Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

Erməni toplumunda daxili savaş güclənir:Paşinyan Vardanyanın İrəvanda peyda olacağından qorxur

Həm Ermənistanda, həm də Azərbaycanın Xankəndi və ətraf bölgəsində baş verənlər erməni toplumunun ciddi parçalanmaya, siyasi qütbləşməyə uğradığını birmənalı şəkildə təsdiqləyir… Üstəlik, bu qütbləşmədə ABŞ və Qərbin Rusiya ilə Cənubi Qafqaz uğrunda apardığı amansız mübarizənin təsiri mövcuddur, erməni toplumunda deqradasiya prosesi həlledici mərhələyə keçə bilər…

Yenixeber.org: Ermənistan cəmiyyətində maraqlı proseslər cərəyan edir. Son vaxtlar erməni toplumunda kifayət qədər ciddi siyasi-psixoloji parçalanma meyilləri müşahidə olunur. Xüsusilə də erməni mətbuatının son vaxtlar keçirtdiyi sosial sorğuların nəticələri Ermənistanın siyasi dairələrində olduqca ciddi narahatlıqlar yaratmağa başlayıb. Və “erməni xəyalları”na Ermənistan cəmiyyətində mövcud münasibətin məzmunu əslində, belə narahatlıqları stimullaşdırır.

Məsələ ondadır ki, nəticələri açıqlanmış rəy sorğularına görə, erməni toplumunda “Qarabağ mövzusu”na münasibət sürətlə dəyişməkdədir. İndi Ermənistan əhalisi arasında “erməni separatçıların müstəqilliyi” və yaxıd Azərbaycan ərazilərinin ələ keçirilməsi ilə bağlı şüarlar o qədər də populyar deyil. Rəyi soruşulanlar hesab edirlər ki, Ermənistanın təhlükəsizliyi və sülh şəraitində yaşamaq imkanlarının təmin edilməsi əsas hədəf olmalıdır. Yəni, social-iqtisadi problemlərlə üzləşən Ermənistan əhalisi hazırda erməni separatçılardan daha çox öz gələcək taleyindən narahatdır.

2b76e4d189a0fd6d58d12f09b4eea6ff.jpg (158 KB)

Təbii ki, Ermənistan cəmiyyətinin revanşist-radikal çevrələri sosial baza itkilərini həzm etməkdə çətinlik çəkirlər. Onlar “Qarabağ mövzusu”ndan geri çəkilənləri az qala milli xain kimi qəbul edirlər. Paşinyan hakimiyyətini Ermənistan cəmiyyətinin deqradasiyaya uğradılmasında, erməni toplumunda ümidsizliyin möhkəmləndirilməsində siçlayırlar.

Nə qədər qəribə də olsa, erməni toplumunda hətta Fransanın avanqard mövqedə olduğu Avropa Birıiyinin Ermənistanı düşdüyü vəziyyətdən çıxara biləcəyinə də şübhə ilə yanaşırlar. Bəzi erməni ekspertlər hətta Avropa Birliyinin göndərəcəyi mülki müşahidə missiyanı elə Ermənistanın özü üçün real təhlükə hesab edirlər. Və bu, Ermənistan cəmiyyətinin heç kimə ümidi qalmadığını, pessimist əhval-ruhiyyəyə təslim olduğunu göstərir.

Politoloq Rafael Orduxanyan isə birbaşa Gürcüstan örnəyini ön plana çıxarır: “Avropa Birliyinin missiyası vaxtilə Gürcüstanı hansı fəlakətlərə düçar etdisə, Ermənistanda da eynisini təkrarlayacaq, ölkəni yeni ərazi itkilərinə sürükləyəcək. Avropalılar Ermənistana Fransanın rəhbərliyi ilə Şimali Afrikada baş verənləri burada da törədəcəklər. Siyasi cəhətdən nə qədər cəlbedici görünsə də, Avropa Birliyi Ermənistana heç bir real dəstək verməyəcvək”.

Göründüyü kimi, erməni toplumu ciddi deqradasiya mərhələsi yaşayır. Üstəlik, Azərbaycanın Xankəndi və ətraf bölgəsi ətrafında baş verənlər də yeni parçalanma və ziddiyyət qaynağına çevrilməyə başlayıb. Xüsusilə də, Avropa Birliyinin müşahidə missiyası göndərməsi Xankəndi və ətraf bölgədə fırıldaqçı erməni milyarder Ruben Vardanyanın fəaliyyəti ilə paralelləşdirilir. Hesab olunur ki, bütün bunlar ABŞ və Qərbin Rusiya ilə Cənubi Qafqaz uğrunda geopolitik mübarizəsinin nəticəsidir.

