasibəti belə olub: “Marksizmi rus bolşevizmi bədhaxlığa çevirdi, rus bolşevizmi bir ekıperiment tətbiq etdi; o, sözə və təfəkkürə “qadağan” qoymaqla sivilizasiyaya xeyli ziyan vurdu”. V.İ.Lenin K.Marksın elə bir cümləsi olmayıb ki, deyilən mülahizəyə öz sözünü yapışdırıb özününküləşdirməsin. Sovet siyasi ədəbiyyatı Lenini tarixdə marksizmin üç tərkib hissəsini-fəlsəfəni, siyasi iqtisadı, elmi kommunizmin hər tərəfli inkişaf etdirmiş görkəmli mütəfəkkir kimi qələmə veririrdi.
Bəs “Oktyabr inqilabı”nda doğulan Sovet sosialist dövləti hansı səbəblərdən yaşamadı? K.Marks ümumdünya-tarixi əməyyətə malik olan “Bütün ölkəkələrin proletarları birləşin!” şüarını deviz kimi qəbul etmişdi. Ancaq Leninin sosialist inqilabı Yer kürəsində təklənmiş Rusiyada qələbə çala bildi. Bu qələbə 10 milyonlarla insanların məhvinə səbəb oldu. minlərlə azərbaycanlı insan yaşamayan Qzaxıstan və Sibir çöllərinə, Kamçatkaya qədər sürgün edildi...Sovetlər ölkəsi Asiya, Amerika, Afrika və Avropa qitələrində zorakılığla əsaslnan sosialist inqilablarını həyata keçirməyə başladı. İkinci dünya müharibəsindən sonra Polşa Xalq Respublikasında, Almaniya Demokratik Respublikasında və Macarıstan Xalq Respublikasında Sovet imperiyasına qarşı baş qaldırmış üsyanlar amansızcasına yatırıldı. Sovetlər birliyinin Əfqanistanda apardığı müharibə (1979-1989) 10 il davam etsə də orada sosializm dövlət quruculuğu mümkünsüzləşdi. Həmin on illik müharibə sovetlər üçün 13 min nəfərə yaxın insan itkisi ilə başa catdı...
SSRİ imperiyası kapitalist dünyasının gözünə durmuşdu. Hərbi qüvvə ilə onun öhdəsindən gəlmək, onu dağıtmaq mümkünsüz idi. Bu səbəbə görə də onu daxildən dağıtmağın yolunu tapa bildilər. Satqın, kütbeyin, hədiyyələrə aldanan, ölkə daxilində milli məsələni anlamayan M.S.Qarbacov kimisini hakimiyyətə gətirməyi ən münasib vasitə hesab etdilər. Müasir istehsal texnologiyasının, kompüter texnikasının inkişafından və onun istehsalata tətbiqindən geri qalması, enerji daşıyıcılarının Avropaya nəqlinin mümkünsüzləməsi, ABŞ-a kreditor borclarının ilbəil çoxalması, istehsalatın hədsiz tənəzzülü, Kremldəki MK-nın qocalar evinə və ölkə daxilində milli münasibətlərin qırğına çevrilməsi, dövlətin idarə edilməsinin itirilməsi, hakimiyyətin satqınlaşması Sovetlər birliyinin dağılmasına, onun süqutuna gətirib çıxardı.
Ədalət Abdinovun “20 Yanvarın...insanpəvər...haqqın keşikçisi, sülhün, demokratiyanın,azadlığın müdafiəçisi və dayağı SSRİ hökuməti və Sov.İKP ilə,o cümlədən sovet xalqlarının qoruyucusu hüquq və mənafelərinin təminatçısı Sovet ordusu ilə heç bir əlaqəsi yoxdur” kimi məntiqsiz fikir yürütməsinə həqiqətin üzünə düzgün baxmamaqdan başqa nə demək olar?
Ə.Abdinov nə səbəbə başa düşmək istəmir ki, “20 Yanvar faciəsi”ni törədən beynəlxal imperializmə təslim olan Sov.İKP MK-nın satqın liderləri, Sovet hökuməti və onun ordusu olmuşdur.
Sov.İKP MK hansı ölkədəki zorakılıq və işğalçılıq yolu ilə sosializm quruculuğunu həyata keçirməyə çalışıbsa Sovet hökuməti və ordusu onun əlində alətə çevrilib, dagıdıcı silah kimi istifadə olunub. Bu barədə kifayət qədər faktlar mövcuddur.
Onun bir “20 Yanvar beynəlxalq imperializmin özünə qatı düşmən saydığı firavan həyat məkanı (?) sosializmə qarşı məkr,hiylə, fitnə, müxənnətlik planı idi” kimi fikri ilə qismən razıyam.
Cənab Ə.Abdinov anlamalıdır ki, “20 yanvar faciəsi” ona görə baş vermişdir ki, onun leninizmi həyatda özünün inkişaf yolunu tapa və doğrulda bilən düzgün “İZM” deyilmiş.
Quliyev Elxan Sarı o.