08d7627d-c37a-4027-b621-d957c3ed31d5.jpg (105 KB)

Maraqlıdır ki, Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətində Avropa Birliyinin missiyasına pessimist yanaşmadan məmnun olmasa da, R.Vardanyana yönəlik aqressiv mövqedən öz siyasi maraqları çərçivəsində faydalanmağa çalışır. Belə ki, Paşinyan hakimiyyətinə yaxın mətbuat qurumları və sosial media iştirakçıları R.Vardanyanı Kremlin təlimatlarını yerinə yetirmək üçün Azərbaycanın Qarabağ regionuna göndərilmiş xain kimi xarakterizə edirlər. Və erməni fırıldaqçı milyarderin daha böyük fəlakətlər törətmədən dərhal Rusiyaya qayıtmalı olduğunu vurğulayırlar.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti ilə Kremlin “təxribat emissarı” R.Vardanyan arasında qarşıdurma dərinləşməkdə davam edir. Paşinyan hakimiyyəti R.Vardanyanın Xankəndi və ətraf bölgədə siyasi populizm sayəsində Ermənistanda iqtidarı ələ keçirtməyə can atdığını düşünür. Əsas iddialar ondan ibarətdir ki, Kreml R.Vardanyanın qarşısında əsasın iki vəzifə qoyub. Birincisi, erməni fırıldaqçı Xankəndi və ətraf bölgədə gərginliyi artırmaqla, Cənubi Qafqazda sülh prosesini pozmalıdır. Digər hədəfsə, sonrakı mərhələdə Ermənistanın siyasi məkanına nüfuz edərək, Paşinyan hakimiyyətinin  dəyişdirilməsinə nail olmaqdır.

Təbii ki, Paşinyan hakimiyyəti R.Vardanyana qarşı mübarizədə Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçulara təsir mexanizmlərindən maksimum səviyyədə yararlanmağa çalışır. Ermənistanda nəşr olunan “Hraparak” qəzetinin iddiasına görə, Xankəndidə erməni separatçılar vasitəsilə R.Vardanyana qarşı artıq bir neçə “müxalifət fraksiyası” yaradılıb. Bu “fraksiyalar”ın Ermənistan rəsmi dairələri tərəfindən idarə olunduğu və maliyyələşdirildiyi bildirilir.

1669698762_0001-900x423.jpg (58 KB)

“Hraparak” nəşrinin məlumatına görə, son vaxtlar Paşinyan hakimiyyətini ciddi şəkildə təhdid edən R.Vardanyanın qəfildən Qarabağdan İrəvana köçə biləcəyi də qətiyyən istisna deyil. Ona görə də rəsmi İrəvan önləyici tədbirlər görməyə başlayıb. Erməni nəşri bildirir ki, R.Vardanyandan narazı olanların bir qrupu vaxtilə Qarabağda yüksək mövqelərə sahib olmuş erməni separatçılardır. Digərlərisə, Kremlin “təxribat emissarı” tərəfindən “vurulmuş”, vərdiş etdikləri qazancdan məhrum olunmuş erməni terrorçulardır.

“Hraparak” iddia edir ki, R.Vardanyan da əks addımlar atmağa özünə qarşı çıxanlarla bağlı araşdırmanın aparılmasını tapşırıb. Ola bilər ki, yaxın vaxtlarda ona qarşı çıxanlardan bəzilərinin həbs olunması üçün müəyyən bəhanələr tapıla bilər. Bu, həm Qarabağdakı erməni separatçı-terrorçular arasında gərginliyin artdığını, həm də Paşinyan-Vardanyan münaqişənin dərinləşdiyini göstərir.

İstənilən halda, həm Ermənistanda, həm də Azərbaycanın Xankəndi və ətraf bölgəsində baş verənlər erməni toplumunun ciddi parçalanmaya, siyasi qütbləşməyə uğradığını birmənalı şəkildə təsdiqləyir. Üstəlik, bu qütbləşmədə ABŞ və Qərbin Rusiya ilə Cənubi Qafqaz uğrunda apardığı amansız mübarizənin təsiri, əlamətləri mövcuddur. Və belə davam edərsə, erməni toplumunda deqradasiya prosesi həlledici mərhələyə keçə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam